Diablo

Diablo İslam Dini 20-11-2020, 14:16

Başqa peyğəmbərlərin (ə) meracı olubdurmu?

Başqa peyğəmbərlərin (ə) meracı olubdurmu?
Böyütmək Kiçiltmək
“(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»” . (“Ali-İmran” 55).

Bu ayə – Həzrət İsaya (ə) aid bir ayədir. Bu ayədən belə nəticə çıxartmaq olur ki, Həzrət İsa (ə) heç bir zaman qətl edilməmişdir. Allah onu səmaya qaldırmışdır.

Uca Allah bu ayədə buyurur ki, mən səni kafir olanlardan pak edəcəyəm. Bu sözlərin mənası odur ki, səni imansız və çirkin insanların əlindən xilas edəcəyəm. Sənə vurulan töhmətləri və fitnələri aradan qaldıracağam.
Uca Allah sonra Həzrət İsaya (ə) buyurur ki, sənin davamçılarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik. Bu yolla Allah Təala Həzrət İsanın (ə) davamçılarına ümid vermişdir.

Bu ayə Quranın gələcəkdən xəbər verən ayələrdən biridir.

İmam Baqir (ə) buyurur: “Həzrət İsanın (ə) meracı mübarək Ramazan ayının 21-ci gecəsində olmuşdur” . (Beytutə)

Beləliklə bu nəticəyə gəlmək olur ki, başqa peyğəmbərlərin (ə) də meracı olmuşdur. Hamının qayıdacağı yer Allahın yanıdır. O, Müdrik və Adildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 459 457 449 405 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.