MarveL

MarveL Azərbaycan 20-11-2020, 02:28

AĞDAM 🇦🇿❤️

AĞDAM 🇦🇿❤️
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla da şəhərin işğalına son qoyulur.


Birinci Qarabağ müharibəsi dönəmində:

- Ağdamın əhalisi 153 min nəfər;
- Ağdamlı şəhid sayı 6570 nəfər;
- Ağdamlı veteran/qazi sayı 4300 nəfərdən çox;
- Ağdamlı döyüşçü sayı 33 mindən çox;
- Ağdamlı Milli Qəhrəman sayı 16 nəfər olub.




Etimologiya

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.
Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir.
XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.




Qarabağ Atı

Qarabağ atı Ağdamda yayılmışdır. Şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərini özündə saxlayan 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilərək, onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb.





Ağdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidini qeyd etmək olar. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan məscidləri dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir.





Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. 1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib. 2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib.







Musiqi səhnəsi

Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.





İdman

Ağdamı Azərbaycan Premyer Liqasında "Qarabağ" təmsil edir. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 1952-ci ildəm Qarabağ müharibəsindən qədər şəhərdə "İmarət" Stadionu yerləşirdi.





Xəbəri hazırlama səbəbim hərkəsə məlumdu. Çox isdədim ki qısaldım ama insan öz doğma vətənindən danış danış doymur. İstədim Ağdamımın gözəllikləri, tarixi haqqında sizə az da olsa məlumat ötürə bilim.

Bu gün Ağdama qayıdış günümüzdü. Burdan bütün Ağdamlıları təbrik edirəm qucaqlıyıram hər birivizi 🤗
İnşəAllah 5,10 gündən sonra da Kəlbəcər və Laçına qayıdış günümüzü qeyd edək.
Son olaraq Ağdamı gəzinti üçün kiçik video qoyuram. Qayıdırıq Ağdama 1989 ilə... İnşəAllah ən yaxın zamanda o torpağa qayıtmaq diləyi ilə...❤️




Daha əvvəl redaktə etdi: MarveL - 20.11.2020 06:32:23
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 249 188 159 243 184

Oxşar xəbərlər Digər trend xəbərləri

11 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 21 noyabr 2020 04:40 1

    İlk növbede Ağdamlılar olmaqla bütün Azerbaycanlıların gözü aydın olsun😍 İnşAllah tezlikle gedib görmekde nesib olar 😍 Ellerine sağlıq ❤️
  2. `FLoweR 🌿

    RÂYİHA 21 noyabr 2020 00:38 1

    Ağdamın çiçəyi Gözün aydın, və bütün Azərbaycanlılar gözümüz aydın, insan bir anlıq düşünəndə inana bilmir 28 illik, əsarət sona yetir. Diyəsən 2020 nin ən gözəl hadisəsi torpaqlarımızın qaytarılması oldu 😍😍 Sən bizimləsən Ağdam.. Bizimləsən Qarabağ. Oxudum məlumatlandım, düzü bu qədər məlumatım yox idi, əsasəndə məscidlərə qarşı o cür hərəkət edilməsi diqqət mərkəzimə girdi, və artıq o məscidlərdə əzan səsləri yüksələcək inşAllah 😍😍Necədə zəngin bir yer imişsən Qarabağ, lap buralarda olmaq istədim. İnşəAllah nəsib olar 😍 Xəbərin səliqəsi gözə dəyir, çox gözəl öz və məlumatlandırıcı olub. Ağdamlı çiçəək 😍🌺❤ Mahnını da başqa vaxtı dinləyəcəm :D
  3. Луна 20 noyabr 2020 23:40 2

    Çoxx gözəl, çox Şükürr😍😍😍 Ağdam da azaddı, artıq. Çoox az qalıbb🥺🥺 Hiss edirəm, 2021 çox gözəl keçəcək, nə də olsa, İnşAllah, 2021ə işğalsız torpaqlarımızla girəcəyik heart_eyes
    Xəbərə görə təşəkkürlər, çox gözəl olub :)
  4. Gülüş

    Gülüşüm💕 20 noyabr 2020 17:00 1

    Bütün Azərbaycanlilatin gözü aydın olsun 😍😍😍🇦🇿🇦🇿🇦🇿 təbrik edirəm herkesi 💜 Qarabağ Azərbaycandir! Eşq olsun Azərbaycan ordusuna 🇦🇿🇦🇿🇦🇿💕💕💕🤗 xebere göre çox sağol çox gözəl olmuş 💕🤗
  5. ❤️ELNARE ❤️

    Elnare 20 noyabr 2020 15:07 1

    Xalqimizin gozu aydin olsun 🇦🇿🙌Gozunuz aydin olsun Eziz Agdamlilar🇦🇿InshAllah qalan torpaqlarida azad edib rahat olaq🙌Qarabag Azerbaycandi🇦🇿🇦🇿👍
  6. Dağlar qızı💜

    Melis 20 noyabr 2020 15:06 1

    Təbtiklər Azərbaycan xalqim :aze7:
  7. Psikopat😁

    Bumerang 20 noyabr 2020 11:24 1

    Təbriklər.Gözün aydin Azərbaycan.Gözün aydin Ağdamlılar.Çox gözəl xəbərdi.Əllərinə sağllq
  8. i̇𝓷𝕒Ř𝓪  ★♕

    İnara 20 noyabr 2020 11:19 1

    Cox bəyəndim. Qarabaglı olmasamda xəbərə baxıb gozlərim doldu. Gozəl hazırlanıb əllərinə saglıq canım. İnşallah tezliklə Agdama gedərsiz və ordan xəbər paylaşarsız 🙏Təbrik edirəm butun Agdamlıları♥️😍😘Belə gozəl xəbərlərdən Cox olsun. Belə xəbərləri oxumaq Cox xoş olur mənə♥️
  9. Ülvi Amon

    amon 20 noyabr 2020 11:14 2

    Bütün Ağdam əhalisinin gözü aydın olsun. hər birini təbrik edirəm.

    Xəbərdə gözəl olmuş və Sənidə təbrik edirəm bütün Ağdamlıların xususi günü kimi artiq tarıxə düşdü.

    Qarabağ Azərbaycandır..🇦🇿
  10. ...

    heyatimin menasi 20 noyabr 2020 09:48 1

    Ewq olsun Azerbaycana
  11. -` ᴇʟɪsʜ 🤍

    MarveL 20 noyabr 2020 06:28 3

    Canım Ağdamım ❤️ 02 ❤️🇦🇿 Biz gəlirik. Düşmən səni necə isdiyir yandırsın, dağıtsın. Sən çiçək açırsan, çünki sənin övladların geri gəlir. 🇦🇿❤️


Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.