Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Guluw sebebim
Xəbər 85
Cəmi: 352
Bumerang
Xəbər 84
Cəmi: 208
Луна
Xəbər 76
Cəmi: 355
Sevir sandım..
Xəbər 74
Cəmi: 94
Nuray
Xəbər 49
Cəmi: 88
ÊLfidÂ
Xəbər 44
Cəmi: 545
Papatya_016
Xəbər 42
Cəmi: 45
Th30
Xəbər 38
Cəmi: 105
Elihusen khalilov
Xəbər 25
Cəmi: 25
☆günka
Xəbər 23
Cəmi: 39

Son Hədiyyə

Göndərilmiş hediyyə
RÂYİHA » MarveL

Mesaj: Tatlı sevmediğin için sanaa kocaa bir hamburger 💜

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 529,9 Min
2) Esmeralda » 371,5 Min
3) Луна » 360,3 Min
4) L e o n » 357,2 Min
5) Elnare » 335,1 Min
6) Avara_Şair » 334,1 Min
7) AzizA » 291,6 Min
8) Kənan Heydərov » 289 Min
9) Sensiz darixiram » 258,6 Min
10) _Yene_Tenha_ » 220,2 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Guluw sebebim
Şərh: 592
Cəmi: 1667
Sevir sandım..
Şərh: 453
Cəmi: 872
heyatimin menasi
Şərh: 448
Cəmi: 1218
Elnare
Şərh: 350
Cəmi: 3878
Papatya_016
Şərh: 238
Cəmi: 247
☆günka
Şərh: 208
Cəmi: 360
İnara
Şərh: 204
Cəmi: 224
ÊLfidÂ
Şərh: 193
Cəmi: 3933
Луна
Şərh: 165
Cəmi: 1616
RÂYİHA
Şərh: 150
Cəmi: 296

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Луна
Bugün 30
Cəmi: 1249
ÊLfidÂ
Bugün 23
Cəmi: 787
Adnur xanım
Bugün 17
Cəmi: 250
heyatimin menasi
Bugün 13
Cəmi: 3821
☆günka
Bugün 4
Cəmi: 10124
amon
Bugün 3
Cəmi: 1253
Qemli urek
Bugün 3
Cəmi: 182
JokeR
Bugün 2
Cəmi: 739
by_sako
Bugün 2
Cəmi: 6940
MarveL
Bugün 1
Cəmi: 1556

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Луна - 3 saat 2 deq.
2) ÊLfid - 53 deq.
3) heyatimin - 25 deq.
4) amon - 23 deq.
5) Qemli - 15 deq.
6) ☆günka - 9 deq.
7) Adnur - 9 deq.
8) JokeR - 4 deq.
9) Elmar_Z_Ov - 4 deq.
Həzrət Əli(ə.s)-ın qəzavətini 14 əsr sonra Harvard universiteti tapıb
İslam Dini Yüklə
Həzrət Əli(ə.s)-ın qəzavətini 14 əsr sonra Harvard universiteti tapıb
İmam Əli əleyhissalam-ın qəzavətlərindən..

İbn Abbasdan nəql olunur ki, Şüreyh Qazi, Ömər ibn Xəttabdan mürəkkəb bir məsələ barəsində soruşdu. O, oyana-buyana hərəkət etdi, üzünün rəngi dəyişdi və əsəbiləşdi. Nə qədər fikirləşsə də, bu sualın cavabını tapa bilmədi. Nəhayət səhabələri çağırıb məsələni onlarla müzakirəyə qoydu və onun həlli yolunu tapmaqlarını istədi. Onlar dedilər:

یا امیرالمومنین! انت المفزع وانت المنزع

– “Ey möminlərin əmiri! Sən sığınacaq və müraciət yerisən!

Ömər bu sözdən qəzəblənib dedi:

اِتَّقُوا اللهَ وَقُولُوا قَوْلاً سَدِیداً یُصْلِحْ لَکُمْ اَعْمَالَکُمْ

“Allahdan qorxun və elə söz deyin ki, öz vəziyyətiniz üçün faydalı olsun!”

Dedilər:

– Ey möminlərin əmiri! Bu sualınıza cavabımız yoxdur!

Ömər dedi:

اَمَا وَاللهِ اِنِّی لَاَعْرِفُ اَبًا بِجَدَّتِهَا وَابْن بجدتها ، واین مفزعها واین منزعها

Allaha and olsun! Mən elə bir şəxsi tanıyıram ki, o, elm mənbəyidir. Bütün çətinlikləri həll edə bilir. (Məsələlərin bütün yönlərini bilir.) Bu məsələnin cavabını da tam deyəcəkdir.

Dedilər:

– Bəlkə məqsədin Əbu Talibin oğludur?!

Dedi:

لِلَّهِ هُوَ ، وَهَلْ طَفحَتْ حُرَّهٌ بِمِثْلِهِ وَاَبْرَعَتْهُ؟! انْهَضُّوا بِنَا اِلَیْهِ

– And olsun Allaha, məqsədim odur! Azad (bir kəsin qulu olmayan) bir ana onun kimi övlad dünyaya gətirmişdirmi?! Bəşər cəmiyyətinə onun kimi bir kamil insanı təqdim etmişdirmi?! Qalxın, onun yanına gedək!

Onlar dedilər:

– Siz onun yanına getmək istəyirsiniz?! Qoyun o gəlsin!

Ömər dedi:

هَیْهَاتَ هُنَاکَ شَجْنَهٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَهٌ مِنَ الرَّسُولِ ، وَاُثْرَهٌ مِنْ عِلْمٍ یُوْتَى لَهَا وَلاَ یَاْتِی ، فِی بَیْتِهِ یُوتَى الْحِکَمُ ، فَاعْطفُوا نَحْوَهُ

Heç vaxt! Məgər bilmirsiniz ki, o məkan Bəni-Haşimin və Peyğəmbərin yadigarıdır? Orada elmdən bir nişanə vardır?! Onun yanına getmək lazımdır! O bir kəsin yanına gəlməz, hikmət onun evində tapılar. Ona tərəf tələsin!

Onlar Ömərlə birlikdə həzrətin yanına gəldilər və gördülər ki, o, bir divarın yanında oturaraq اَیَحْسَبُ ا لاِْنسَانُ اَن یُتْرَکَ سُدًى “Yoxsa insan güman edir ki, azad, hədəfsiz buraxılacaqdır?!” (1) ayəsini təkrar edərək ağlayır. Ömər Şüreyhə dedi:

Məndən soruşduğun sualı Əbul-Həsəndən soruş!

Şüreyh sözə başladı:

– Mən qəzavət kürsüsündə idim, bu kişi mənim yanıma gəlib dedi: – Bir nəfər çoxlu miqdarda mehriyyə ilə bir azad və bir ümmü-vələd (öz ağasından övlad sahibi olan kənizi) qadını mənə tapşırıb: “Mən qayıdana qədər onların xərcliyini ver” – dedi. Birinci gecədə hər iki qadın doğdu: biri oğlan, digəri isə qız. Onların hər biri daha çox irs əldə etmək məqsədi ilə “oğlan mənimdir!” deyə iddia edib qızı özlərindən inkar etdilər.

Əli (əleyhis-salam):

– Onların arasında necə qəzavət etdin? – deyə soruşdu.

Şüreyh:

– Onların arasında qəzavət edə bilsəydim, sizin yanınıza gəlməzdim, –deyə cavab verdi.

İmam (əleyhis-salam) yerdən bir saman çöpü götürüb Şüreyhə göstərdi və buyurdu:

Bu məsələ barəsində mühakimə yürütmək bu saman çöpü barəsində qəzavət etməkdən də asandır.

Sonra o bir qab istədi, qabı gətirdilər. Həzrət birinci qadına:

–Südünü bu qaba sağ (və qabı doldur), – deyə buyurdu.

O qadın qabı südlə doldurdu, həzrət o südü tərəzidə çəkdi. Sonra ikinci qadına buyurdu:

–Sən də bu qabı öz südünlə doldur.

O qadın da eyni işi təkrar etdi, sonra həzrət onun da südünü tərəzidə çəkdi. İkinci qadının südünün çəkidə birincinin südünün yarısı qədər olduğunu müəyyən etdi. Bu zaman ikinci qadına buyurdu: Öz qızını götür! (Sonra birinciyə buyurdu:) Sən də oğlunu götür!

Sonra isə üzünü Şüreyhə tutub dedi:

اَمَا عَلِمْتَ اَنَّ لَبَنَ الْجَارِیَهِ عَلَى النِّصْفِ مِنْ لَبَنِ الْغُلَامِ؟ وَاَنَّ مِیرَاثَهَا نِصْفُ مِیرَاثِهِ؟ وَاَنَّ عَقْلَهَا نِصْفُ عَقْلِهِ؟ وَاَنَّ شَهَادَتَهَا نِصْفُ شَهَادَتِهِ؟ وَاَنَّ دِیَتَهَا نِصْفُ دِیَتِهِ؟ وَهِیَ عَلَى النِّصْفِ فِی کُلِّ شَیْءٍ

Bilmirsənmi ki, qız dünyaya gətirən ananın südünün çəkisi oğlan dünyaya gətirənin südünün çəkisinin yarısı qədərdir?! Qıza da oğlana çatan irsin yarısı qədər irs çatır?! Dərki də oğlan dərkinin yarısı qədərdir?! Şəhadəti (say baxımından) onun şəhadətinin yarısıdır?! Onun diyəsi də oğlanın diyəsinin yarısıdır?! Qız hər bir şeydə oğlanın yarısı qədərdir.

Bu zaman təəccüb Ömərin bütün vücudunu bürüdü. O,:

اَبَا حَسَنٍ لاَ اَبْقَانِیَ اللهُ لِشِدَّهٍ لَسْتَ لَهَا وَلاَ فِی بَلَدٍ لَسْتَ فِیهِ

Ey Əbəl-Həsən! Allah-taala sən olmadan məni heç bir müşküllə qarşılaşdırmasın, sənin olmadığın bir şəhərdə məni tək qoymasın! – dedi. (2) (3)

1-“Qiyamət” surəsi, ayə: 36.
2-“Kənzul-ummal”, 3/179 (5/830), hədis: 14508
3-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 536.
_________

Dostlarınızla paylaşın

181 nəfər bəyənib.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 23 41 2 52 0
Şərhlər: 4
  1. RÂYİHA
    Oxudum. Bilmirdim və belə dəyərli məlumatı öyrənmiş oldum. Sonda süd'lə nə yerə gəlinəcək anlamadım, amma nəticəni görəndə isə heyrət etdim. Allah əshabı kiramdan razı olsun. Quran-ı Kərim kitabında keçmiş və gələcəyin yaşanacaqları bildirilib. İndi yaşanan bu müsibətlər heç boşa deyil mənə qiyaməti düşündürür :/
    Allah razı olsun. ❤
  2. İnara
    Həzrət Əli Möminlərin əmiridi. ☝️öməri isə tanımıram!
    1. RÂYİHA
      Əvvəla bu ümmətin peyğəmbəri Məhəmməd (s.a.v)'dir. Həzrəti Ömər 2 ci xəlifə olub, tanıyın məncə =)
  3. by_sako
    Bu Cur Mudrik Bir Insan Hz Ömer, Allah onu çenetnen mujdeliyib lakin iran Qondarma Islamçilari (şie) ler onun adina tualet acdirib ve onu kafie adlandirir

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.