Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Луна
Xəbər 128
Cəmi: 401
Sevir sandım..
Xəbər 122
Cəmi: 142
Guluw sebebim
Xəbər 106
Cəmi: 374
Bumerang
Xəbər 85
Cəmi: 208
Nuray
Xəbər 53
Cəmi: 92
Th30
Xəbər 53
Cəmi: 126
Papatya_016
Xəbər 52
Cəmi: 55
ÊLfidÂ
Xəbər 44
Cəmi: 545
☆günka
Xəbər 31
Cəmi: 47
Elihusen khalilov
Xəbər 29
Cəmi: 29

Son Hədiyyə

Göndərilmiş hediyyə
Papatya_016 » Bumerang

Mesaj: Hər şeyə görə cooox saqol ürəx♥

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 529,9 Min
2) Esmeralda » 371,5 Min
3) Луна » 361,9 Min
4) L e o n » 357,2 Min
5) Elnare » 335,4 Min
6) Avara_Şair » 334,1 Min
7) AzizA » 291,6 Min
8) Kənan Heydərov » 289,5 Min
9) Sensiz darixiram » 258,7 Min
10) _Yene_Tenha_ » 220,2 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Guluw sebebim
Şərh: 686
Cəmi: 1761
Sevir sandım..
Şərh: 546
Cəmi: 965
heyatimin menasi
Şərh: 534
Cəmi: 1304
Elnare
Şərh: 380
Cəmi: 3908
Papatya_016
Şərh: 312
Cəmi: 321
ÊLfidÂ
Şərh: 273
Cəmi: 4013
İnara
Şərh: 256
Cəmi: 276
☆günka
Şərh: 229
Cəmi: 381
Луна
Şərh: 221
Cəmi: 1672
Melis
Şərh: 171
Cəmi: 374

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Papatya_016
Bugün 172
Cəmi: 8287
Ayaska
Bugün 132
Cəmi: 914
Elihusen khalilov
Bugün 119
Cəmi: 1647
Луна
Bugün 105
Cəmi: 1777
ÊLfidÂ
Bugün 90
Cəmi: 977
☆günka
Bugün 81
Cəmi: 11257
Guluw sebebim
Bugün 77
Cəmi: 5898
Bumerang
Bugün 68
Cəmi: 3097
Kənan Heydərov
Bugün 60
Cəmi: 612
Nuray
Bugün 51
Cəmi: 2254

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Луна - 8 saat 36 deq.
2) Papatya_016 - 5 saat 43 deq.
3) ☆günka - 5 saat 13 deq.
4) ÊLfid - 4 saat 1 deq.
5) Guluw - 2 saat 57 deq.
6) Ayaska - 2 saat 35 deq.
7) Elihusen - 2 saat 15 deq.
8) Bumerang - 2 saat 1 deq.
9) Th30 - 1 saat 42 deq.
10) Sevir - 1 saat 35 deq.
İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.

Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz.
İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır». («Vəsailuş-şiə», 6-cı cild səh. 4.) Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: «Onların mallarından zəkat al». («Tövbə» surəsi, ayə 103.)

Müsəlmanların mühüm iqtisadi vəzifələrindən biri də zəkat verməkdir. Zəkatın əhəmiyyətində bunu qeyd etmək kifayətdir ki, Qurani-məciddə namazdan sonra qeyd olunur və imanın nişanəsi və insanın qurtuluşu çatması əlaməti hesab olunur.

İmamlardan nəql olunan çoxlu hədislərdə deyilir: “Hər kəs zəkat verməsə dindən çıxmışdır.”

Xumsda olduğu kimi zəkatın da müəyyən halları vardır, onun bir qismi insanın bədəni və həyatı ilə əlaqədardır ki, hər ildə Fitr bayramı günündə verilməlidir. Bu, maddi cəhətdən onu verməyə qadir olan şəxslərə vacibdir (bu məsələ oruc bölməsində qeyd olunacaqdır).

Digər bir hissəsi ilə mal-dövlətlə əlaqədar olan zəkatdır. Bu, camaatın bütün mal-dövlətlərinə deyil, yalnız doqquz şeyə aid olur ki, onları üç dəstədə qeyd etmək olar.

Zəkatın vacib olduğu şeylər

Bitkilər: (taxıl)
1- Buğda
2- Arpa
3- Xurma
4- Kişmiş

Mal-heyvan
5- Dəvə
6- İnək
7- Qoyun


Xəzinə
8- Qızıl
9- Gümüş

Nisab həddi:
Qeyd olunan şeylərin zəkatı o zaman vacib olur ki, müəyyən bir həddə çatmış olsun, buna “nisab həddi” deyilir. Yəni əldə olunan məhsulun miqdarı, yaxud mal-heyvanın sayı o həddən aşağı olsa zəkat düşmür.
Taxılın nisabı
Qeyd olunan dörd məhsulun hamısının bir nisab həddi vardır və təqribən 850 kiloqramdır. Buna əsasən əldə olunan məhsul bu miqdardan az olduqda zəkatı yoxdur.

DÖRD BİTKİ MƏHSULUNUN ZƏKATININ MIQDARI

Bu məhsullardan biri nisab həddinə çatarsa, onun müəyyən miqdarı zəkat olaraq verilməlidir. Lakin bunların zəkatının miqdarı necə suvarılmaları ilə əlaqədardır və bu baxımdan üç yerə bölmək olar:
* Yağış və ya çay suyu ilə suvarılan, yaxud demyədə olan məhsulun zəkatı onda birdir.
* Vedrə, su motoru ilə suvarılan məhsulan zəkatı iyirmidə birdir.
* Hər iki vasitə ilə: həm yağış və çay suyu ilə, həm də əllə suvarılan məhsulun yarısının zəkatı onda bir, yarısının zəkatı isə iyirmidə birdir.
Mal-heyvanın nisabı
*Qoyun:
Qoyunun ilk nisabı 40-dır və onun zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayana qədər zəkatı yoxdur.
*İnək:
İnəyin ilk nisabı otuzdur və onun zəkatı bir yaşı tamam olmuş və ikinci yaşına keçmiş bir danadır.
*Dəvə:
Dəvənin ilk nisabı beşdir və onun zəkatı bir qoyundur. Dəvələrin sayı 26-a çatana qədər hər beş dəvənin zəkatı bir qoyundur. Lakin onların sayı 26-a çatdıqda zəkatı bir dəvədir.

Qızıl və gümüşün nisabı
Qızılın nisabı 15 misqal, gümüşün nisabı 105 misqaldır. Hər ikisinin zəkatı da qırxda birdir.

Zəkatın hökmləri
1-Buğda, arpa, xurma və üzüm üçün çəkilən xərclər, o cümlədən toxumun qiyməti, fəhlələrə verilən pul, traktorun işlədilməsinin pulu və s. əldə olunan məhsuldan çıxıla bilər. Lakin nisab həddi bu miqdar çıxılmamışdan qabaq hesablanmalıdır. Əgər bu xərclər çıxılmamışdan qabaq nisab həddinə çatsa, onun zəkatını vermək vacibdir, lakin çıxılandan sonra qalanın zəkatını verilməlidir.
2-Mal-heyvanın zəkatı o vaxt vacib olur ki:
* İnsan bir il müddətinə onların sahibi olsun. Deməli əgər misal üçün yüz baş malı alsa və doqquz aydan sonra satsa, onlara zəkat vacib deyil.
* Heyvan bütün il boyu işsiz olsun. Buna əsasən əkin sahəsində, yaxud yük daşınmasında istifadə olunan inək və dəvənin zəkatı yoxdur.
* Heyvan bütün il boyu çöldə otlasın; deməli əgər bütün il boyunda, yaxud onun bir miqdarında biçilmiş, yaxud insanın öz əkdiyi otlardan yesə, zəkatı yoxdur.
3-Qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, sikkəli olsun və onunla müamilə adi qaydada olsun. Buna əsasən hal-hazırda bəzək əşyaları kimi istifadə olunanların zəkatı yoxdur.
4-Zəkatı vermək ibadətdir və onu verən zaman zəkat niyyəti və Allahın əmrini icra etməkdən ibarət olan qürbət qəsdi edilməlidir.

Zəkatın sərf olunma yerləri

Zəkat səkkiz yerə sərf olunmalıdır; onların hamısında, yaxud bəzilərində sərf oluna bilər:
1-Fəqir və illik xərcləri özünün və ailəsinin xərclərindən az olan (çatmayan) şəxs;
2-Miskin və ümumiyyətlə səfil və biçarə olan şəxs;
3-İmam (ə), yaxud onun naibi tərəfindən zəkatın toplanıb saxlanması və müstəhəqlərə verilməsinə məmur edilən şəxs;
4-Bəzilərinin qəlblərini islama və müsəlmanlara qarşı rəğbətli etmək üçün. Məsələn, kömək olunacaq təqdirdə islam dininə meylli olan, yaxud müharibədə müsəlmanların xeyrinə kömək edən şəxslər;
5-Qulların azad edilməsi;
6-Öz borcunun qaytara bilməyən borclular üçün;
7-Allah yolunda; yəni faydası ümum insanlara çatan və Allahın razılığına səbəb olan yol, saldırmaq, körpü və məscid tikdirmək kimi işlər;
8-Səfərdə pulu qurtarıb yolda qalan və vətəninə qayıtmaq xərclərinə malik olmayan şəxs. Hətta öz vətənində fəqir olmasa belə.

Dostlarınızla paylaşın

83 nəfər bəyənib.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 17 12 3 21 2
Şərhlər: 1
  1. by_sako
    Bele Hesablamalarnan Deyim Size Azn Valuytasina Gore her qazandiginiz 10 manatin 2 manati size haramdir

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.