Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Guluw sebebim
Xəbər 85
Cəmi: 352
Bumerang
Xəbər 84
Cəmi: 208
Луна
Xəbər 67
Cəmi: 345
Sevir sandım..
Xəbər 64
Cəmi: 94
Nuray
Xəbər 48
Cəmi: 87
ÊLfidÂ
Xəbər 44
Cəmi: 545
Papatya_016
Xəbər 41
Cəmi: 45
Th30
Xəbər 35
Cəmi: 102
Elihusen khalilov
Xəbər 25
Cəmi: 25
☆günka
Xəbər 23
Cəmi: 39

Son Hədiyyə

Göndərilmiş hediyyə
RÂYİHA » MarveL

Mesaj: Tatlı sevmediğin için sanaa kocaa bir hamburger 💜

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 529,8 Min
2) Esmeralda » 371,5 Min
3) Луна » 360,1 Min
4) L e o n » 357,2 Min
5) Elnare » 335,1 Min
6) Avara_Şair » 334,1 Min
7) AzizA » 291,6 Min
8) Kənan Heydərov » 289 Min
9) Sensiz darixiram » 258,6 Min
10) _Yene_Tenha_ » 220,2 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Guluw sebebim
Şərh: 587
Cəmi: 1662
Sevir sandım..
Şərh: 443
Cəmi: 862
heyatimin menasi
Şərh: 412
Cəmi: 1182
Elnare
Şərh: 346
Cəmi: 3874
Papatya_016
Şərh: 226
Cəmi: 235
☆günka
Şərh: 206
Cəmi: 358
İnara
Şərh: 199
Cəmi: 219
ÊLfidÂ
Şərh: 175
Cəmi: 3915
Луна
Şərh: 151
Cəmi: 1602
RÂYİHA
Şərh: 144
Cəmi: 290

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
☆günka
Bugün 280
Cəmi: 9976
by_sako
Bugün 253
Cəmi: 6746
Guluw sebebim
Bugün 77
Cəmi: 5179
heyatimin menasi
Bugün 60
Cəmi: 3764
Papatya_016
Bugün 23
Cəmi: 6550
Bumerang
Bugün 22
Cəmi: 2758
Луна
Bugün 21
Cəmi: 1203
Miracle
Bugün 20
Cəmi: 93
Sevir sandım..
Bugün 15
Cəmi: 2175
ilqar.02
Bugün 13
Cəmi: 550

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) ☆günka - 5 saat 5 deq.
2) Луна - 4 saat 14 deq.
3) Guluw - 2 saat 13 deq.
4) by_sako - 1 saat 17 deq.
5) Sevir - 1 saat 3 deq.
6) heyatimin - 53 deq.
7) Papatya_016 - 41 deq.
8) Bumerang - 33 deq.
9) Elnare - 27 deq.
10) Miracle - 24 deq.
Müasir qadının 12 etiket qaydası
Qadın Dünyası Yüklə
Müasir qadının 12 etiket qaydası
“Əlini cibinə qoyma, ağzını marçıldatma, sakit səslə danış...” Valideynlərin tərbiyəli qız yetişdirmək üçün nələr çəkdiyini bir Tanrı bilir.
Nümunəvi xanım obrazı, kübar davranış qaydaları illərdən bəri dəyişmir. Amma illər keçdikcə, yeni qaydalar yaranır.

Əl sıxmaq
Sizin xoşunuza gəlsə də, gəlməsə də, kişilərin də olduğu bu dünyada özünü rahat hiss etmək üçün onların qaydaları ilə yaşamaq lazımdır. Heç olmasa, hərdən. Üstəlik, bəzən bu, heç də çətin olmur. Əl sıxmağı misal göstərmək olar. XXI əsrdə hamı bir-birinin əlini sıxaraq salamlaşır. Bəzən isə əllə salamlaşmaq yanaqda öpüşlə müşayiət olunur. Lakin yaxın olmadığınız biriylə əllə salamlaşmaqla kifayətlənin.

Müasir qadının 12 etiket qaydası

Biznes-aksessuarlar
Vizit kart, portmanat gündəlik qeyd dəftəri dövrümüzün iş adamı üçün ən lazımlı əşyalardır. Biznes-aksessuarların vahid üslubda olması xüsusilə alqışlanır. Vizit kartlarının hər zaman dolu olmasına nəzarət edin. Əks halda, ən vacib məqamda çətin vəziyyətə düşə bilərsiniz.

Telefonla söhbətlər
Aydındır ki, gün ərzində mütəmadi olaraq telefon əlaqəsi saxlayırıq. Lakin telefonla danışmağın da bir qaydası var. Məsələn, ofisdə ancaq vacib zənglərə cavab vermək lazımdır. Rəfiqənizlə alış-veriş barədə müzakirə və söhbətləri ofis telefon ilə, üstəlik, yüksək səslə və uzun-uzadı danışmaq ədəbsizlikdir. Bundan əlavə, mobil telefonun səsini aşağı etməyi unutmayın. Çünki zəng səsi iş prosesinə mane olur. Çox güman ki, telefonun səsini işgüzar görüşlər, kino və teatrda azaltmaq lazım olduğunu bilirsiniz.

İşgüzar yazışmalar
Elektron poçtunuzu günün istənilən vaxtı yoxlaya bilərsiniz. Lakin işgüzar məktubları iş saatının başlamasından iki saat əvvəl və iş gününün başa çatmasına bir saat qalmış göndərmək yerinə düşərdi. Qəribə ola bilər, ancaq nə etməli, müasir etiket qaydaları bunu tələb edir.

Lanç
Ola bilsin ki, qidalanma rejiminə dəqiqliklə əməl edir, yeməyi həmişə özünüzlə gətirisiniz. Lakin müasir davranış qaydalarına görə, ofisə pis iylənən yeməkləri gətirmək müsbət qarşılanmır.



Saç düzümü və makiyaj

Saç və makiyajı qaydaya salmaq üçün xüsusi otaqlar var. Bütün işçilərin yanında dodaqları rəngləmək, saç daramaq heç etik deyil. Birincisi, bu, ədəbsizlikdir, ikincisi isə bu, bir növ intim münasibətlərə eyhamdır. Otaqda olan əks cinsin nümayəndələri bu hərəkəti birmənalı qarşılamaya bilər. Özünüz haqqında mənfi rəy yaratmaq nəyə lazımdır?

Masa arxasında
Davranış qaydalarına görə, yeməyə bütün qonaqlar masa ətrafında əyləşib öz yerini tutandan sonra başlamaq lazımdır. Salfeti dizin üstünə qoyun, iştahla və səssizcə yeyin. Əgər bu, asiyalı tərəfdaşlarla işgüzar nahardırsa, siz yeməyi arxayınlıqla və ləzzətlə yeyə bilərsiniz. Onlar sizi anlayacaq. Pəhriz haqqında da danışmaq fikrinə düşməyin. Bir də, boşqabla telefonu yanaşı qoyun, ekranı isə əks ərəfə çevirin. Bu zaman gələn bütün zəng və mesajlara görə narahat olmayacaq və dərhal cavab verməyəcəksiniz. Lakin diqqətcil imic yaratmaq üçün hərdən bir ona nəzarət edin.

İctimai nəqliyyatda
İctimai nəqliyyatda smartfonda filmə baxa, kitab oxuya, başqalarının söhbətlərinə qoşula bilərsiniz, amma heç bir halda saqqız çeynəməyin. Hətta çox ac olsanız belə, avtobusda alma, buterburod, cipsi və s. qidalar yeməyin. Açığı, bu, estetik və ən əsası, faydalı deyil. Özünüz də yaxşı bilirsiniz ki, nəqliyyatda nəsə yemək adamı qıcıqlandırır. Yadda saxlayın ki, yemək özü bir mədəniyyətdir. O gözəl və sakit atmosferdə, həm də böyük məmnuniyyətlə yeyilməlidir.



Çanta

Harada olmağınızdan asılı olmayaraq, çantanı heç zaman dizin üstünə qoymayın. Kafedə çantanı stola birləşdirmək üçün xüsusi qarmaq alın. Çanta üçün qarmaqlar həm ucuz, həm də gözəl görünür. Nəfis klatçı masanın üstünə qoymaq yerinə düşər. Portfeli isə müasir və aristokrat xanımlar, adətən, döşəməyə qoyur. Onlardan nümunə götürün.

Söhbət üçün mövzu

İllər keçir, qaydalar isə dəyişmir. Yarım əsr əvvəl də, indi də ictimai yerlərdə həmkarlar və tanışlarla söhbət zamanı maaş kimi məsələlər haqqında danışmaqdan çəkinmək lazımdır. Üstəlik, məclisdə olan hər hansı adam haqqında danışmaq da olmaz. Çünki hamı elə hiss edəcək ki, siz sanki onun barəsində dedi-qodu edirsiniz. Belə hal yalnız ekranda cəlbedici görünə bilər, lakin real həyatda heç kim başqalarının pıçıldaşmasını görmək istəmir.

Çox sağ olun!
Şübhə etmirik ki, siz nəzakətli xanımsınız və lazım gələndə “çox sağ ol” deməyi unutmursunuz. Lakin yadınızda saxlayın ki, bu və ya digər sözü tez-tez təkrarlamaqla onun mənasını qiymətdən salırsınız. Hər xırda köməyə görə, təşəkkür etmək lazım deyil. Bu sözü sonda və bir dəfə demək kifayətdir.

Cazibə

Hətta işgüzar görüşdə də qadın olduğunuzu unutmayın. Lakin bu zaman durmadan gülümsəmək və naz etmək lazım deyil. Yoxsa kişilər bunu eşqbazlıq kimi qəbul edəcək. Yad insanlarla dəyişməz səs tonunda və sakit üz ifadəsi ilə söhbət etmək normal qəbul olunur. Ancaq yeri gələndə və öz əzəmətinizi saxlamaq şərtilə, gülümsəmək olar

Dostlarınızla paylaşın

142 nəfər bəyənib.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
24 20 36 3 29 0
Şərhlər: 6
  1. Guluw sebebim
    Iveet burdan bi weyler oyreneyim azcuk joy maraqli xeberdi canikom tewekkurler ))
  2. Xeyalım
    Beli cox dogrudur . Her bir medeniyyetli xanimin emel etmeli oldugu qanunlardir bunlar :) . Cox tesekkurler xeberi paylasdiginiz ucun :)
  3. İnara
    Maraqlı xəbər idi təşəkkür
  4. Sevir sandım..
    hər bir mədəniyyətli qadının etməli olduğu ən vacib məqamlardır bunlar..təşəkkür.
  5. Gözəl Həyat
    Əla çox gözəl
  6. XAMLİYON_GÖZƏL
    Vaaaaauuuuuu çox gözəl

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.