reklam
Günün qoroskopu 09.12.16 Günün qoroskopu 09.12.16 http://loading.az/uploads/posts/2016-12/1481260607_1480138739_1465467770_burc-12.jpg
kolgem

kolgem Bürclər 9-12-2016, 09:16

Günün qoroskopu 09.12.16

Günün qoroskopu 09.12.16
Günün qoroskopu 09.12.16

Qoç - şübhəli və inamsız olmayın. Yaxın ətrafınızdakı insanlar belə davranışınızdan inciyə bilərlər. Etibarlı müttəfiqlə belə, dil tapmaq asan deyil.

Buğa - yaxın ətrafınızdakı insanlarla təmaslarda həddən ziyadə tələbkar olmayın. Aqressiv, təşəxxüslü davranmayın. Maliyyə çətinlikləri istisna deyil. Ümumi büdcə ilə bağlı məsələlərin müzakirəsi zamanı deyil.

Əkizlər - mühüm informasiyanın alınması, yeni və maraqlı kəşf ola bilər. Yenilikləri sürətlə əxz edin. Bu biliklərin nə zamansa karınıza gələcəyinə şübhə etməyin.

Xərçəng - uğursuz gündür. Eqoist, xudpəsənd olmayın. Yetənə yetib yetmədiyinizə daş atmayın. Nüfuzlu insanları sərt tənqid etməyin. Münaqişələr, dartışmalar ciddiləşə bilər.

Şir - maliyyə məsələləri ilə bağlı önəmli qərar qəbul etmək üçün əlverişli zaman deyil. Günün ikinci yarısında alış-veriş əlverişli olmayacaq.

Qız - travma riski böyükdür. İstənilən avadanlıq və alətlə işləyərkən ehtiyatlı olun. Ekstremal əyləncə və məşğuliyyəti təxirə salın.

Tərəzi - səfər və ya səyahət üçün yaxşı zaman deyil. Onlar çox vaxt alacaq, amma yaxşı təəssürat oyatmayacaqlar. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.

Əqrəb - narahat, qarışıq, amma maraqlı gündür. Sizi aldatmağa çalışan insanları faş edin. İntriqaları aşkarlayın, başqalarının zəifliklərindən bəhrələnməyə can atanların qarşısını alın.

Oxatan - ədalət uğrunda mübarizəyə başlayanda unutmayın ki, belə savaşdan qalib çıxmayacaqsınız. Günün ikinci yarısında maliyyə durumu əlverişlidir. Gəlir istisna deyil.

Oğlaq - sevdiyiniz insanla dil tapmaq asan deyil. O, ən kiçik məsələyə görə sizdən küsə bilər. Uşaqlar və yaşlı qoşumlarla həssas olun. Ailə üzvlərini sevindirin.

Dolça - gün öz-özlüyündə pis deyil. Amma əhvalınızı yaxşı adlandırmaq çətindir. Ən kiçik problem və ya xoşagəlməz situasiyaya kəskin reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlarla sərt danışmayın.

Balıqlar - insanlar sizdən kənar durmağa çalışırlar. Maliyyə məsələlərinə görə münaqişə ola bilər. Günün ikinci yarısı alış-veriş üçün pis zaman deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 410 354 313 329 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.