Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Guluw sebebim
Xəbər 151
Cəmi: 184
Avara_Şair
Xəbər 124
Cəmi: 1941
Луна
Xəbər 100
Cəmi: 235
Sevgim
Xəbər 73
Cəmi: 76
_pandam_
Xəbər 57
Cəmi: 489
Mələy0001
Xəbər 18
Cəmi: 992
amon
Xəbər 17
Cəmi: 986
Sevir sandım..
Xəbər 15
Cəmi: 15
heyatimin menasi
Xəbər 13
Cəmi: 15
Melis
Xəbər 12
Cəmi: 56

Son Hədiyyə

Göndərilmiş hediyyə
Elnare » Sevgim

Mesaj: Tebrik edirem🎂🎁💯yasha

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 514,3 Min
2) Esmeralda » 371,5 Min
3) L e o n » 357,2 Min
4) Elnare » 316 Min
5) amon » 303,1 Min
6) Луна » 300 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 266,5 Min
9) _Yene_Tenha_ » 220,2 Min
10) SoN NeFeS » 205,2 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Guluw sebebim
Şərh: 651
Cəmi: 886
Луна
Şərh: 550
Cəmi: 1287
heyatimin menasi
Şərh: 533
Cəmi: 646
Elnare
Şərh: 380
Cəmi: 3309
Sevgim
Şərh: 292
Cəmi: 292
Sevir sandım..
Şərh: 291
Cəmi: 291
_pandam_
Şərh: 171
Cəmi: 3630
Avara_Şair
Şərh: 85
Cəmi: 563
Melis
Şərh: 81
Cəmi: 157
Veten_qızı
Şərh: 58
Cəmi: 58

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Guluw sebebim
Bugün 104
Cəmi: 7073
Луна
Bugün 98
Cəmi: 2267
RÂYİHA
Bugün 83
Cəmi: 292
_pandam_
Bugün 39
Cəmi: 515
☆günka
Bugün 33
Cəmi: 1149
amon
Bugün 16
Cəmi: 2617
Sevgim
Bugün 13
Cəmi: 1141
ÇİRKİN_KRAL
Bugün 11
Cəmi: 770
Elnare
Bugün 10
Cəmi: 577
Sevir sandım..
Bugün 10
Cəmi: 939

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Guluw - 2 saat 38 deq.
2) Луна - 2 saat 31 deq.
3) Sevir - 1 saat 33 deq.
4) ☆günka - 1 saat 26 deq.
5) amon - 42 deq.
6) RÂYİHA - 39 deq.
7) _pandam_ - 34 deq.
8) Qemli - 33 deq.
9) Sevgim - 31 deq.
10) Elnare - 22 deq.
Bu il Azərbaycanda “Ümumdünya Statistika Günü” qeyd edilməyəcək
Xəbərlər Yüklə
Bu il Azərbaycanda “Ümumdünya Statistika Günü” qeyd edilməyəcək

Bu il Azərbaycanda “Ümumdünya Statistika Günü” qeyd edilməyəcək
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq təşkilatların və dünya ölkələrinin statistika qurumlarına müraciət edib.


LoaDinG.Az xəbər verir ki, müraciət “Ümumdünya Statistika Günü” ilə bağlıdır.

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının 69/282 saylı Qətnaməsinə uyğun olaraq 2020-ci il 20 oktyabr tarixində bütün dünya statistikləri hər beş ildən bir keçirilən “Ümumdünya Statistika Günü”nü təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar.

Qeyd etmək istərdik ki, son illər ərzində dünyada statistikanın əhəmiyyətinin xeyli dərəcədə yüksəlməsi fonunda istər beynəlxalq, istərsə də milli səviyyədə rəsmi statistikanın inkişafı naminə böyük işlər görülmüş, statistikanın modernizasiyası, kadr potensialının inkişafı, metodoloji bazaların təkmilləşdirilməsi və s. istiqamətlərdə ciddi uğurlar əldə edilmişdir. Statistika qurumları hazırda olduqca çətin şəraitdə - bəşəriyyət üçün fəlakətə çevrilmiş COVİD-19 pandemiyası və iqlim dəyişiklikləri nəticəsində getdikcə dərinləşən ekoloji problemlər, qlobal siyasi, iqtisadi təlatümlər, artan silahlı münaqişələr, humanitar böhranlar dövründə fəaliyyət göstərirlər, cəmiyyətin inkişafı və gələcək nəsillərin firavanlığı naminə fədakarcasına çalışaraq milli və beynəlxalq səviyyədə daha dəqiq qərarların verilməsi üçün statistik informasiya təminatının fasiləsizliyini təmin edirlər”,- deyə müraciətdə qeyd olunub.

T.Budaqov həmkarlarını Ermənistanın son günlər təmas xəttində həyata keçirdiyi hücum əməliyyatları və mülki əhalini hədəfə alması ilə bağlı məlumatlandırıb:

“Böyük təəssüf hissi ilə bildiririk ki, yuxarıda qeyd olunanlara şahidlik etdiyimiz bir zamanda Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təcavüzü, Azərbaycan Respublikasının yaşayış məntəqələrini ağır artilleriyadan, ballistik raketlərdən atəşə tutması, mülki əhalini hədəfə alması, onlarla dinc sakinin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, minlərlə yaşayış evlərinin və sosial obyektlərin dağıdılması nəticəsində yaranmış vəziyyət Azərbaycanda statistiklərin böyük səbirsizliklə gözlədiyi “Ümumdünya Statistika Günü”nün qeyd edilməsini mənəvi prinsiplər və etik normalar baxımından mümkünsüz edib.

Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini bu günədək icra etməyən, beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edərək beynəlxalq təşkilatların münaqişənin sülh yolu ilə həllinə dair çağırışlarına məhəl qoymayan Ermənistanın silahlı qüvvələri son iyirmi gündə döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir və Naftalan şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər və Yevlax rayonlarının yaşayış məntəqələrini, ölkənin ən iri su elektrik stansiyasını, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərini hədəfə alaraq intensiv şəkildə atəşə tutmuş, humanitar məqsədlərlə oktyabrın 10-da əldə edilmiş atəşkəs razılığına da əməl etməmişdir. Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti dəfə ballistik raketlər atmış, yalnız bu vandalizm aktı nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, 3 azyaşlı uşaq hər iki valideynini itirmiş, 3 yaşayış binası tamamilə dağıdılmış, onlarla çoxmənzilli yaşayış binasına və sosial təyinatlı müxtəlif obyektlərə ziyan dəyib”.

DSK sədri bu il Azərbaycanda “Ümumdünya Statistika Günü”nün qeyd edilməyəcəyini də açıqlayıb: “Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda “Ümumdünya Statistika Günü”nün qeyd olunmayacağına dair qərarımıza hörmət və anlayışla yanaşacağınıza ümid edirik. Hesab edirik ki, BMT-nin bütün qərarları, o cümlədən Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri icra olunmalı, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləməli, Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti dayandırılmalı, onun işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini tərk etməli, 1,2 milyon qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmaları təmin edilməlidir.

Hörmətli həmkarlar,

Bütün bunlara baxmayaraq Azərbaycanın statistikləri öz nikbinliyini itirmir və dünyamızın daha yaxşı gələcəyinə əminliyini ifadə edərək “Ümumdünya Statistika Günü” münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, ölkənizə sülh və firavanlıq arzu edir

Dostlarınızla paylaşın

100 nəfər bəyənib.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 31 21 3 13 0
Şərhlər: 2
  1. heyatimin menasi
    ay lap yaxsi oldu bu tedbirde 1ci defe olacaqdi istirak edecekdi oda olmadi
  2. Луна
    Amin, İnşAllah) Bu dəfə fərqlilik oldu, 5 ildən yox, 10ildən keçiriləcək
    Təşəkkürlər xəbərə görə

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
SiteLock