reklam
İki alanı əlaçıdan seçə bilən alqoritm yaradılıb İki alanı əlaçıdan seçə bilən alqoritm yaradılıb https://loading.az/uploads/posts/2020-10/thumbs/1602787916_loading.az_889112.jpg
Луна

Луна Maraqlı 16-10-2020, 18:00

İki alanı əlaçıdan seçə bilən alqoritm yaradılıb

İki alanı əlaçıdan seçə bilən alqoritm yaradılıb

Rusiya alimlərinin tərtib etdiyi alqoritm dərslərindən iki alanı əlaçıdan onların sosial şəbəkələrdə paylaşdığı informasiyalar, postlar əsasında 94 faiz seçə bilir. Tədqiqatın nəticələri EPJ Data Science jurnalında dərc edilib.


LoaDinG.Az ted.az-a istinadən bildirir ki, Rusiyanın Ali İqtisad Məktəbi Elmi-Tədqiqat Universitetinin Təhsil İnstitutu əməkdaşlarının tərtib etdiyi model VKontakte və Tvitterdə uğurla tətbiq olunub.

Son on ildə sosioloqlar, riyaziyyatçılar, fiziklər və hətta epidemioloqlar informasiyaların sosial şəbəkələr vasitəsilə necə yayılmasını, istifadəçilərin xarakter və davranışlarını bilmək üçün müvafiq verilənlərdən necə istifadə etmək məsələsini fəal araşdırırlar. Beləcə, Feysbuk məlumatları üzrə boşanma ehtimalını qiymətləndirmək mümkün olub. Rusiyalı alimlər isə istifadəçilərin sosial şəbəkələrdə fəallığı əsasında onların ailə vəziyyətini və cinsini müəyyənləşdirməyi öyrəniblər.

Britaniyalı alimlərin analoji tərtib etdikləri alqoritmlər sayəsində IQ səviyyəsini və "bəyənmə" (like) əsasında şəxsiyyətin beş əsas cizgisini qiymətləndirmək mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 166 203 156 198 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.