reklam
Nikahı möhkəmləndirən məqamlar Nikahı möhkəmləndirən məqamlar https://loading.az/uploads/posts/2020-10/thumbs/1602667131_loading.az_1073274_620x360.jpg
Bumerang

Bumerang Evlilik 14-10-2020, 16:00

Nikahı möhkəmləndirən məqamlar

Nikahı möhkəmləndirən məqamlar
Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi problemlər, müxtəlif mövzularda bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var.
Psixoloqlar evliliyi möhkəmləndirən məqamları bu cür sıralayır:

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə dost olmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: “Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir”.

Dostlara diqqət

Sosial şəbəkədə dostluq münasibətlərinə də diqqət etmək lazımdır. Çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: “Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. Dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlik sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yoluxucudur. Ətrafınız sağlam evliliyi olan insanlarla əhatəli olsun. Bu, sizin də həyat yoldaşınızla münasibətinizdə də əksini tapacaq”.

Ev işlərinə biganə yanaşmayın

Terapevtlər cütlüklərin ev işlərini aralarında bölüşməyin münasibətlərə müsbət təsiri olduğunu deyirlər. 2015-ci ildə aparılan araşdırmalardan birinin nəticəsinə görə, ev işləri və ailə məsuliyyətlərini paylaşmayan cütlüklər münasibətlərindən kifayət qədər zövq almırlar. Üstəlik, onların seks həyatları da yaxşı olmur: “Bu, evliliyin ilk illərində əhəmiyyətli məsələ kimi qəbul edilmir. Lakin irəliləyən zamanlarda böyük problemlərə yol aça bilər. Kimin təmizkar və ya səliqəsiz olması əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan təmizkar olanın deyingən olmaması, dağınıq olan tərəfin da vaxtaşırı məsuliyyəti paylaşmaq mövzusunda istəkli və səmimi olmasıdır”.

Sonuncu dəfə nə vaxt sevildiyini hiss etmisən? – deyə soruşun

Terapevt Liz Higgins isə düşüncəli və səmimi ünsiyyətin vacib olduğunu vurğulayır. Cütlükülərin yalnız “günün necə keçdi, əzizim?” və ya “bu həftəsonu nə edəcəyik?” kimi qısa suallarla monotonlaşmış bir ünsiyyət içində deyil, dərin və səmimi ünsiyyətdə olmalarının əhəmiyyətinə diqqəti çəkir: “Bu gün bir cütlük olaraq nəyi yaxşı etdik? Bu gün münasibətimizə qatqısı olacaq nə etdik? Sənin üçün nə edə bilərəm? Bu gün nə zaman mənimlə rahatlıq tapdığını və sevildiyini hiss etdin? Bu cür suallar verin. Başlanğıcda bu, mənasız kimi görünə bilər. Lakin zamanla bu cür ünsiyyətin böyük faydasını görəcəksiniz. Cütlüklər həftədə bir dəfə bir araya gələrək yalnız münasibətləri haqqında danışmalıdırlar. Bu formada gələcəkdə yarana biləcək inciklik və ünsiyyət qopuqluğunu asanlıqla aradan qaldıra bilərlər”.

Yalnız evi və bank hesabını paylaşırsınız?

Psixoterapevt Laura Heck bildirir ki, cütlüklərin ev yoldaşı, evi paylaşan insanlar kimi davranmağa başlaması təhlükədən xəbər verir: “Yalnız evi, bank hesabını və uşaqları paylaşmaq üzərinə qurulan evliliklər yaşayan cütlüklər təcili olaraq özlərini yeniləməli, münasibətlərinə həyəcan qatmağın yollarını axtarmalıdırlar”.
Bununla yanaşı, mütəxəssis bildirir ki, cütlüklərin ortaq maraq sahələri ilə əlaqədar yemək və ya idman fəaliyyətləri kimi kurslarda iştirak etmələri də böyük əhəmiyyət daşıyır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 327 374 336 362 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.