ONLAYN: 21

Qonaq: 389 Cəmi: 413
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Nigar - 2 saat 52 deq.
2) Hökm - 1 saat 20 deq.
3) ice - 1 saat 20 deq.
4) Nuray - 1 saat 18 deq.
5) XAMLİYON__GÖZƏL - 42 deq.
6) ÊLfid - 42 deq.
7) Adnur - 36 deq.
8) Gülüşüm💕 - 28 deq.
9) amon - 24 deq.
10) _Gйпеl_ - 20 deq.
Yoxsa Allahdan qorxmursunuz?
İslam Dini Yüklə
Yoxsa Allahdan qorxmursunuz?
Yoxsa Allahdan qorxmursunuz?

"Həqiqətən, İlyas da peyğəmbərlərdəndir! Bir zaman o, öz tayfasına belə demişdi: "Yoxsa Allahdan qorxmursunuz? Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın müxlis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün yaxşı ad goyduq. "İlyasinə (İlyasa) salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!" (əs-Saffat, 37/123-132)

İlyas (ə) Qurani-Kərimdə adı keçən peyğəmbərlərdəndir (əl-Ənam, 6/85; əs-Saffat, 37/123). O, tayfasını "Tövhid"ə dəvət etmiş və onlara belə xitab etmişdi:

Yoxsa Allahdan qorxmursunuz?

"Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı qoyub Bələ ibadət edirsiniz?"

İlyas (ə) tövhid inancından uzaqlaşıb, bütə sitayiş etməyə başlayan İsrail oğullarına peyğəmbər olaraq göndərilmişdi. Ayədə qeyd olunan "Bəl" də həzrət İlyasın qövmünün sitayiş etdiyi bütün adı idi. Yaşadıqları şəhərin adı "Bək" olsa da, sitayiş etdikləri bütün adına görə bu şəhərin adı tarixi mənbələrdə "Bələbək" olaraq keçir.

Bütə sitayiş edən qövm, İlyasın (ə) dəvətinə əhəmiyyət vermədi və iman etmədi, əvvəlki peyğəmbərlərin dəvətlərinə məhəl qoymayan tayfalar kimi. Qurani-Kərim xüsusilə bu məsələyə diqqət çəkmiş və İsrail oğullarının müəyyən zamanlarda nankorluq etdiklərini vurğulamışdır (əl-Bəqara, 2/83-85; əl-Casiyə, 45/16-17).

Halbuki, o şərəf sahibi elçilər, elmlə əməli, həyatla əxlaqı, hikmətlə irfanı, dünya ilə axirəti yaxınlaşdıran və bütünləşdirən bəşəriyyət liderləri, hikmət işığı və hidayət rəhbərləri idilər. Onlar insanları küfrün bataqlığından uzaqlaşdırıb, tək olan Allahın tövhid yoluna, elm və inancın aydınlığına dəvət edirdilər...

Beləliklə, İlyas onların "Yaradanların ən yaxşısını" qoyub, Bələ ibadət etmələrinə, Tövhid inancını təməldən yıxıb, bütpərəstliyə geri dönmələrinə çox pis münasibət göstərmişdi. Həzrət İlyas uzun müddət mücadilə aparsa da, onları doğru yola gətirə bilmədi, nəticədə onu yalanlamaqla Haqqı rədd və inkar etdilər. Bəli, "Onu təkzib etdilər" (əs-Saffat, 37/127).

Dünyada imansızlıqlarının cəzasını çəkmiş bu xalq axirətdə də pərişan olacaqdır. Belə ki,

"Buna görə də onlar (Cəhənnəmə) gətiriləcəklər" - deyə bildirildi. Lakin hər millətdə olduğu kimi onların arasında da ixlaslı olanlar vardı ki, onlar üçün də:

"Yalnız Allahın müxlis bəndələrindən başqa!" deyə qeyd olunmuşdur.

İlyas (ə) özündən sonrakılar üçün də zikr edilmişdi. Çünki Allah onun haqqında belə demişdir:

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İlyasa salam olsun!"


Göründüyü kimi, ayələrdə İlyasın (ə) İsrail oğullarını Haqqa dəvətindən qısa xülasə verilmiş, onun dəvətindən nümunələr qeyd edilmişdir. Əvvəlcə həzrət İlyasın xəbərdarlıq edərək, Haqqa dəvət etdiyi millətinin Allahdan qorxmadığı, pis əməllərdən ehtiyat etmədikləri, eyni zamanda Allahı tərk edib, bütpərəstliyə geri döndükləri haqqında məlumat verilmişdir. Daha sonra isə əsas məzmun belə ifadə edilmişdir:

1. İnsan əli ilə düzəldilmiş Bəl və ona bənzər butlər ilahi icad və sənətin yanında heç bir məna və dəyər daşımaz. Çünki kainatı da, orada var olan bütün varlıqları da yaradan Allahdır.

2. Allah keçmişdə olanların və gələcəkdə olacaqların yeganə yaradanı və tərbiyə edənidir.


İlyasın (ə) təbliğ və dəvətini tayfasının böyük əksəriyyəti inkar etsə də, ona inananlar da olmuşdu. Daha sonra Haqq ilə batilin davamlı olaraq mücadilə etdiyi göstərilmiş və qiyamətə qədər bunun belə davam edəcəyi, lakin batilin hər zaman yox olmağa məhkum olduğu da bildirilmişdir. Beləliklə, İlyas peyğəmbər də vəzifəsini Iayiqiylə yerinə yetirərək, ilahi xeyir-dua ilə təltif olunmuş və özündən sonra gələnləra şərəfli bir ad qoymuşdur.

Nəticə etibarilə belə bir qənaət hasil olur ki, belə gözəl şöhrət Allahın yaxşı insanlara mükafatıdır. Belə olduğu halda, özündən sonra gözəl bir ad, bu göy qübbəsinin altında xoş səda qoymaq üçün çalışmaq lazımdır. Şübhə yoxdur ki, bunun ən əsas şərti imandır. İlyas Peyğəmbər kimi digər bütün peyğəmbərlər dünyada va axirətdə Allahın salam sifətinin təcəllisi ilə şərəflənmişlər. Onları tamamilə qəbul edən möminlərin də bu sifətdən nəsib alacağına şübhə yoxdur.

Salam olsun İlyasa (ə) va ona tabe olanlara!..


Dostlarınızla paylaşın

513 nəfər bəyənib.
Şərhlər: 3
  1. Peri
    Xebere gore sagolun
  2. kolgem
    gozel xebere gore tewekkur
  3. LiFe❤LoVe`
    "Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı qoyub Bələ ibadət edirsiniz?"

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.