reklam
Məhəmməd Peyğəmbər'in (s.a.s) dünyaya gəlişi zamanı baş verən hadisələr Məhəmməd Peyğəmbər'in (s.a.s) dünyaya gəlişi zamanı baş verən hadisələr https://loading.az/uploads/posts/2020-10/1601990075_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid İslam Dini 6-10-2020, 17:16

Məhəmməd Peyğəmbər'in (s.a.s) dünyaya gəlişi zamanı baş verən hadisələr

Məhəmməd Peyğəmbər'in (s.a.s) dünyaya gəlişi zamanı baş verən hadisələr


1.O gecə bir ulduz doğdu.

Yəhudilər kitablarından Allah Rəsulunun gələcəyini oxuyub öyrənmişdilər. Və ulduzlardan hökm çıxarmaqda usta olanlar bu əlamətin gerçəkləşəcəyinidə bilirdilər. Həmin gecə bir Yəhudi qaçaraq gəlib,
"Xəbəriniz olsun, Əhməd'in ulduzu bu gecə doğdu. Əhməd bu gecə dünyaya gəldi!"

2.Mədayin'dəki Kisra sarayından 14 bürc çatırdayaraq yıxıldı.

Dərin yuxuda olan Mədayin şəhəri qorxunc bir səslə oyandı. Mənzərə dəhşət vericiydi. Hökmdar sarayının o sapsağlam bürclərindən 14ü yıxılmışdı. Sabah, Kisra şəhərinin dini rəislərini dərhal bir toplantıya çağırdı. Bu sırada bir atlı əlində bir məktub gətirdi. Məktubda, İstahrabad'da minlərcə illərdir yanan atəşlərin söndüyü xəbər verilirdi. Bu xəbər Kisranın qorxusunu daha da artırdı.

3.Kəbə'nin içini qaranlıq və kirlərə boğan bütlərin bir çoxu baş aşağı yıxıldı.

Bu hadisənin ifadə etdiyi məna böyükdür. Dünyaya gələn bu şəxs, özünə veriləcək vəzifəyə görə, qapqaranlıq şirk inancını ortadan qaldıracaq, könüllərdə pak və səadət dolu tövhid inancını bayraqlaşdıracaqdır.

4.Tapılan məşhur Sava (Tabəriyyə) gölü bir anda qurudu.

Bu da, gələn şəxsin, Allahın izniylə olmayan şeylərə tapılmasını əngəlləyəcəyinin ifadəsiydi.

5.Dünyaya gəldiyi anda şərq və qərbi balaca bir otaq kimi aydınladan bir nur görüldü.

Demək ki, dünyaya gələn şəxsin təbliğ edəcəyi din, şərq və qərbi bütün möhtəşəmliyiylə qucaqlayacaq, insanlığın beşdə birini mərhəmətlə sinəsində tərbiyə edəcəkdi.

6.Səmavə vadisi, daşan sellər altında qaldı.

Məhəmməd (s.a.s) peyğəmbərin dünyaya gözünü açdığı gecə idi. Daşan sellər Səmavə vadisi və Səmavə şəhərini sular altında buraxdı. Şəhər xalxı dəhşət içində qalaraq, çarəyi dağlara və təpələrə getməkdə gördü.

7.Göyqübbədən salxım-salxım ulduzlar töküldü.

Bu hadisə buna işarə edirdi:
Bundan belə şeytan və cinlərin göydən xəbər almaqları sona çatmışdı. Madam ki, Məhəmməd (s.a.s) Peyğəmbər vəhylə dünyaya çıxdı, əlbətdə yalanlarla qarışıq, kahinlərin və qaibdən xəbər verənlərin və cinlərin xəbərlərinə səd çəkmək lazımdır ki, vəhyə şüphəyə səbəb olmasınlar. Quran nazil olduqdan sonra birçox kahin imana gəldi. Çünki artıq cinlər tayfasından olan müxbirlərini tapa bilmirdilər.

O ana qədər görülməmiş bu hadisələrin, bu gecə meydana gəlməsi əlbətdə təsadüfi deyildi. Bu hadisələrin hamısı dünyaya Ahir zaman Peyğəmbəri Hz. Məhəmməd'in (s.a.s) gəlişini xəbər verirlərdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 413 423 384 445 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.