reklam
Bu gecə röyama qonaq gəl, gülüm Bu gecə röyama qonaq gəl, gülüm http://loading.az/uploads/posts/2016-11/1480240329_1449767508_1601081_1542985569260459_1378862659_n.jpg
kolgem

kolgem Şeirlər 27-11-2016, 13:51

Bu gecə röyama qonaq gəl, gülüm

Bu gecə röyama qonaq gəl, gülüm
Bu gecə röyama qonaq gəl, gülüm


Bu gecə röyama qonaq gəl, gülüm,
Məni sevib - oxşa, al ağuşuna.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrətəm səsinə, bir baxışına.

Bu gecə röyama qonaq gəl, gülüm,
Ruhunu ruhumun yanına göndər.
Həyatda nə qədər etsən də zülüm,
Barı röyamı sən nağıla döndər.

Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrət bir gecəlik bitsin röyada.
Bizdən uzaq olsun ayrılıq, ölüm,
Onları gəl qoyaq oyaq dünyada.

Bu gecə röyama qonaq gəl, gülüm,
Sənsiz röyalarım tutqun, qarışıq.
Bu gecə röyama qonaq gəl, gülüm,
Biz ki röyalarda ayrılmamışıq.

Bu gecə röyama qonaq gəl, gülüm,
Daha sənsizliyə dayanmaram mən.
Bu gecə röyama qonaq gəl, gülüm,
Gəlsən, söz verirəm: oyanmaram mən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 333 320 290 301 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.