reklam
Dissosiativ şəxsiyyət pozuntusu nədir? Dissosiativ şəxsiyyət pozuntusu nədir? https://loading.az/uploads/posts/2020-09/thumbs/1600374044_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Maraqlı 18-09-2020, 15:00

Dissosiativ şəxsiyyət pozuntusu nədir?

Dissosiativ şəxsiyyət pozuntusu nədir?
Dissosiativ şəxsiyyət pozuntusu, insanın şüur səviyyəsində bir-birindən fərqli ən azı iki şəxsiyyətə sahib olması və bu şəxsiyyət strukturları arasında keçidlər yaşaması ilə xarakterizə olunan psixoloji xəstəlikdir.

Bu şəxsiyyət pozuntusu mütləq travma və ya sarsıntı nəticəsində ortaya çıxır.Daha çox uşaqlıq dövründə şüurun yeni formalaşmağa başladığı zaman travma yaşayan insanlarda müşahidə olunur. Bu travma fiziki, cinsəl və ya duyğusal istismar nəticəsində yaranır. Həmin istismar adətən ailədaxili zəmində baş verir.

Nadir hallarda görülən bu narahatlığın diaqnozu üçün insan travma yaşamalıdır. Davranış dalğalanmaları, xarakter dəyişikliyi yaşayan insanların hamısına dissosiativ şəxsiyyət pozuntusu diaqnozu qoyulmur. Adətən pasiyentə təsir göstərən şəxsiyyət sayı 5-10 ədəd olur. Bunların sayı insanın yaşadığı travmanın şiddətinə bağlı olaraq dəyişir. Əsasən bir şəxsiyyət digərinə ani olaraq keçir.

DISSOSIATIV ŞƏXSIYYƏT POZUNTUSU BARƏDƏ ƏLAVƏLƏR

“Daxildəki şəxsiyyətlər bir-birini tanımırlar”

Hər şəxsiyyətin adı, yaşı, xatirələri və özünə xas davranışları var. Onlar bir-birlərini tanımırlar, bir-birlərinin davranışlarını unudurlar. Digər şəxsiyyət mühafizəkar, persekutor, intihara meyilli, uşaq və ya qarşı cins və s. xüsusiyyətlərə sahib ola bilir. Bir şəxsiyyət digəriylə əks xüsusiyyətlərə sahib olur. (məsələn: biri asılıdırsa, digəri azadlığa meyilli, aqressiv…) Bir şəxsiyyətdən digərinə keçid qısa müddətdə olur. İnsan saatlarla, günlərlə davam edən yaddaş pozuntusu yaşayır.

"Dissosiativ pozuntu daha çox qadınlarda müşahidə olunur”

Pozuntunun müşahidə olunma tezliyi bilinmir. Qadınlarda kişilərlə nisbətdə 8-9 qat daha çox müşahidə olunur. Bunun səbəbi, qadınların cinsi istismara daha çox məruz qalması və ya kişilərin simptomları daha çox gizlətməsi, hansısa cinayət törətdiyi zaman cinayət məsuliyyətinə cəlb olunması səbəbindən diaqnozun qoyulmamasıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 346 352 337 335 296

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.