reklam
Sevən baxışlarım şeir deyilmi? Sevən baxışlarım şeir deyilmi? https://loading.az/uploads/posts/2020-09/thumbs/1599228453_loading.az_20200904_180421.jpg
Arzum

Arzum özünü 🤔 fikirli hiss edir. Şeirlər 4-09-2020, 18:40

Sevən baxışlarım şeir deyilmi?

Sevən baxışlarım şeir deyilmi?
Məndən sənə aid şeir istədin...
Mənim məhəbbətim şeir deyilmi?...
"Mən səni sevirəm" sözün demədim
Sevən baxışlarım şeir deyilmi?...


Ay məni özünə həsrətli qoyan,
Nisgili qəlbimə axıb damlayan,
Səndən ilham alan, səndən kam alan
Gizli arzularım şeir deyilmi?...

Doyunca qoxlayıb iyin almadım.
Mən sənə vuruldum, bunu danmadım.
Qismətim sənsizlik olar sanmadım
Sənli xəyallarım şeir deyilmi?...


Səndən şikayətim, səndən gileyim,
Yuxuna hər gecə gizli gəlməyim,
Səni yuxularda gəlib sevməyim,
Opən dodaqlarım şeir deyilmi?...

Sevgimi qəlbimdə qərib qoyanım,
Sənin həsrətinə necə dayanım?
Hicrində nə qədər alışım, yanım?
Bəs bu əzablarım şeir deyilmi?...


Ayrılıq araya düşəndən bəri,
Gülüş dodağımdan küsəndən bəri,
Ümiddən əlimi üzəndən bəri,
Axan göz yaşlarım şeir deyilmi?...


Həsrəti ömrümə yazdığın gündən
Küsmüşəm elə bil elə sözümdən.
Nə deyim, ne qoşum səndən, özümdən?
Susan kəlamlarım şeir deyilmi?...
Sevən baxışlarım şeir deyilmi?...


Şəhla Qəmgin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 392 305 291 352 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.