Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 118
Cəmi: 1793
Arzum
Xəbər 115
Cəmi: 182
Луна
Xəbər 78
Cəmi: 99
_pandam_
Xəbər 49
Cəmi: 425
Nurcan
Xəbər 14
Cəmi: 14
ODiNoKiY_VoLK
Xəbər 9
Cəmi: 372
♥Guluw sebebim♥
Xəbər 9
Cəmi: 9
amon
Xəbər 8
Cəmi: 953
ÇİRKİN_KRAL
Xəbər 7
Cəmi: 7
Sol Meleyim
Xəbər 7
Cəmi: 1061

Son Hədiyyə

Göndərilmiş hediyyə
Nurcan » ♥Guluw sebebim♥

Mesaj: Men Nurcan adı yerine nuray qoymaq ısteyırem sena dini nece deyişden canım deyırdın de

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 371,5 Min
2) L e o n » 357,2 Min
3) Elnare » 303,4 Min
4) AzizA » 291,6 Min
5) Sensiz darixiram » 266,4 Min
6) amon » 253,6 Min
7) Xaliq » 228,9 Min
8) _Yene_Tenha_ » 220,2 Min
9) poppy » 144,1 Min
10) SeKeRCiK » 139,3 Min

Saytda Oyun !!!

Tap və Qazan.

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Луна
Şərh: 356
Cəmi: 652
Elnare
Şərh: 232
Cəmi: 2803
_pandam_
Şərh: 179
Cəmi: 3400
Nurcan
Şərh: 144
Cəmi: 145
♥Guluw sebebim♥
Şərh: 123
Cəmi: 123
sema_21
Şərh: 84
Cəmi: 116
MarveL
Şərh: 71
Cəmi: 1150
RÂYİHA
Şərh: 64
Cəmi: 79
Avara_Şair
Şərh: 56
Cəmi: 472
SoN NeFeS
Şərh: 54
Cəmi: 356

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Rehimoffa
Bugün 184
Cəmi: 989
GozeLoV
Bugün 146
Cəmi: 1709
Arzum
Bugün 104
Cəmi: 2094
Луна
Bugün 101
Cəmi: 1918
amon
Bugün 96
Cəmi: 2695
heyatimin menasi
Bugün 89
Cəmi: 2241
♥Guluw sebebim♥
Bugün 65
Cəmi: 2829
Nurcan
Bugün 41
Cəmi: 1527
Xaliq
Bugün 19
Cəmi: 2005
pandam
Bugün 18
Cəmi: 27

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Луна - 6 saat 58 deq.
2) Arzum - 6 saat 1 deq.
3) Rehimoffa - 3 saat 52 deq.
4) GozeLoV - 3 saat
5) amon - 2 saat 41 deq.
6) ♥Guluw - 2 saat 24 deq.
7) Nurcan - 2 saat 3 deq.
8) Avara_Şair - 1 saat 46 deq.
9) Xaliq - 1 saat 3 deq.
10) heyatimin - 43 deq.
SENTYABR - 2 bürcü bədbəxtlik, 3 bürcü, xoşbəxtlik, 2 bürcü bol qazanc, digər bürcləri isə...
Bürclər Yüklə
SENTYABR - 2 bürcü bədbəxtlik, 3 bürcü, xoşbəxtlik, 2 bürcü bol qazanc, digər bürcləri isə...
Qoç - 9 Sentyabr 2020 - də Böyük Xeyirxah Yupiter Qoçun cütlər evinə girəcək və 2021 Oktyabr ayına qədər orada qalacaq. Siz bir illiyinə və ya daha uzun müddətdə fürsətlərdən və sizə açılan qapılardan faydalanacaqsınız. Yupiter əlaqənizin çiçəklənməsinə gətirib çıxaracaq və ya əgər axtardığınız yeni bir eşqsə, sizə yeni eşq gətirəcək. Ümumiyyətlə Yupiter insanların cütlər evində olduğu zaman insanlar aşiq olar, nişanlanar, evlənər və ya mükəmməl ortaq hədəflərə çata bilər. Bəzi vəziyyətlərdə hətta səhv və stressli əlaqələrdən də xilas ola bilərlər. Lakin ümumi danışsaq ən əhəmiyyətli şey fürsətlər və onların sizi nə qədər məmnun etdiyi ilə əlaqəlidir. 23 Sentyabra qədər Kiçik Xeyirxah və eşq planeti Venera Qoçun eşq evindən keçəcək. Beləliklə Qoçları xoşbəxt bir ay gözləyir, xüsusilə 9 - 23 Sentyabr aralığında. Yupiterin 9 Sentyabr 2020 - də Qoçun ortaqlıqlar evinə girməsi professional əlaqələrdə 13 aylıq bir fürsət vəziyyəti yaradacaq. Əməkdaşlıq, iş ortaqlığı, müqavilələrlə əlaqədar işlərdə Sentyabr Qoçlar üçün yeni bir mərhələnin başlanğıcı hesab olunur. Bu baxımdan Yupiter Venera qovuşmasına görə Sentyabr 2020 əksəriyyətlə ümid verici görünür. Venera da Qoçun pul evinin idarəçisi olduğuna görə, maddi mənada da bir qazancdan bəhs etmək olar. Çox çalışacaqsınız, lakin işlər çox da problemsiz getməyəcək. Sentyabr boyunca Qoçun iş evində Merkurinin retrograd etməsi sizə əlavə intellektual, səyahətlə, sənədlərlə və ünsiyyətlə bağlı stress yaşada bilər. Yaxşı xəbər budur ki, Sentyabrın sonuna doğru Qoçun idarəçisi Mars az qala doqquz aydır retrograt hərəkəti səbəbiylə qaldığı çətin sahədən xilas olur. Dərsinizi aldınız və yeni perspektivlər sizin üçün açıqdır. Sentyabr 2020 boyunca Merkurinin Qoçun sağlamlıq evlərinin birində retrograt hərəkətini nəzərə alsaq, bəzi sağlamlıq problemləriniz ola bilər. Əsəbilik, tənəffüs problemləri, qəza riski bunlardan bəziləridir. Bu eyni zamanda tibbi sənədlər arxasında qaçacağınız və ya bəzi müalicələri və ya diaqnozları davam etdirməniz lazım gələn bir dövr mənasına da gələ bilər. Hər baxımdan sağlamlığınıza diqqətlə yanaşmalı və özünüzə diqqət yetirməlisiniz.

Buğa - 2020 Sentyabr ayı Buğaların eşq həyatı üçün çox kompleks bir ay olacaq. Bir tərəfdə: Buğanın ehtiras və erotizm evində Günəşin tranziti cinsi enerjinin artması və həyatınızın eşqiylə qarşılaşma fürsətinizin ortaya çıxmağı mənasına gəlir. Digər tərəfdən eyni evdəki Merkurinin retrograt hərəkəti suları bulandıra bilər və köhnə eşqlərin, fantaziyaların, xəyal qırıqlıqlarının və ya ziddiyyətlərin ortaya çıxmasına səbəb ola bilər. İşlər həqiqətən planlandığı kimi getməyəcək. Eşq planeti Veneraya gəlincə o qaydalar, işlər və zərurətlər sahəsində hərlənib duracaq, lakin Buğalara 23 Sentyabr 2020 - dən sonra eşqdə şans vəd edəcək. Buğanın cütlər evinin idarəçisi Mars çətin mövqedə olmağa davam edəcək, lakin ayın sonunda gərginliklər və məhdudlaşdırmalardan xilas olacaq. Bir az daha səbr etməniz lazımdır. 9 Sentyabr 2020 - də Yupiter Buğanın iş evinə girəcək, Oktyabr 2021 - ə qədər orada qalacaq və sizə 13 aylıq bir məmnuniyyət və müvəffəqiyyətlər dövrü gətirəcək. Yupiterin sizin iş evinizdə olmasıyla istədiyiniz işi və ya ikinci işi tapa bilər, ya da haliyədəki işinizdə yüksələ bilərsiniz. Yupiter sizə böyük iş həcmi gətirir, lakin eyni zamanda onu idarə etmək üçün sizə güc təmin edəcək və işinizdən məmnun qalacaqsınız. O sizin səylərinizi kifayət qədər mükafatlandıracaq. Sentyabr 2020 boyunca Buğaların iş evi Venera tərəfindən təqdis ediləcək və işlərin yoluna girməyi gözlənilir. Maliyyə mövzusunda 2020 Sentyabrın bitməsiylə Buğalar üçün təzyiq, böyük məsuliyyətlər və ya çətinliklər bitir. Lakin o zamana qədər hələ mübarizə etməniz lazım gələn çətinliklər mövcud olacaq, buna görə pulla əlaqədar mövzularda diqqətli olmalısınız. Sentyabr 2020 Buğalar üçün gigiyena, estetik gözəllik və sağlam həyat kimi kiçik sağlamlıq problemlərini həll etmək üçün ideal aydır. Tibb sahəsində çalışan dostlarınızla, həkimlər, pedaqoqlar, diyetoloqlarla mükəmməl əlaqə içindəsiniz. Əgər problem yaşasanız, bu problemlər ümumiyyətlə ifrata meylli olmanız və tələsib hərəkət etdiyiniz zaman özünüzə nəzarəti itirdiyiniz üçün ortaya çıxacaq.

Əkizlər - 2020 Sentyabr ayı Əkizlər bürcü üçün yaxşı xəbərlərlə doludur: ayın doqquzunda Böyük Xeyirxah və Əkizlərin cütlər evinin idarəçisi Yupiter, Əkizlərin eşq və erotizm evinə daxil olacaq. Bu tranzit 2021 - ci ilin Oktyabr ayına qədər sürəcək və uyğun şərtlər altında ortaya çıxan ehtiras dolu bir il nəzərdə tutulur. 2020 Sentyabr ayı erotik vədlərlə dolu bir ay olacaq, çünki ayın 23 - ünə qədər Əkizlərin eşq evində Kiçik Xeyirxah və eşq və romantizm planeti Venera olacaq. Bu dövrün böyük eşq potensialı var, lakin xüsusilə seks və bağlılıq tələb etməyən azad əlaqə üçün uyğun hesab edilir. Rəsmiləşmiş və ya uzun vədəli əlaqənizdə gərginlik riski mövcuddur, çünki Əkizlərin cütlər evində iki bədxah planet - Mars və Saturn - mövcuddur. Bu ay ziddiyyətli bir ay olacaqdır! Sentyabr 2020 - də Əkizlərin idarəçisi Merkurinin retrograt hərəkət etməsi və pis mövqedə olması ucbatından məhsuldarlığınız çox olmaya bilər, fokuslanma və təşkilati problemlər yaşaya bilərsiniz. Əkizlərin ortaqlıqları da çətin və ya çox olacaq, bu da əməkdaşlıq və komanda işini daha da çətinləşdirəcək. Bütün bunlara baxmayaraq, qabiliyyət, yaradıcılıq və şansınız müvəffəqiyyətinizə kömək olacaq. Sizin doğru zamanda, doğru yerdə olmaq kimi güclü instinktiniz və şəxsi xüsusiyyətlərinizi ortaya çıxarmada fövqəladə qabiliyyətiniz vardır. Sentyabr 2020 incəsənət, turistik, əyləncə, reklam və ya təhsil fəaliyyətlərini davam etdirən Əkizlər bürcü fərdləri üçün xüsusilə uyğundur. Formanız xeyli yaxşıdır, lakin həddindən artıq stressli bir dövrdən keçəcəksiniz. Oxatan bürcündə olan Mars və Saturn, Əkizlərdəki Günəşə və Qızda retrograt hərəkət etməkdə olan, əkizlərin idarəçisi Merkuriyə təzyiq edəcək. Beləcə ehtiyatlılıq və sakinlik tələb edən qarşıdurma, aqressiya, qəza riski mövcuddur.

Xərçəng - 2020 Sentyabr ayı sevdiyiniz bir ay olacaq. Bürcünüzün təbiətindən doğan xoşbəxtlik sizin üçün qiymətli olan insanlar, xüsusilə eviniz və ailəniz üzərinə yayılacaq. Yengəcin 4 - cü evində yerləşmiş olan iki Xeyirxah planet - Venera və Yupiter - Yengəclərin eşq həyatını rahatlıq və məhrəmliklə saracaq. Sentyabr 2020 - nin ruh halı sülhə meylli olacaq, amma bunu boş dayanmaqla qarışdırmayın. Yengəcin cütlər evinin idarəçisi Mars iş, zərurətlər və məsuliyyətlərlə məşğul olacaq. O sizi və sevgilinizi işə yönəldəcək, lakin daha çox cütlərin səyləri evinizin dəyərini və rahatlığını artırmağa, uzun müddətli istifadəyə yararlı ev əşyalarının alınmasına və ya ailə zənginliyinizi artırmağa istiqamətli fəaliyyətlərə fokuslanacaq. Sentyabr 2020 boyunca Yengəclərin eşq həyatında ünsiyyətin rolu hər vaxtkından daha əhəmiyyətli olacaq. Yengəcin gündəlik məsuliyyətlər evində Mars və Saturnun olmasıyla, Sentyabr 2020 - də Yengəclərin işdən başlarını qaşıyacaq vaxtları olmayacaq. Vəzifələriniz hədsiz çox, təcili və ya çətin olacaq. Bəzi vəziyyətlərdə isə hər üçü bir yerdə olacaq. Lakin səyləriniz meyvə verməyə başlayır. Plan qurmaqda bacarıqlısınız, işlərinizin nəticələri görünür, səyləriniz yaxşı fokuslanmış, hərəkətləriniz tutarlıdır. Sizi hətta uzun müddətdən bəri hazırladığınız dəyişiklikləri etməniz üçün təşviq edirlər. Sentyabr 2020 boyunca əgər işləriniz daşınmaz əmlaka, əkinçiliyə, mədənçiliyə, memarlığa, inşaata, daxili tərtibata, ev əşyaları ticarətinə ya da tarix, genealogiya, folklora istiqamətli olsa xüsusilə müvəffəqiyyətli ola bilərsiniz. Maliyyə sahəsindəki qərarlarınızı yaxşıca düşünməlisiniz. Sentyabr 2020 boyunca, əvvəlki ayda olduğu kimi, səhhətinizi diqqətli müşahidə altında tutmalısınız. Kədərlənməyin, 27 Sentyabrda Mars 2020 - nin başından etibarən təhdid etdiyi Yengəcin sağlamlıq evini tərk edəcək. Bu tarixdən sonra sağlamlıq evinizdə hələ də Saturn qalır və diqqətli olmanız təklif edilir, lakin problemləriniz yüngülləşəcək. O zamana qədər özünüzü ifrata meylin, tələskənliyin və diqqətsizliyin gətirə biləcəyi xoşagəlməz hadisələrdən qoruyun, tibbi problemlərinizə nə qədər kiçik olsalar da onlara diqqət yetirin.

Şir - Ümumiyyətlə Sentyabr 2020 Avqustdan çox da fərqli olmayacaq. Yenə Aslanların eşq evində eyni Mars - Saturn cütlüyü meydan sulayacaq: şəhvət planeti olaraq da bilinən Mars və Aslanın cütlər evinin idarəçisi Saturn. Sentyabr 2020 hələ ehtiras dolu, lakin məşğul bir dövrdür və eşq bəzi şansları qiymətləndirmənizə bağlıdır. Lakin gərginlik, Mars Saturndan uzaqlaşdıqca yavaş - yavaş yox olacaq. Eyni zamanda eşq planeti Venera da mühiti şənləndirir və ünsiyyəti axıcı hala gətirir. Sentyabr 2020 boyunca eşqdəki şansınız daha sonra fərqinə varacağınız və ya sizi ortaq intellektual və ya ruhi maraq sahələriniz olan birinə istiqamətləndirən (yazılı və ya şifahi) sözlər vasitəsiylə gələcəkdir. Aslanın karier evinin idarəçisi Veneranın rahatlıqla Tərəzi bürcündə yerləşməsiylə Sentyabr 2020 Aslanlara iş mənasında hər hansı bir problem yaratmayacaq. Böyük hədəflərə yönəlmədən yolunuz bir şəkildə rahat olacaq və daha geniş baxımdan baxıldığında etdiyiniz işin nəticələrindən məmnun qalacaqsınız. Bir çox fürsət Ayın ikinci on günündə və son on günün əvvəlində ortaya çıxacaq. Müvəffəqiyyət xüsusilə zəka, ünsiyyət, satış və ticari fəaliyyətdə olan Aslanlar üçün daha çox səs gətirəcək. Bu çeviklik və ya əl itiliy tələb edən ticari fəaliyyətlərdə olan Aslanlar üçün də etibarlıdır. Maliyyə sahəsində, Sentyabr 2020 boyunca bəzi maneələrlə qarşılaşa bilərsiniz, çünki Merkuri Aslanın pul evində olacaq. Beləliklə büdcənizi yenidən nəzərdən keçirmək və haqq hesab çəkməyin tam zamanıdır. Fiziki vəziyyətiniz normal olacaq. Lakin mənəvi baxımından Sentyabr 2020 boyunca işləriniz mükəmməl olacaq, yüksəkdən uçacaqsınız. Sizin hər kəsə təsir edən optimizminiz, yumor anlayışınız olacaq və ətrafınızdakıları xoşbəxt edəcəksiniz. Lakin iki problem ortaya çıxa bilər. Birincisi təhlükəsiz seks vacibdir, çünki cinsi əlaqə bu ay xüsusilə təhlükəli ola bilər. İkincisi əgər qadınsınızsa və hamilə isəniz, riskə girməyin və çox diqqətli olun!

Qız - Qızın cütlər evinin idarəçisi olan Yupiter 9 Sentyabr 2020 - də Qızı tərk edərək Tərəzi bürcünə keçəcək. Artıq eşq həyatınızın sizə təsiri əvvəlki kimi şiddətli olmayacaq, lakin əlaqələr daha uyğun, daha rahat hala gələcəkdir. Tərəzi şüurlu və uzlaşma axtaran bir bürcdür. Buna görə Yupiterin və Saturnun Tərəzidə meydana gətirəcəyi uyğun bucaqlar əlaqənizi daha da uyğun hala gətirəcək. Yupiterin bir ildən çox zaman keçirəcəyi evin maliyyə yönləri var, beləcə Qız cütlərinin maraq sahələri daha pragmatik, xüsusi və maddiyyata dönük olacaq. Sentyabr 2020 boyunca Eşq planeti Venera da bu evə keçəcək və bu meylləri daha da vurğulayacaq. Lakin Sentyabr 2020 - də sürprizlər də olacaq. 16 Sentyabrda Qızın cütlər evində reallaşacaq Ay düyünü gözlənilməz hadisələrdən xəbər verəcək. Ayın yaxşı xəbəri isə Böyük Xeyirxah Yupiterin 9 Sentyabr 2020 - də Qızın pul evinə girməsidir. Bu, sizə bir ildən çox sürəcək olan rifah gətirəcək. Maliyyə sahəsində fürsətlər xüsusilə Sentyabr 2020 - də, Kiçik Xeyirxah Venera da Qızın pul evində olduğu zaman ortaya çıxa bilər. Günəşin Qızda olmasıyla siz özünüzü yaxşı cəhətdən göstərə biləcək və parlayacaqsınız. İctimai statusunuz əhəmiyyətlidir və möhkəmlənməyə və ya inkişafa davam edəcək. Qızın karier evinin yönetcisi Merkuri də Qız bürcündə olacaq, bu ay professional həyatınızın nə qədər əhəmiyyətli olduğunu sübut edəcək. Lakin Merkurinin retrograt (geri) hərəkəti, bəzi çətinliklər, yenidən təşkilatlanma, istiqamət dəyişdirmə mənasına gələ bilər. Karier tələbləriniz diqqətli yenidən qiymətləndirmədən keçəcək. Qızda Merkurinin retrograt hərəkət etməsiylə, Sentyabrın ilk iyirmi günündə dərinizdə problemlər meydana gələ bilər. Bu fiziki dözümlə əlaqəli deyil, daha çox əsəbi dözumlülüklə əlaqədar olacaq, siz fokuslanma, təşkilatlanma problemi yaşayacaqsınız. Mars və Saturnun kvadrat meydana gətirməsi işləri daha da sadələşdirməyəcək, buna görə tələskənlik etməməli, ortaya atılmamalı və riskə girməməlisiniz.

Tərəzi - 2020 Sentyabr ayı Tərəzilər üçün xoşbəxt bir ay olacaq. Eşq planeti Venera 23 Sentyabr 2020 - yə qədər Tərəzidə olacaq, bütün başdan çıxarma silahlarını sizin istifadənizə təqdim edəcək və yolunuza uyğun eşq fürsətləri çıxaracaq. Cüt həyatınız çiçəklənəcək və əgər bir sevgiliniz yoxdursa yeni birini tapmaq şansınız artacaq. Tərəzinin cütlər evinin idarəçisi Mars tündxasiyyət Saturndan uzaqlaşacaq və Tərəzinin əlaqələr evində olan Uranla mükəmməl bir üçbucaq quracaq. Mars - Uran üçbucağı enerji və motivasiya ilə doludur və yenidən ortaya çıxma, təzələnmə və yenilənmə gücü daşıyır. Və ən əhəmiyyətli xəbər: 9 Sentyabr 2020 - də Böyük Xeyirxah Yupiter Tərəzi bürcünə girəcək və Oktyabr 2021 - ə qədər sizin həyatınızı və əlaqənizi hər istiqamətdən inkişaf etdirəcək. 9 Sentyabr 2020 - də Yupiter Tərəzi bürcünə keçəcək və siz 10 oktyabr 2021 - ə qədər sürəcək olan ən əhəmiyyətli və çiçəklənən çağlarınızdan birini yaşayacaqsınız. Yupiterin yanınızda olmasıyla siz yüksələcək, özündən əmin olacaq və perspektivdəki bir çox şeyi görə biləcəksiniz. Əvvəl sizə çox çətin görünən proyektləri başlatma cəsarətiniz olacaq, genişləmə və xüsusi bir iş görmə ehtiyacı hiss edəcəksiniz. Yupiter sizə şans gətirəcək, buna görə Sentyabr 2020 - Oktyabr 2021 aralığı fürsətlər və müvəffəqiyyətlərlə dolub daşacaq. Sentyabr 2020 həm də Veneranın Tərəzidə Yupiterlə birlikdə olmasıyla daha çox şans gətirir. İki planet də pul gətirir və Venera ortaqlıqlar və razılaşmalarda müvəffəqiyyət vəd edir. 16 Sentyabr 2020 - dəkı Ay düyünü sürprizlərdən və ya peşənizi dəyişməkdən xəbər verir. Tərəzinin tibbi evləri oxunda Günəş, Merkurinin retrograt hərəkəti və Ay düyünlərinin mövqeyi Sentyabr 2020 - də bir az çox tədbir almağınızı tələb edə bilər. Tərəzidə olan Yupiter və Venera sizə fövqəladə bir mənəvi güc verəcək, bədən funksiyalarınıza kömək edəcək, lakin eyni zamanda sizi ifrata yönəldəcək və hər hansı bir şəkildə sizi hər cür təhlükədən uzaq tutmağı bacara bilməyəcək. Buna görə də sakitləşin və diqqətli olun!

Əqrəb - Sentyabr 2020 - nin ilk iyirmi günündə ulduzlar Əqrəblərin eşq həyatı üçün çox da çox yaxşı şeylər söyləmir. Eşq planeti və Əqrəbin cütlər evinin idarəçisi Venera özünü çox yaxşı ifadə edə bilməyəcəyi bir evdə olacaq. Bu konfiqurasiya xəyal qırıqlıqlarına, xariciləşməyə, uzaqlaşmağa və ya sadəcə əhəmiyyətli inkişafların olmayacağı bir zaman dilimi keçirmənizə səbəb olacaq. Tək istisnayla: bu təsir altında gizli və ya qadağan edilmiş sevgi inkişaf edə bilər. Lakin 2020 Sentyabr ayının sizə sürprizləri də olacaq. 16 Sentyabrda Əqrəbin ehtiras və erotizm evində reallaşacaq olan Ay düyünü gözlənilməz, qəribə, fövqəladə və böyük ehtimalla pis bir hadisəyə səbəb ola bilər. İşləriniz 23 Sentyabrdan sonra gözlə görülə bilən şəkildə yaxşılaşacaq. Ayın son həftəsi ruhunuzu oxşaya bilər. Əqrəblərin mali vəziyyəti Sentyabr 2020 boyunca diqqət tələb edəcək. Mars 27 Sentyabrda 9 aydır sürən bir dövrü bitirmək və Əqrəbin pul evindən çıxmaq üzrədir və maliyyə ilə əlaqəli olan digər evinizin idarəçisi Merkuri də retrograt hərəkət edir və daha sonra 22 Sentyabrda düz hərəkətinə qaldığı yerdən davam edir. Beləliklə işlərinizi mütəşəkkil hala gətirmək üçün ən uyğun zamandır. Hadisələrə kənardan baxın, nəticələr çıxarın, hərəkətə başlayın! Bəzi problemlərin öhdəsindən gəlməyə hazırlıqlı olun, çünki mühit sadəcə ayın sonuna doğru normallaşacaq. Əqrəbin idarəçisi Mars Əqrəbin iş evində olan Uranla üçbucaq əmələ gətirəcək. Bu üçbucaq karierinizlə bağlı daha yaxşıya doğru potensial bir dəyişikliyi dəstəkləyir. Sentyabr ayı Əqrəbləri kollektiv proyektlərə daxil olmağa yönəldəcək. Sentyabr 2020 - nin ilk iyirmi günündə Əqrəblərin sağlamlığıyla bağlı ciddi problemlər görünmür. Tam tərsinə, problemlərinizi həll edə biləcəksiniz, lakin bu sizə bir az xərc gətirəcək. Bu problemlər tibbi ola bildiyi kimi, fiziki görünüşünüz, həyat gigiyenanız və ya ümumi görünüşünüzlə əlaqədar ola bilər. Son on gündə daha çox yorğun ola bilər və bədən müqavimətiniz azala bilər.

Oxatan - Sentyabr 2020 - nin ilk üç həftəsi boyunca Oxatanın cütlər evinin idarəçisi Merkuri retrograd (geri getmə) hərəkətində olacaq. Bu sizin planlarınızı, uyğunlaşmanızı bir az poza bilər, sizə gecikmələr və ya planlamamış hadisələr yaşada bilər. Merkurinin retrograd dövrü Oxatanın 10 - cu evində reallaşacaq, bu da sizin fərdi həyatınızı karieriniz, ictimai vəziyyətiniz, statusunuz, rəisləriniz, nüfuzlularla və rəhbərlərlə hərhansı bir şəkildə əlaqəli hala gətirə bilər. Sizin həm də partnerinizdən yüksək gözləntiləriniz ola bilər və ya plankanı çox yüksəklərə qaldırmış ola bilərsiniz. Necə olmasına bağlı olmadan bir şey açıqdır: 2020 Sentyabr ayı sizin cüt olaraq müxtəlif qonaqlıqlarda və ictimai fəaliyyətlərdə, qruplarda, təşkilatlarda və kollektiv fəaliyyətlərdə olmanızı təmin edəcək və eşq həyatınıza fayda gətirəcək. Sentyabr 2020 - də Oxatanlar üçün əhəmiyyətli bir professional mükafat görünməkdədir. Günəş Oxatanın karier evində tranzit edəcək və Merkuri eyni sahədə retrograd hərəkətdə olacaq. Ehtiraslarınız yüksək olacaq və müvəffəqiyyət üçün əhəmiyyətli bir potensial var olacaq, lakin bəzi şeylər yenidən araşdırılmalı, yenidən düşünülməli, yenidən təşkil edilməlidir. Buraxdığınız və ya ara verdiyiniz köhnə bir vəziyyət və ya proyekt həqiqətə çevrilə bilər. Günəş Sentyabr 2020 - nin ilk yarısında Oxatanlar üçün plan və ya vəziyyət dəyişikliyi gətirə bilər. Ünsiyyət, məlumat, intellektual iş, hesablamalar və ya səyahətlər uyğundur və hədəflərinizə çatmanız onlara bağlı ola bilər. Məşhursunuz, köməyə ehtiyacınız olduğu zaman asanca dəstək və ya müdafiə tapa bilirsiniz və komanda fəaliyyətlərində şanslısınız. Maliyyə vəziyyətiniz yaxşıdır, lakin riskə girməməli və tələskənlik etməməlisiniz. Mars və Saturnun Oxatanda olmasıyla istirahət etməyə çox zaman tapa bilməyəcəksiniz və əvvəlki yumor qabiliyyətinizə sahib olmayacaqsınız. Siz içinizə qapanmış, şübhəçi və ya əsəbi olacaqsınız. Yaxşı ki, Oxatanın idarəçisi Yupiter 9 Sentyabr 2020 - də Tərəzi bürcünə keçəcək və Saturnla uyğun bucaqlar quracaq ki, bu da gücünüzə yenidən qovuşmanızı təmin edəcək və əhvalınızı yüksəldəcək.

Oğlaq - 2020 Sentyabrın ortalarına yaxın Oğlağın cütlər evinin idarəçisi Ay həm də Oğlağın səyahət və ünsiyyət evindəki Neptuna yaxınlaşacaq və Oğlağın səyahət və ünsiyyət evinin idarəçisi Merkuri ilə (o eyni zamanda retrograt hərəkətindəykən) zidd bucaqlar əmələ gətirəcək. Buna görə baş qarışdırıcı, kompleks, çətin və sevgi ilə əlaqəli sahələrdə naməlum bir eşq həyatınız olacağını gözləyə bilərsiniz. Qərar vermək, özünüzü təqdim etmək, əhəmiyyətli müzakirələrə başlamaq və ya vəziyyəti açıqlığa qovuşdurmaq üçün uyğun bir zaman deyil. Əgər bunu sınamağa cəhd etsəniz, hər şeyi daha kompleksləşdirmə və ya həllsiz buraxma riski olacaqdır. Yaxşı ki, eşq planeti Venera çox yaxşı bir mövqedədir, buna görə də eşq qazanacaq. Şampan şərabı partlada bilərsiniz! Sentyabr 2020 - də Böyük Xeyirxah Yupiter ehtişamla Oğlağın karier evinə girəcək. Fürsətlər və müvəffəqiyyətlər ilinin başındasınız. Yupiterin karier evinizdə olmasıyla yeni üfüqlər açılacaq, inkişaf, yüksəlmə variantları, ictimai statusunuzu inkişaf etdirmə, prestijinizi və nüfuzunuzu artırma imkanları ortaya çıxacaq. Müvəffəqiyyətləriniz xarici ölkələrlə, qanunverənlərlə, mədəni və yüksək təhsil mühitiylə əlaqəli olacaq. Sentyabr 2020 professional olaraq Oğlaqlar üçün şanslı bir ay olacaq, çünki Oğlağın karier evində Yupiterle birlikdə Kiçik Xeyirxah olaraq tanınan Venera da olacaq. Əlaqələriniz və ictimailəşmə karierinizə fayda təmin edə bilər, ictimai imicinizi mükəmməlləşdirə bilər və rəsmi bir dəvətə qatılmanızı təmin edə bilər. Sentyabr 2020 - nin son on günü Oğlaqlara çox pul gətirə bilər. Oğlağın xəstəliklər evinin idarəçisi Merkuri retrograt hərəkət edəcək, Mars və Saturn da sizin 12 - ci evinizdə olacaq, buna görə immunitetiniz çox da yaxşı olmayacaq. Bədəninizin yaxşılaşma gücü zəifləyəcək, belə

Dolça - Dolçanın cütlər evinin idarəçisi Günəş 1 Sentyabr 2020 tarixində çətin konfiqurasiyada olacaq və əlaqənizdə pis bir sürprizə yol aça bilər. Bu hadisə qiymətli əşyalar və ya pulla əlaqədar olacaq və ünsiyyətdəki problemlər ucbatından nəzarətdən çıxacaq. Əlaqənizə zərər gəlməməsi üçün Sentyabr 2020 - də hər şeyi mümkün mərtəbə açıq - aydın, şəffaf vəziyyətə gətirməniz, şübhəli vəziyyətlərdən qaçınmanız və ən əhəmiyyətlisi realist və uyğun davranmanız çox əhəmiyyətlidir. Birlikdə eşq həyatınız ortaq səyahətlər və ruhi və ya mədəni, yüksək təhsillə bağlı maraqlarınızla dəstəklənilməlidir. Subay Dolçalar uzaq məsafədən biriləriylə əlaqə yaşaya bilər. Sentyabr 2020 boyunca Dolçanın maliyyə evlərində iki tranzit reallaşacaq, bu evlər Merkurinin tərəddüd etməsindən və Neptunun baş qarışdırmasından təsirlənəcək. Buna görə pulunuzla nə etdiyinizə, hara qoyduğunuza, necə xərclədiyinizə və sərmayə qoyduğunuza diqqət yetirməlisiniz. Əslində iş təşəbbüsləri və əhəmiyyətli maliyyə hərəkətləri üçün həqiqətən yaxşı bir zaman deyil. Sentyabr 2020 boyunca ən yaxşısı haqq hesabınızı yaxşılaşdırın, borclarınızı ödəyin və əgər sizə ödənməsi üçün gecikdirilmiş pul və ya məbləğ varsa onları yığın. Professional olaraq, Sentyabr 2020 işlər, araşdırma, mədəni və ya ruhi fəaliyyətlər üçün mükəmməl bir aydır. Komanda, qrup işində və ya yaxşı strukturlu təşkilatlarda işinizi ən yaxşı şəkildə görəcəksiniz. Bu dövr tipik olmayan və fokuslanmağa istiqamətli problemlər, enerjinizdəki dalğalanmalar və hərəkət koordinasiyanız üçün çox yaxşı olmayan nəticələr doğuracaq bir dövrdür. 2020 Sentyabr ayının ortalarında reallaşacaq olan Ay düyünü də Dolçalara gözlənilməz və ya pis sürprizlər gətirə bilər. Mümkün ola bildiyincə ifratdan və qəribəliklərdən uzaq mütəşəkkil bir həyat sürməyə çalışın!

Balıqlar - Sentyabr 2020 Balıqlara bəzi çətinliklər yaşada bilər. Balığın cütlər evinin idarəçisi Merkuri, tam da cütlər evində retrograd hərəkət edəcək və eyni evdə Günəş də olacaq. Hadisələrə nəzarət asanca əlinizdən çıxa bilər, buna görə nizamlı hərəkət etməli, ünsiyyətdə açıq olmalı, mesajlarınızın düz qəbul edildiyindən əmin olmalı və nə söylədiyinizin fərqində olmalısınız. Çox güzəştə getmədən elastik olun və zehninizi açıq saxlayın, beləcə düz seçimlər edə bilərsiniz! Əslində Sentyabr 2020 əhəmiyyətli seçimlər etmək üçün doğru bir zaman deyil. Mühit dəyişə bilər və bu gün doğru olanlar sabah doğru olmaya bilər. Merkuri retrogradı köhnə bir problemi və köhnə eşqinizi qarşınıza çıxara bilər. Yol ayrıcındasınız və sanki istiqamət dəyişdirməniz lazımdır. Mars və Saturn karier yolunuzu çətinləşdirməyə davam edir, hərəkətə keçmə motivi və ümid etdiyiniz kimi inkişafınıza etiraz edən məhdudlaşdırmalar sizi gərir. Balığın karier evinin idarəçisi Yupiter 9 Sentyabr 2020 - də Balığın 8 - ci evində Tərəzi bürcünə keçəcək və 2021 Oktyabr ayına qədər orada olacaq. On üç aylıq bir müddət ərzində maliyyə mövzuları professional qərarlarınızda ağırlıq qazanacaq və siz böyük ehtimalla fəaliyyətlərinizi böyük qazanc təmin edə biləcəyiniz qazanclı sahələrə sürüşdürəcəksiniz. Səkkizinci evinizdəki Yupiter tranziti ortaqlıqlardan, sərmayəçilərdən, maliyyə təşkilatlarından gələn qazanclar nəzərdə tutmaqdadır. Sentyabr 2020 onsuz da Balıqlara artmış olan gəlir təmin edəcək. Lakin xeyli stress yaşayacaqsınız. Sentyabr 2020 boyunca bürcünüzdə Ay düyünü reallaşacaq, daha da pisi xəstəliklər evinizin idarəçisi Günəş də bu ay Balıq bürcündə uyğun olmayan mövqelərdə olacaq. Bu astroloji mövqelərə görə bədəniniz asanlıqla tarazlığını itirə bilər. Buna görə şişirmə, ifrat və hər hansı risklərdən qaçınmalısınız. Özünüzə daha da diqqət yetirməli və sizi narahat edən xəstəliklərə qarşı tibbi yoxlamalardan keçməlisiniz.

Dostlarınızla paylaşın

Şərhlər: 4
  1. sema_21
    xeber ucun twk
  2. Луна
    Çoxx uzun gəldi, axıra çatdıra bilmədim :D
    Təşəkkürlər, əziyyətə görə)
  3. _Uğurböceyi_
    scorpion
    nəyinsə çox yaxşı olmasını gözləmirəm ama yeni tedris ilinin yaxşı olmasını dileyirem
    tesekkurler
  4. _pandam_
    Onsuz bu aralar heçneye deqiq qerar vere bilmirem:/ Vaxtı uzada uzada gediriy görey axırı ne olur:/ Sonda yaxşı olacaq yazılıb. İnşAllah ele olar. Teşekürler)

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.