Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 121
Cəmi: 1796
Arzum
Xəbər 115
Cəmi: 182
Луна
Xəbər 87
Cəmi: 112
_pandam_
Xəbər 50
Cəmi: 427
Nuray
Xəbər 17
Cəmi: 17
Guluw sebebim
Xəbər 11
Cəmi: 11
ODiNoKiY_VoLK
Xəbər 9
Cəmi: 372
amon
Xəbər 8
Cəmi: 953
ÇİRKİN_KRAL
Xəbər 7
Cəmi: 7
Sol Meleyim
Xəbər 7
Cəmi: 1061

Son Hədiyyə

Göndərilmiş hediyyə
Nurcan » Луна

Mesaj: 100 cu xeberiniz mübarek

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 371,5 Min
2) L e o n » 357,2 Min
3) Elnare » 303,7 Min
4) AzizA » 291,6 Min
5) Sensiz darixiram » 266,4 Min
6) amon » 256,4 Min
7) _Yene_Tenha_ » 220,2 Min
8) poppy » 144,1 Min
9) SeKeRCiK » 139,3 Min
10) Ay_işığı » 134,9 Min

Saytda Oyun !!!

Tap və Qazan.

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Луна
Şərh: 372
Cəmi: 668
Elnare
Şərh: 282
Cəmi: 2853
_pandam_
Şərh: 203
Cəmi: 3424
Nuray
Şərh: 154
Cəmi: 155
Guluw sebebim
Şərh: 148
Cəmi: 148
sema_21
Şərh: 84
Cəmi: 116
MarveL
Şərh: 76
Cəmi: 1155
RÂYİHA
Şərh: 73
Cəmi: 88
Avara_Şair
Şərh: 59
Cəmi: 475
SoN NeFeS
Şərh: 56
Cəmi: 358

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Guluw sebebim
Bugün 191
Cəmi: 3485
Kənan Heydərov
Bugün 44
Cəmi: 1286
Луна
Bugün 40
Cəmi: 2133
amon
Bugün 38
Cəmi: 3007
Nuray
Bugün 36
Cəmi: 1595
Elnare
Bugün 33
Cəmi: 1355
deli divane
Bugün 33
Cəmi: 167
Cirkin Heyat
Bugün 23
Cəmi: 34
ÇİRKİN_KRAL
Bugün 20
Cəmi: 156
cirkin şahzade
Bugün 16
Cəmi: 189

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Луна - 7 saat 29 deq.
2) Guluw - 6 saat 31 deq.
3) amon - 3 saat 13 deq.
4) Nuray - 2 saat 42 deq.
5) _pandam_ - 1 saat 53 deq.
6) Elnare - 1 saat 49 deq.
7) Avara_Şair - 1 saat 40 deq.
8) MarveL - 1 saat 15 deq.
9) ÇİRKİN_KRAL - 44 deq.
10) Kənan - 35 deq.
Estetik əməliyyat
Gözəllik Yüklə
Estetik əməliyyat
[i]
İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Kişilərə nəzərən, qadınlar daha çox estetik cərrahi məqsədlər üçün müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika(qarın nahiyəsinin sallanması) üçün müraciət edirlər.

Eləcə də, liposaksiya əməliyyatı da ölkəmizdə geniş yayılıb. Prosedur sadə olsa da, təcrübə tələb edir. Çünki əməliyyat zamanı piyi hər yerdən eyni dərəcədə götürmək lazımdır ki, kələ-kötürlük qalmasın. Bəzən aldığımız piyləri müəyyən yerlərə inyeksiya da edirik.

Qadınlar botoks üçün nə zaman müraciət edə bilərlər?
Yaşlı olan və doğrudan da botoksa ehtiyacı olan xanımlar, eyni zamanda kişilər botoks üçün müraciət edə bilərlər. Bəzi qadınlar var ki, artıq onlarda 25 yaşdan etibarən qırışlar özünü büruzə verməyə başlayır. Ümumiyyətlə, qırışlar nə vaxt əmələ gəlirsə, o zaman botoks edə bilərlər. Botoks universal maddədir.

Preparatın əsas tərkibi botulinum toksinidir.
Botulinum toksini estetik cərrahiyyədə üzün mimik əzələlərini qismən iflic etməklə, qırışıqları ortadan qaldırmaq üçün istifadə edilir. Ən çox göz ətrafı nahiyədə “qaz ayaqları”, qaşların arasında olan qırışlar, paralel alın cizgilərində botoksdan istifadə olunur. Bundan başqa, qismən ağız və dodaq kənarlarına, burnun orta hissəsi və yanlarına da müəyyən qədər vurulur. Bu proseduru diqqətlə etmək lazımdır ki, ağızda müəyyən əyilmələr əmələ gəlməsin.
Praktikamızda mimik estetik, üzdəki qırışları, qaşları qaldırmaq üçün daha çox müraciət edirlər. Düzgün manipulyasiya ilə üz cizgilərinə, gözlərə, qaşlara istədiyimiz ifadə şəklini vermə imkanımız var və müraciətlər də olduqca çoxdur. Artıq müəyyən sosial maddi vəziyyəti normal səviyyədə olan xanımların kişilərin də çoxu, eləcə də kişilərin 20-30 faizi botoks preparatlarından geniş şəkildə istifadə edir.
Bildiyimiz qədərilə botoksdan müalicə üçün də istifadə edirlər.

Bəli, doğrudur. Botoks tibbə ilk dəfə çəpgözlüyün müalicəsi üçün istifadə olunub. Göz əzələlərinə botoks inyeksiya olunur və o əzələnin biri boşaldılaraq çəpgözlük düzəlir. Bizim plastik cərrahiyyədə botoksdan ən çox iki məqsəd üçün istifadə edirik. Birincisi tərləmənin müalicəsidir. Bu, botoksun unikal xüsusiyyətidir. Bəzi insanlarda qoltuq altlarında, əlin və ayağın altında ciddi tərləmələr olur və davamlı əllərini, qoltuq altlarını silirlər. Hətta bu səbəbdən gün ərzində bir neçə dəfə köynək dəyişənlər də olur. Aprel-may ayında botoks proseduru etdirdikdə, insanlar payıza qədər bu problemdən xilas ola bilər. Bundan başqa, botoksdan əzələlərin müəyyən nahiyələrdəki spazmını ortadan qaldırmaq üçün də istifadə olunur.

Nevroloji praktikada ayağında, əlində iflic olan əzələ kontrakturaları olan xəstələr var. Müəyyən qrup əzələləri sərtlik səbəbi ilə aça bilmirlər. Bu əzələlərin hərəkətini botoks inyeksiyaları asanlaşdırır. Nadir hallarda rast gəlinən “Biospazm” xəstəliyi var ki, onda da müalicə üsulu kimi botoksdan istifadə olunur. Göz ətrafı əzələlərin istəmədən sıxılması halları baş verir. Bu səbəbdən insanlar göz qapaqlarını tam şəkildə açıb ətrafa aydın baxa bilmirlər. Belə hallarda əzələlərə botoks vurulur və xəstə görməyə başlayır.

Botoksdan miqrendə də istifadə edirlər. Miqrenli nahiyələrdə botoks proseduru həyata keçirilir və insanlar 6 ay 1 il müddətinə tam olaraq baş ağrılarından xilas olurlar. Nevropatoloqlar bilirlər ki, miqren ağrılarını heç bir preparatla aradan qaldırmaq mümkün deyil. Bu zaman xəstələrin həyatı zəhərə çevrilir və onlar uzun müddətli ağrılara məruz qalırlar. Botoksla xəstələr bu problemlərdən azad ola bilərlər.

Botoksun zərəri varmı?
Düzgün istifadə olunduğu təqdirdə, heç bir ziyanı yoxdur. İstənilən preparata qarşı allergiya ola bilər. Botoksun da nəzəri olaraq allergiya vermə ehtimalı var. Ancaq bu günə qədər mən heç bir xəstədə bu preparata qarşı reaksiya görməmişəm. Buna baxmayaraq, düzgün istifadə olunmadığı halda, istəmədiyimiz əzələləri iflic edə bilərik. Göz qapaqlarında düşüklük yaranma, göz almasına yaxın yerə inyeksiya olunduğu zaman, çəpgözlük kimi hallar baş verə bilər. Ancaq müəyyən qaydalar və dozalar var ki, heç bir narahatlıq, əks təsir göstərmir.

Əməliyyata hazırlaşan, lakin sonradan fikrini dəyişən insanlar olubmu?
Bizə gələn xəstələr arasında bəlkə də 40 nəfərdən birində belə vəziyyət yaranır. Qorxusu olan əməliyyata gəlmir. Analiz verdilərsə, əməliyyat olurlar. Biz xəstələrə heç vaxt psixoloji təsir etməyə çalışmırıq. Çünki xəstə özü qərar verməlidir. Əgər xəstə çox qorxursa, narahatdırsa, əməliyyatdan sonra da problem olma ehtimalı yüksək olur. Mən öz praktikamda hiss etsəm ki, xəstə tez-tez fikrini dəyişir, mən onları əməliyyat etmirəm və göndərirəm evlərinə.

İndiyə qədər praktikamda iki o cür insan olub ki, əməliyyat masasında qorxub. Sonradan fikirlərini dəyişib əməliyyat olmaq istədiklərini desələr də, əməliyyat etməmişəm.

Həyati təhlükəsi olan əməliyyatlar etmisiniz?
İstənilən əməliyyatda risk faktoru olur. Risk faktorunun aşağı, orta və yüksək risk dərəcələndirilməsi var. Aşağı riskdə risk faktoru 0.01 faiz olur. Orta risk 1 -10 faiz, yüksək risk faktoru 10-30 faiz arasında dəyişir. Tibbi məqsədlər üçün olmayan, sırf estetik məqsədlə olan prosedurlarda sadəcə düşük riskli xəstələri götürürük. Ən çox yüksək riskli rekonstruktiv əməliyyatları həyata keçiririk. Bəzən isə orta riskli rekonstruktiv əməliyyatları da edirik. Çətin əməliyyatlardan sərbəst toxuma köçürmələridir ki, biz həmin əməliyyatları Tədris Cərrahiyyə Klinikasında həyata keçiririk.

Başqa bir yerdə həmin əməliyyatları etmirik. Çünki, onlar ağrılı, sıxıntılı əməliyyatlardır. Bu, məcburiyyətdən olan bir əməliyyatdır. Bu zaman artıq xəstəyə risklər izah edilməklə əməliyyat etmək mümkün olur. Xəstələr gəlir ki, onlarda süd vəziləri həddindən artıq böyük olur və hər gün əziyyət verir. Sallaq qarnı olanlar da əziyyət çəkir. Çünki, dizə ağrı verir və başqa problemlər yaranır. Bu, insanlar üçün əzaba çevrilir. Xəstələrin özlərinin israrı ilə bəzən orta risklə götürürük. Bu xəstələrə öncədən məlumat verilir. Sənədlər imzalanır. Ancaq normal halda tərcihimiz aşağı riskli əməliyyatlardır.

Son olaraq məsləhətləriniz nələrdir?
Yay gəlir. Tərləyən vətəndaşlar bizə müraciət etsinlər və öz komplekslərindən qurtulsunlar. Miqrenin bəzən heç bir preparatla qarşısını almaq olmur. Botoks vurduqda 1 ilə qədər rahat olmaq olar. Son olaraq məsləhət görürəm ki, insanlar həkim seçimini düzgün etsinlər. Minimal invaziv prosedurlarda belə adi həkimlərə getmək lazım deyil. Bununla bağlı ya dermotoloq, ya da plastik cərraha üz tutmaq lazımdır.


Mənbə: amu.edu.az
[/i

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. _Uğurböceyi_
    bu yaxınlarda gözəl göyçək xanımların etdikleri estetik əməliyyatdvn sonraki halları haqqında bir video izledim yeni derin bir qüsur olmadıqda mence cox lazımsız bir şeydi
    bu mənim şəxsi fikrimdi edənlər özləri üçün edir onsuz
    yene də insan vacıb olmadığı halda etməməlidir
  2. Elnare
    Vaxti zamani gelerse niye de olmasin. Men meselen pis baxmiram. Geleceyde ehtiyac duysam mutleq etdirecem💰😇Melumata gore coxsagol
  3. Луна
    Sona qədər oxumağa səbrim çatmadı, kişilər düz edirlər elə :D Yalnız burun çəpəri olduqda burun əməliyyatı etdirirlər
    Qadınlarsa gözəllik üçün)
    Təşəkkürlər məlumata görə

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.