reklam
PA RƏSMİSİ: "Qaydalara hamımız əməl etməliyik" PA RƏSMİSİ: "Qaydalara hamımız əməl etməliyik" https://loading.az/uploads/posts/2020-08/thumbs/1598690673_loading.az_8122806f-4bd1-3c1b-8015-4b4c41b448c4_850.jpg
HASANLY

HASANLY Xəbərlər 29-08-2020, 12:44

PA RƏSMİSİ: "Qaydalara hamımız əməl etməliyik"

PA RƏSMİSİ: "Qaydalara hamımız əməl etməliyik"
“Pandemiya başlayandan bu günə qədər daxili işlər orqanlarımız ön cəbhədə olublar. Onlar tərəfindən böyük işlər görülüb”.

Loading.Az BiG.AZ-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Ələt postunda istisna xarakter daşıyan pozuntu halları varsa bununla bağlı Operativ Qərargaha məlumat verilə bilər:

“Bəzi sosial şəbəkələrdə belə bir məlumatlar olmuşdu. Əminliklə deyə bilərəm ki, bu məsələlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülür. Hər bir fakt araşdırılır. Ancaq çox təəssüflər olsun ki, bəzi insanlar tərəfindən də sui-istifadələrə yol verilməsi, paralel yollardan keçid halları da olub. Ona görə də hamımız məsuliyyətli olmalıyıq”.

H.Hacıyev Gəncəyə getməsi ilə bağlı suala isə belə cavab verib:

“Qaydalara hamımız əməl etməliyik. Cənab Prezident tərəfindən hər bir məmur və dövlətin işçisinin qarşısına qoyolan tapşırıq ondan ibarətdir ki, hər bir dövlət işçisi xalqımızın xidmətçisi olmalıdır. Mən də bu qaydalara əməl etməyə çalışıram”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 210 230 224 221 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.