reklam
Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏT Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏT https://loading.az/uploads/posts/2020-08/thumbs/1598645956_loading.az_876718.jpg
Arzum

Arzum Ana və uşaq 29-08-2020, 19:12

Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏT

Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏT
Mütəxəssislər qeyd edirlər ki, ayaqda yaxşı oturmayan ayaqqabılar uşaqlar üçün təhlükəlidir. Bu, ayaq dırnaqlarında çəkic barmağının meydana gəlməsinə, baş barmaqda çıxıntı kimi problemlərə yol aça bilər. Buna görə də uşaqlara ayaqqabı alarkən diqqətli olmaq lazımdır.
Loading.az medicina.az-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Ayaqqabı seçərkən ayaqqabının uzunluğuna, genişliyinə və dərinliyinə diqqət edilməlidir.

Ümumiyyətlə, uşaqlara düzgün ayaqqabının seçilməsinin çox önəmli olduğunu qeyd edirlər. Ayaqqabı seçərkən ayaqqabının uzunluğuna, genişliyinə və dərinliyinə diqqət edilməlidir. Barmaqların ayaqqabı içində hərəkət edə bilməsi üçün oval burunlu olanlar seçilməlidir. Sivri burun və hündür dabanlı ayaqqabılar seçilməməlidir. Bunlar xüsusi ilə qız uşaqlarında baş barmaq əyriliyinə səbəb olur.

Ayaqqabı seçərkən baş barmağın olduğu hissə basdırılmamalı və baş barmaq ilə ayaqqabı ucu arasında 1 santimetr məsafə olmalıdır. Ayaqqabı baş və kiçik barmağı sıxmamalıdır. Daban iki barmaqla sıxıldığında qatlanmamalı, orta hissəsi sərt olmalı, ön hissəsi isə orta sərtlikdə olub az-maz qatlana bilən olmalıdır.
Üst hissəsi hava almalıdır

Uşaq ayaqqabısının üst hissəsi dəri, kətan və ya daha yeni materiallardan hazırlanmalıdır. Çünki gün ərzində ayaq ayaqqabı içindəki çox tərləyir. Bu səbəblə də ayaqqabının üst hissəsi hava alan materialdan hazırlanmalıdır. Plastik kimi materiallardan uzaq durmaq lazımdır.

Hündür daban ayaqqabılar seçilməməlidir
Ayaq kəmərini dəstəkləyən altlıqlar seçilməlidir. Qalın və yapışqan dabanlar kiçik uşaqlar üçün çox təhlükəlidir. Onlar yıxıla, zədələnə bilərlər. Hündür daban uşaqlar üçün deyil. Ayaqqabının daban hündürlüyü 2,5 santimetrdən yüksək olmamalıdır. Çünki hündür dabanlı ayaqqabılar ayağın önə doğru sürüşməsinə və ayaq barmaqlarının ayaqqabı içində sıxlaşmasına, xüsusi ilə də baş barmaqda problemlərə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 392 369 383 385 277

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.