Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 127
Cəmi: 1802
Arzum
Xəbər 115
Cəmi: 182
Луна
Xəbər 98
Cəmi: 122
_pandam_
Xəbər 54
Cəmi: 431
Nuray
Xəbər 17
Cəmi: 17
Guluw sebebim
Xəbər 12
Cəmi: 14
ODiNoKiY_VoLK
Xəbər 10
Cəmi: 373
amon
Xəbər 8
Cəmi: 953
MarveL
Xəbər 8
Cəmi: 73
SoN NeFeS
Xəbər 8
Cəmi: 10

Son Hədiyyə

Göndərilmiş hediyyə
Nuray » _pandam_

Mesaj: Üzür dilerim menı aff ede bilecen

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 371,5 Min
2) L e o n » 357,2 Min
3) Elnare » 303,9 Min
4) AzizA » 291,6 Min
5) amon » 273,4 Min
6) Sensiz darixiram » 266,4 Min
7) _Yene_Tenha_ » 220,2 Min
8) poppy » 144,1 Min
9) SeKeRCiK » 139,3 Min
10) Ay_işığı » 134,9 Min

Saytda Oyun !!!

Tap və Qazan.

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Луна
Şərh: 394
Cəmi: 690
Elnare
Şərh: 300
Cəmi: 2871
_pandam_
Şərh: 210
Cəmi: 3431
Guluw sebebim
Şərh: 168
Cəmi: 168
Nuray
Şərh: 157
Cəmi: 158
sema_21
Şərh: 84
Cəmi: 116
MarveL
Şərh: 81
Cəmi: 1160
RÂYİHA
Şərh: 74
Cəmi: 89
SoN NeFeS
Şərh: 63
Cəmi: 365
Avara_Şair
Şərh: 60
Cəmi: 476

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Guluw sebebim
Bugün 148
Cəmi: 4313
heyatimin menasi
Bugün 107
Cəmi: 3171
amon
Bugün 53
Cəmi: 3547
Луна
Bugün 24
Cəmi: 2556
MarveL
Bugün 8
Cəmi: 1303
SoN NeFeS
Bugün 5
Cəmi: 240
Adnur xanım
Bugün 4
Cəmi: 418
Cirkin Heyat
Bugün 3
Cəmi: 61
Avara_Şair
Bugün 2
Cəmi: 2012
Elnare
Bugün 2
Cəmi: 1392

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Guluw - 3 saat 46 deq.
2) Луна - 3 saat 12 deq.
3) amon - 2 saat 10 deq.
4) MarveL - 1 saat 26 deq.
5) heyatimin - 1 saat 7 deq.
6) Salamzade - 58 deq.
7) Avara_Şair - 42 deq.
8) troya666 - 33 deq.
9) _pandam_ - 23 deq.
10) Elnare - 21 deq.
Bütün düşünülənlərin əksini göstərən eksperiment
Maraqlı Yüklə
Bütün düşünülənlərin əksini göstərən eksperiment
Yale Universitetinin psixoloqu Stanley Milgram 1961-ci ildə çox maraqlı bir təcrübə həyata keçirir. O, elan vasitəsiylə 4,5 $ qarşılığında insanların bir eksperimentdə iştirak etməsini təklif edir.

Milgramın hər təcrübəsində 3 nəfər iştirak etməli idi:

1. Müəllim
2. Tələbə
3. Araşdırmaçı

Bunlardan “araşdırmaçı” və “tələbə” rolunda iştirak edən şəxslər əslində Milgramın öz adamları olurlar. Lakin təcrübəyə qoşulan könüllü şəxslər bunu bilmirlər. Hər şey təbii olsun deyə, təcrübədən əvvəl “Müəllim” və “tələbə” olacaq şəxsləri müəyyən etmək üçün püşk atılır. Könüllü olaraq müraciət edən şəxs püşkün nəticəsində “müəllim” olur. Əslində püşk atılarkən hər iki kağız parçasında "müəllim" yazılır. Buna görə də könüllü şəxs “müəllim” rolunu oynayacaq, Milgramın öz adamı isə “tələbə” rolunu oynayacaq.

Püşkdən sonra müəllim və tələbə ayrı-ayrı otaqlara yerləşdirilir. Təcrübəyə görə, müəllim tələbəyə suallar verir və düzgün cavab almadıqda ona cəza olaraq 15 volt elektrik şoku verir. Hər səhv cavabdan sonra elektrik cərəyanının gərginliyi 15 volt artırılmalıdır. Bu qayda ilə gərginlik 450 volt-a çatdırıla bilər.

Müəllim rolundakı könüllü vətəndaşın olduğu otaqda masada bir cihaz var və bu cihazın 15 volt-dan 450 volt-a qədər gərginlik buraxan 30 düyməsi var. Hər düymənin üzərində uyğun gərginlik dərəcəsi qeyd edilib. Tələbə səhv cavab verdikdə müəllim bu düymələr vasitəsilə digər otaqda oturan tələbəyə elektrik cərəyanı göndərməlidir. Əslində bu cihaz tamamilə saxtadır və heç kimə elektrik verilmir. Təbii ki, “müəllim” rolundakı könüllünün bundan xəbəri yoxdur və digər otaqdakı “tələbə” yalandan qışqırır və yalvarır.

Beləliklə, təcrübə başlayır və səhv cavablar verildikcə tələbəyə elektrik şoku verilir. Müəllim tələbəyə 150 volt gərginlik göndərəndə tələbə yalandan qışqırır və yardım istəyir. Bu zaman müəllim, yanındakı "araşdırmaçı"dan məsləhət istəyir. O, isə yalnız bu 4 cümlədən istifadə edir.

1. Zəhmət olmasa, davam edin!
2. Sizin davam etməyiniz eksperiment üçün vacibdir!
3. Siz davam etməlisiniz!
4. Sizin başqa seçiminiz yoxdur, davam etməlisiniz!


Əgər müəllim rolundakı könüllü bu 4 cümlədən sonra davam etmək istəməsə, təcrübə dayandırılır. Bundan əlavə, könüllünün tələbənin vəziyyəti ilə bağlı verdiyi suallara da hazır cavablar verilir:

Məsələn, “Elektrik şoku nə qədər ağrılı olsa da, ciddi bir ziyan görmür, narahat olmayın”, “Bu tələbənin xoşuna gəlsə də, gəlməsə də, o cavabları öyrənənə qədər davam etməlisən, xahiş edirəm davam edin”.

Əgər bütün bu olanlardan sonra “müəllim” rolundakı könüllü 3 dəfə ard-arda 450 volt–luq elektrik şoku verərsə (təbii ki, bu real baş versəydi, insan ölərdi) təcrübə dayandırılır.

Təcrübədən öncə Milgram universitet tələbələrinə və 40 psixoloqa anket doldurtdurur. Anketi dolduran 100 tələbədən demək olar ki, hamısı bir insanın kimsə əmr verir deyə başqasına bu dərəcədə yüksək elektrik şoku verəcəyinə inanmır. 40 psixoloq isə “müəllim” rolundakı könüllülərin 10-cu elektrik şokundan sonra əmrlərə tabe olmayaraq təcrübəni yarımçıq dayandıracaqlarını düşünürlər.

Lakin Milgramın təcrübəsi bütün düşünülənlərin əksini göstərdi. Belə ki, iştirakçıların 65%-i yəni 40 nəfərdən 26-sı əmrlərə itaət edərək 450 voltluq yüksək gərginlikdə elektrik şokunu tələbəyə veriblər. Təcrübə boyunca elektrik şokunu verən “müəllim” rolundakı könüllülər stress keçiriblər, tərləyiblər, dodaqlarını dişləyiblər və dırnaqlarını yeyiblər. Amma yenə də davam ediblər. Milgram eksperimenti müxtəlif vaxtlarda, başqa ölkələrdə də təkrarlanmışdı və çox oxşar nəticələr əldə edilmişdi - 65%.

Milgram təcrübədən 2 nəticə əldə edib:

1. Əgər fərd qərarvermə məsələsində bacarıqlı deyilsə, qərarı verməyi qrupa və ya iyerarxik qaydalara buraxacaq;

2. Əgər fərd başqasının əmrlərini yerinə yetirirsə, öz davranışlarına görə özünü günahkar hesab etmir.

Ümid edirik ki, bu yazını oxuduqdan sonra başqasının əmrlərinə tabe olarkən etdiyiniz hərəkətlərin nəticələrinin necə olacağı barədə bir daha düşünəcəksiniz.

Mənbə: Sage Journals, Harvard department of psychology

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Луна
    Həqiqətən də çox marağlı eksperimentdi.. Mən olsam heç dəqiq deyə bilmirəm necə eliyərdim🤦🏻‍♀️
    Sonda yazılan cümlə çox doğrudu, faydalı oldu şəxsən mənimçün. Çox təşəkkürlər xəbərə görə♥️
  2. _Uğurböceyi_
    insanın özünü idarəsinın nə qədər zəif olduğunu mu görməliyik burdan worried
    burda əsas rolu mence seçilmiş cülələr oynuyur . Müəllim rolunun buna məcbur olduğunu və tələbənin ciddi zərər görməyəcəyini demeklə onu təsir altina alir
    düşündürücü eksperimentdi

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.