“Barselona”nın və Braziliya millisinin üzvü Daniel Alves futboldan kənar həyatı haqda danışıb.
“O Globo” nəşrinə müsahibə verən ulduz futbolçu yalanlardan bezdiyini dilə gətirib:
“Futbol ətrafında baş verənlərdən iyrənirəm. Mən bu dünyada yaşayıram, ancaq bu dünyaya məxsus deyiləm. Bu dünya yalanların əsarətindədir. İnsanlar öz maraqları üçün hər yola əl atır. Heç mən özüm də ideal deyiləm, ancaq bacardığım qədər düzgün olmağa çalışıram. Hərdən mənə elə gəlir ki, insanlar qulaq asmaq və həqiqəti müzakirə etmək istəmirlər. Məsələn, götürək elə bu yaxınlarda Parisdə baş verən terror hadisəsini. Orda həlak olanların hər birinə ehtiramımı bildirirəm. Bəs Afrikada və Cənubi Amerikada ölənlər? Bu qitələrdə belə qurbanların sayı daha çox olur. Ancaq dünya bu qurbanlara diqqət yetirmir”.