Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Arzum
Xəbər 108
Cəmi: 182
Avara_Şair
Xəbər 92
Cəmi: 1767
Луна
Xəbər 68
Cəmi: 94
_pandam_
Xəbər 43
Cəmi: 419
Nurcan
Xəbər 10
Cəmi: 10
♥Guluw sebebim♥
Xəbər 7
Cəmi: 7
ODiNoKiY_VoLK
Xəbər 7
Cəmi: 370
Sol Meleyim
Xəbər 7
Cəmi: 1061
amon
Xəbər 6
Cəmi: 952
ÇİRKİN_KRAL
Xəbər 6
Cəmi: 6

Son Hədiyyə

Göndərilmiş hediyyə
Nurcan » heyatimin menasi

Mesaj: Menı niye blok etdin elin deyibse orda Qırmızı sey var orda he ye bas

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 371,5 Min
2) L e o n » 357,2 Min
3) Elnare » 303,3 Min
4) AzizA » 291,6 Min
5) Sensiz darixiram » 266,4 Min
6) amon » 251,7 Min
7) Xaliq » 228,4 Min
8) _Yene_Tenha_ » 220,2 Min
9) poppy » 144,1 Min
10) SeKeRCiK » 139,3 Min

Saytda Oyun !!!

Tap və Qazan.

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Arzum
Şərh: 313
Cəmi: 558
Луна
Şərh: 305
Cəmi: 601
Elnare
Şərh: 221
Cəmi: 2793
_pandam_
Şərh: 171
Cəmi: 3392
Nurcan
Şərh: 137
Cəmi: 138
♥Guluw sebebim♥
Şərh: 107
Cəmi: 108
sema_21
Şərh: 84
Cəmi: 117
MarveL
Şərh: 80
Cəmi: 1162
Avara_Şair
Şərh: 68
Cəmi: 498
RÂYİHA
Şərh: 66
Cəmi: 82

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Rehimoffa
Bugün 137
Cəmi: 543
GozeLoV
Bugün 111
Cəmi: 1457
♥Guluw sebebim♥
Bugün 57
Cəmi: 2099
Arzum
Bugün 31
Cəmi: 1288
amon
Bugün 26
Cəmi: 2056
SoN NeFeS
Bugün 11
Cəmi: 208
_pandam_
Bugün 5
Cəmi: 464
Avara_Şair
Bugün 3
Cəmi: 1247
Луна
Bugün 3
Cəmi: 1683
Nazrin
Bugün 2
Cəmi: 4

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 4 saat 53 deq.
2) ♥Guluw - 2 saat 29 deq.
3) Rehimoffa - 2 saat 11 deq.
4) Arzum - 2 saat 6 deq.
5) GozeLoV - 1 saat 35 deq.
6) Avara_Şair - 1 saat 23 deq.
7) Луна - 1 saat 18 deq.
8) _pandam_ - 47 deq.
9) MarveL - 41 deq.
10) SoN - 14 deq.
MİKROBLADİNQ: GÖZƏLLİK, YOXSA STRESDƏN QURTULMA
Gözəllik Yüklə
MİKROBLADİNQ: GÖZƏLLİK, YOXSA STRESDƏN QURTULMA

Qadınlar gözəl görünmək, dəyişmək, özünü fərqli hiss etmək üçün müxtəlif üsullara əl atırlar. Kimi plastik-estetik əməliyyatlara üz tutur, kimi saçını kəsdirir, bəziləri də üz cizgilərinə, qaşına-gözünə, dodaqlarına dəyişiklik etmək istəyir. Mütəxəssislər isə hesab edir ki, qadınlar təkcə gözəl görünmək üçün deyil, həm də əsəblərini sakitləşdirmək, depressiyadan qurtulmaq üçün bu üsullara əl atırlar.

Bakı sakini, 35 yaşlı Elnurə Əliyeva da bu prosedura müraciət edib. Onun sözlərinə görə, qaşlarını mikrobladinq etdirməyə ani qərar verib: “Bazar günü səhər qərar verdim, axşam qaşlarıma mikrobladinq etdilər. Mən depressiyada olduğum üçün bu qərarı vermişdim. Nə isə dəyişiklik olmasını istəyirdim. Prosedur zamanı kiçik ağrılar əsəblərimi sakitləşdirirdi. Prosedurdan sonra bir neçə gün güzgüyə baxanda özümə gülməyim gəlirdi. Amma xeyli sakitləşmişəm. Ən azından gülə bilirəm”.



Nədir mikrobladinq?

Kosmetoloq Afər İsmayılova
nın sözlərinə görə, mikrobladinq 3D qaş effektidir. Bu allergik olmayan, üzdə hər hansı bir problem yaratmayan prosesdurdur. Kosmetoloqun sözlərinə görə, mikrobladinq zamanı istifadə edilən boyalar, orijinal və təbiidir: “Buna qalıcı makiyaj da deyə bilərik. Qalıcı makiyajı tatuajla qarışdırmaq olmaz. Çünki hər iki prosedur zamanı istifadə edilən boyalar da, texnika da fərqlidir”.

Kosmetoloqun sözlərinə görə, bu yapon texnikasıdır və 100 faiz təbii qaş görüşünü qoruyur. Yəni, bu əməliyyatdan bir müddət sonra kimsə qaşlara toxunmasa, mikrobladinq olduğunu bilə bilməz.

Mikrobladinq zamanı boya iynə vasitəsilə 45 dərəcə dəri altına yeridilir. Yəni, bu proses səthi olduğu üçün ağrısızdır: “Prosedur zamanı istifadə edilən boyalar zamanla hüceyrələr tərəfindən parçalanır və yox olur. Mikrobladinqin qalma müddəti 8 – 12 aydır. Mikrobladinqin qalma müddəti dərinin tipinə görə dəyişir. Bəzi dərilərdə bu qeyd olunan müddətdə tamamilə getsə də, bəzi dərilərdə kiçik izlər qalır”.

A.İsmayılovanın sözlərinə görə, mikrobladinq təxminən 2-3 ildir ki, Azərbaycanda tətbiq edilir. İlk dövrlərdə prosedur baha olduğu müraciət edən az olub, amma sonradan tələb və mikrobladiqn ustaları artıb və qiymət də tədricən düşüb: “İlk dövrlərində mikrobladinqin qiyməti 150-250 manat idi. Fərqli texnika olduğu üçün qadınlar çox maraqlanırdı. Ancaq bacaran usta az olduğu üçün prosedur baha idi. Sonra mikrobladinqi öyrənən ustaların sayı artdı və qiymət ucuzlaşdı. Demək olar ki, indi qadınların 90 faizi tatu deyil, mikrobladinq seçir”.

Kosmetoloq bildirir ki, mikrobladinq çox zaman 25 yaşından sonra vurulur. Çünki 25 yaşına qədər bədəndə inkişaf, yenilənmə daha güclü olur. 35 yaşından sonra bədən artıq stabil olaraq qalır və digər plastik və estetik müdaxilələr uzun müddət qalır.

Kosmetoloq həmçinin bildirir ki, qrip və menstruasiya dövründə mikrobladinq edilməsi məsləhət deyil. Prosedurdan öncə qəhvə və isti içkilər qəbul etmək olmaz: “Yaxşı olar ki, mikrobladinq prosesinə getdiyiniz gün qəhvə içməyəsiniz. Prosedurdan 1 saat öncə isti içkilər içməyin. Prosedur iki hissədən ibarətdir. Eskizin çəkilməsi və mikrobladinq. Prosedur 1,5 — 2 saat davam edir. Prosesdən sonra 8 gün qaşlara su vurmaq olmaz. Çay içən zaman belə diqqət etmək lazımdır ki, qaşlara buxar dəyməsin. Həmin müddət ərzində qaşlar “vazelin” yağı ilə silinir. Başqa yağlardan istifadə etmək məsləhət görülmür. 8 gündən sonra qaşda olan yaralar sağalır. 25-30 gün sonra korreksiya edilir və çatışmazlıqlar qaydasına salınır”.

İsmayılova qeyd edir ki, mikrobladinq üçün hər yaşda olan xanımlar müraciət edir. Onların dəri tipinə baxdıqdan sonra qərar verilib, mikrobladinq edilir: “Bəzi qadınlar gözəl və fərqli görünmək, bəziləri isə depressiyada olduqları zaman gəlir. Yəni qadınların gəliş səbəbi fərqlidir”.



Depressiyaya düşən qadın hər şey edə bilər

Psixoloq Nigar Məmmədova
nın sözlərinə görə, bütün fəsillərdə olduğu kimi fəsil dəyişəndə orqanizmdə müəyyən dəyişikliklər baş verir. Bu, payızda özünü daha sərt şəkildə göstərir. Qadın vücudu zərif olduğu üçün payızda qadınlar depressiyaya daha tez düşür: “Depressiyaya düşən qadın hər şey edə bilər. Ağlamaq, özünə qapılmaq, əsəbilik, aqressiya payız depressiyasının əlamətidir. Bəzən depressiyaya düşmüş qadın intihara belə əl ata bilir”.

Psixoloq bildirir ki, qadın depressiyaya düşdüyü zaman xarici görkəmində dəyişiklik etməyə qərar verirsə, bu özünü bəyənməməsi ilə əlaqəli deyil. Sadəcə olaraq, qadın həyatına dəyişiklik istəyir, monotonluqdan can qurtarmaq üçün bu addımı atır: “Proses zamanı ağrıdan həzz alma həmin şəxsin içində özünə qarşı olan hirsin kənara atılması kimi izah edilə bilər. Ola bilər ki, həmin qadın hansısa addımından narazıdır və bu ağrı ilə ruhunu sakitləşdirir”.

Məmmədova iddia edir ki, qadın psixologiyası mürəkkəbdir. Buna görə də külək, yağış, qar, günəş qadınlara müxtəlif formalarda təsir göstərə bilir: “Məsələn, günəşli gün əhval-ruhiyyəni yaxşılaşdırır, xoşbəxtlik hissi verir. Yağış bədbinlik və tənhalıq hissi gətirir. Buna görə də, qadın psixologiyasını təbiətə bənzətmək olar”.

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Arzum
    Mənə çatmir bu prosedurlar.Lazımsız gəlir mənə.Həmdə ziyanı olar.Bebek yüzlüyəm maşallah.Makiyajsız daha gözəl görünürəm.Sizdə sağolun paylaşım üçün
  2. Elnare
    Heee bayaqki xeberinde onu yazdim ele😜men eletdirmishem coxda gozel alinib. Lazimli xebere gore coxsagol 👍

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.