ONLAYN: 13

Qonaq: 464 Cəmi: 480
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,6 Min
2) Elnare » 401,9 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) ice berg » 354,3 Min
7) Avara_Şair » 308,1 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,5 Min
10) Луна » 239 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) ice - 2 saat 59 deq.
2) amon - 1 saat 2 deq.
3) ÊLfid - 19 deq.
4) Elnare - 18 deq.
5) Jasmin) - 17 deq.
6) GozeLoV - 15 deq.
7) Atas - 8 deq.
8) V_L - 8 deq.
9) Men_Bir_Melek - 5 deq.
10) Miracle - 5 deq.
Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİL
Xəbərlər Yüklə
Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİL
Ermənistanın sərhədin Tovuz istiqamətində təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verdikdən sonra rəsmi Yerevanın yeni işğalçılıq siyasəti döyüş cəbhəsində fiasko ilə nəticələndi.

Bundan sonra Ermənistanın beynəlxalq təşkilatların gözündə yüksəlmək istəkləri də məğlubiyyətə düçar oldu, dünya ölkələri birmənalı olaraq Azərbaycana dəstək nümayiş etdirdi.

Döyüş zonasında və diplomatik müstəvidə məğlub duruma düşən Ermənistana daha bir güclü zərbə informasiya cəbhəsindən gəldi – düşmənin guya Qaraqaya yüksəkliyini alması barədə bütün iddialar Azərbaycan mediasının gücü sayəsində sarsıdıcı formada təkzib olundu.

Bu hadisələrin ardınca isə azərbaycanlıların ABŞ-ın Los-Anceles şəhərində, Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüsseldə və digər bir neçə ölkədə dinc etiraz aksiyaları keçirməsi erməni diasporunu və Ermənistan hakimiyyətini daha da aqressivləşdirdi.

Məhz bu səbəbdəndir ki, etiraz aksiyalarında ermənilər azərbaycanlılara qarşı vandallıq aktı törədir və həyasızcasına bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışırlar.

Ancaq Ermənistan hakimiyyətinin və diplomatiyasının hərəkətverici qüvvəsi olan erməni diasporunun da planları iflasla nəticələnir.

Erməni diasporu özünün sayəsində vəhşi obrazını dünyaya tanıdır, bu isə özünü sülhsevər biri kimi göstərən Ermənistan Baş naziri Nikol Paşinyanın riyakarlığını üzə çıxarır.

Düzdür, N.Paşinyanın sülhsevər yox, məhz işğalçı mahiyyəti ilk dəfə deyil ki, qarşımıza çıxır. Bundan əvvəl də o, dəfələrlə sülhdən danışsa da, verdiyi bəyanatların barışıq doktrinası ilə daban-dabana zidd olduğunu nümayiş etdirib.

Bu dəfə isə Paşinyan ifşa olunduğunu görüb hirsini Ermənistanın Diasporla İş üzrə Komissarlığından çıxıb.

N.Paşinyan erməni diasporunun uğursuzluğundan sonra imzaladığı əmrlərlə Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatlarına start verib, yüksək vəzifəli şəxslər də daxil olmaqla 13 nəfər vəzifəsi ilə vidalaşmalı olub.

Ermənistan Baş nazirinin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.

Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiri Levon Antonyan da vəzifələrini itirib.

Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin müdiri Edqar Ovsepyan da işdən azad olunanlar arasındadır.

Bu, erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının, Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalmasının göstəricisidir.

Nə Ermənistan, nə də erməni diasporu Tovuz döyüşlərindən sonra Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləyirdi.

İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər, bir daha aqressivlik və vəhşiliklə yadda qaldılar. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar.

Bu isə həm Ermənistandakı erməniləri, həm də Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor Komissarlığının şöbə müdirlərini “günah keçiləri” kimi qurban verdi.

Ermənistanın “Past” nəşrinin yazdığına görə, Paşinyanın Diaspor Komissarlığını hədəfə almasının səbəbi qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır.

“Diasporla İş üzrə Komissarlıq Ermənistanla Azərbaycan arasında olan son qarşıdurmalarda böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib”, - deyə qəzet yazıb.

“Past” bildirib ki, qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altında gizlənib.

Baş nazir N.Paşinyanı Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də bərk qəzəbləndirib.

Qəzetin məlumatına görə, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Hadisələrin gedişatı göstərir ki, Paşinyan Diaspor Komissarlığından köhnələri qovmaqla onların yerinə, daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək.

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. MarveL
    Bunlar indiyə kimi nədən üzü ağ çıxıbki guya bunnanda çıxsınlar? Bunları insan belə saymaq olmaz
  2. Xaliq
    xəbərə görə təşəkkürlər

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.