LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 24-07-2020, 14:55

"Bütün dünyaya erməni vəhşiliyini təqdim etmək lazımdır"- DEPUTAT

"Bütün dünyaya erməni vəhşiliyini təqdim etmək lazımdır"- DEPUTAT
LoaDinG.Az xəbər saytı
Xəbər verdiyimiz kimi ermənilər Belçika, Paris, Brüssel və Moldovada yaşayan azərbaycanlılara qarşı hücumlar edərək vəhşiliklər törədirlər. Nəticədə bir neçə azərbaycanlı ilə yanaşı REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına xəsarət yetiriblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, qürurverici haldır ki, təkcə sərhədlərimiz daxilində deyil, həm də bütün dünyada yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirərək, ordumuza dəstək oldular:


"Onlar cənab prezidentimizin, dövlətimizin və Azərbaycan əsgərinin yanında olduğunu nümayiş etdirdilər. Xaricdə yaşayan azərbaycanlılar BMT-nin bu günə kimi icra edilməyən 4 qətnaməsini yerinə yetirilməsini istəyir. Əlbəttə düz tələblərdir. Xaricdə yaşayan soydaşlarımız dinc yolla öz səslərini dünyaya çatdırmaq istəyirlər. Amma görürük ki, Ermənistan nümayəndələri xaricdə yaşayan azərbaycanlılara qarşı ASALA terror təşkilatını da işə salıblar.

Vətəndaşlarımıza qarşı müxtəlif təxribatlar və vandalizmlər törədirlər. Ermənilər xaricdə yaşayan azərbaycanlılara və onların ailələrinə hücumlar təşkil edirlər. Belçikada, Los-Ancelesdə və digər ölkələrdə təxribatlar törədir, qarşıdurmalar yaradırlar. Artıq bizim hüquq mühafizə orqanları bu məsələyə qarışıb.

Bəzi ölkələrin səfirləri Xarici İşlər Nazirliyinə çağrılıb. Eyni zamanda həmin ölkələrin xarici işlər nazirliklərinə də rəsmi müraciətlər olub. Dünən axşam soydaşlarımız da ermənilərə cavab veriblər. Bu gün bizə dinc yolla bütün dünyaya erməni vəhşiliyini təqdim etmək lazımdır.Çünki erməni təxribatını dünyaya çatdırmağımız vacibdir. Amma insanlarımızı da qınamaq olmur. Çünki vətəndaşlarımızın sinir sistemi ermənilərin bu təxribatlarına dözmür. Ermənistanın necə vəhşiliklərə əl atdığını və təxribatlar törətdiyini görürük. Ona görə də bəzən olur ki, azərbaycanlılar ermənilərə adekvat cavab verir. Biz çalışmalıyıq ki, bizim dünyaya haray salmağımız dinc yolla olsun. Çünki bu təxribatların hər biri ermənilər tərəfindən törədilib. İstəməzdik belə olsun. Amma Ermənistanı da yerində otuzdurmağın vaxtı gəlib çatıbdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 199 202 168 211 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.