Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
amon Azərbaycan 15-07-2020, 18:12
Prezident şəhid general və polkovnikin ailəsinə zəng etdi, başsağlığı verdi
LoaDinG.Az xəbər saytı
LoaDinG.Az xəbər saytı