Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 127
Cəmi: 1802
Arzum
Xəbər 115
Cəmi: 182
Луна
Xəbər 96
Cəmi: 122
_pandam_
Xəbər 54
Cəmi: 431
Nuray
Xəbər 17
Cəmi: 17
Guluw sebebim
Xəbər 12
Cəmi: 14
ODiNoKiY_VoLK
Xəbər 10
Cəmi: 373
amon
Xəbər 8
Cəmi: 953
MarveL
Xəbər 8
Cəmi: 73
SoN NeFeS
Xəbər 8
Cəmi: 9

Son Hədiyyə

Göndərilmiş hediyyə
Nuray » _pandam_

Mesaj: Üzür dilerim menı aff ede bilecen

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 371,5 Min
2) L e o n » 357,2 Min
3) Elnare » 303,9 Min
4) AzizA » 291,6 Min
5) amon » 273,5 Min
6) Sensiz darixiram » 266,4 Min
7) _Yene_Tenha_ » 220,2 Min
8) poppy » 144,1 Min
9) SeKeRCiK » 139,3 Min
10) Ay_işığı » 134,9 Min

Saytda Oyun !!!

Tap və Qazan.

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Луна
Şərh: 392
Cəmi: 688
Elnare
Şərh: 300
Cəmi: 2871
_pandam_
Şərh: 210
Cəmi: 3431
Guluw sebebim
Şərh: 168
Cəmi: 168
Nuray
Şərh: 157
Cəmi: 158
sema_21
Şərh: 84
Cəmi: 116
MarveL
Şərh: 80
Cəmi: 1159
RÂYİHA
Şərh: 74
Cəmi: 89
Avara_Şair
Şərh: 60
Cəmi: 476
SoN NeFeS
Şərh: 60
Cəmi: 362

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Guluw sebebim
Bugün 118
Cəmi: 4283
heyatimin menasi
Bugün 82
Cəmi: 3146
amon
Bugün 48
Cəmi: 3542
Луна
Bugün 19
Cəmi: 2551
MarveL
Bugün 7
Cəmi: 1302
Adnur xanım
Bugün 4
Cəmi: 418
Cirkin Heyat
Bugün 3
Cəmi: 61
Avara_Şair
Bugün 2
Cəmi: 2012
Elnare
Bugün 2
Cəmi: 1392
deli divane
Bugün 2
Cəmi: 402

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Guluw - 3 saat 7 deq.
2) Луна - 2 saat 39 deq.
3) amon - 2 saat 1 deq.
4) MarveL - 1 saat 18 deq.
5) Salamzade - 58 deq.
6) heyatimin - 48 deq.
7) Avara_Şair - 42 deq.
8) troya666 - 33 deq.
9) _pandam_ - 23 deq.
10) Elnare - 21 deq.
Braziliyalı futbolçu: “Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”
İdman Yüklə
Braziliyalı futbolçu: “Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”
“Azərbaycan variantı çox maraqlı idi. Bu ölkəni tanımırdım, haqqında heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünür, çox qorxurdum. Ancaq tamamilə fərqli idi, çox asan uyğunlaşdım”.

Bunu “Neftçi”nin sabiq futbolçusu, üçqat Azərbaycan çempionu, ikiqat ölkə kubokunun qalibi Flavio Aleks Valensio (Flavinyo) Braziliya mətbuatına müsahibəsində bildirib.

Hazırda Braziliyanın B seriyasında çıxış edən KRB klubunda top qovan 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan barədə də danışıb:

“Azərbaycanda insanlar mənə çox yaxşı münasibət göstərdilər, ölkəni bəyəndim. Futbol inkişaf edirdi. Oranın ikinci Dubay olmasını arzulayırdılar. Neftin varlığına baxmayaraq, turizm ölkəsi olmaq istəyirlər. Yeməkləri çox fərqlidir. Bir tərcüməçimiz var idi, portuqalca danışırdı, bu da işimizi asanlaşdırmışdı.

Mənim üçün ən böyük çətinlik mentalitetlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, hələ də əcnəbilər üçün çox qapalıdır. Təkcə klubda deyil, işlədiyiniz və yaxınlıqda yaşadığınız insanlar ailə kimi sizə çox yaxşı münasibət göstərirlər. Ancaq bayıra çıxdığınız zaman – alış-verişdə, restoranda, bazarda insanlar sizə fərqli baxır. Oradakı illərim gözəl keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”.

O, Azərbaycanda futbolun Braziliyadakından fərqli olaraq, Avropa sistemində – 4-3-3 taktikası ilə oynanıldığını, fiziki gücə və sürətə üstünlük verildiyini, texnikanın isə ikinci planda olduğunu bildirib. Flavinyo “Neftçi”də keçirdiyi beş mövsüm ərzində Avropa Liqasının qrupunda oynamasının onun karyerası üçün pik olduğunu söyləyib:

“Avropa Liqasında oynamaq karyeramın zirvəsi idi. Baxmayaraq ki, Braziliyanın dörd çempionatında oynamışam. “İnter”lə matçda İtaliyadakı stadion mənə ən çox təsir edən məqam idi. Gəlişini heç düşünmədiyim anı yaşayırdım.

Azərbaycana gedəndə bildim ki, avrokubok təqvimi var. Amma Avroliqanın qrupuna düşməyin, demək olar ki, mümkünsüz olduğunu bilirdim. “Neftçi” Azərbaycanın Avroliqada qrupa vəsiqə qazanan ilk klubu idi. “San Siro”da stadiona ayaq basanda o mahnını eşitmək, şübhəsiz ki, mənə ən çox təsir edən məqam idi”.

Dostlarınızla paylaşın

Şərhlər: 1
  1. _f_eride
    twk

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.