reklam
Bu gecə... Bu gecə... https://thumbs.gfycat.com/ContentWickedDutchshepherddog-size_restricted.gif
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 5-07-2020, 11:42

Bu gecə...

Bu gecə...
Bu gecə...




Bu gecə bürünüb sənsizliyimə
Yenə mən sakitcə səni düşündüm.
Sənsizlik alışıb səssizliyimə.
Səssiz həsrətində yenə üşündüm.


Bu gecə...


Gecəyə bürünüb sukuta döndüm
Sevgim ürəyimdə üsyan etsə də.
Dəf edib üsyani süquta döndüm
Nakam məhəbbətim giryan etsə də.


Bu gecə...


Bu gecə bürünüb acizliyimə
Qapıldım mən yenə öz xislətimə.
Bağışla hər seyi zəifliyimə,
Məni qurban eylə sədaqətimə.


Bu gecə...


Bu gecə bürünüb yağan yağışa
Yağdım damla-damla ötən günlərə.
Dünyanı verərdim bircə baxışa,
Heyif sənsiz ötüb keçən illərə.


Bu gecə...


Bu gecə bürünüb əsən küləyə
Dolandım aramla mən küçə, dalan.
İzinlə çıxmışdım yenə gəzməyə,
Çalışdım iyini onlardan alam.


Bu gecə...


Bu gecə bürünüb dərdi-sərimə
Qaranlıq otaqda baş-başa qaldım
Daldım xəyalına, çıxdım seyrinə,
Sənin sorağını qəlbimdən aldım.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 445 415 367 409 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.