ONLAYN: 15

Qonaq: 790 Cəmi: 808
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 21
Cəmi: 5690
Elnare
Xəbər 9
Cəmi: 48
Melis
Xəbər 9
Cəmi: 16
Xaliq
Xəbər 7
Cəmi: 479
Sol Meleyim
Xəbər 5
Cəmi: 957
ODiNoKiY_VoLK
Xəbər 1
Cəmi: 341

Son Hədiyyə

Göndərilmiş hediyyə
Melis » _Uğurböceyi_

Mesaj: Salam

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sensiz darixiram » 396,1 Min
4) L e o n » 357,2 Min
5) Sol Meleyim » 356,4 Min
6) Avara_Şair » 296 Min
7) AzizA » 291,6 Min
8) Elnare » 227,2 Min
9) _Yene_Tenha_ » 220,2 Min
10) amon » 155,2 Min
11) poppy » 144 Min
12) SeKeRCiK » 139,3 Min
13) meley0001 » 129,4 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 84,4 Min
17) Xaliq » 82,9 Min
18) pandisim » 82,8 Min
19) _Uğurböceyi_ » 80,2 Min
20) Ümidli gözəl » 79,5 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
_f_eride
Şərh: 34
Cəmi: 49
Elnare
Şərh: 26
Cəmi: 2186
Kənan Heydərov
Şərh: 14
Cəmi: 7963
Sensiz darixiram
Şərh: 13
Cəmi: 4289
Sol Meleyim
Şərh: 12
Cəmi: 2091
Xaliq
Şərh: 6
Cəmi: 478
Melis
Şərh: 5
Cəmi: 20
Th30
Şərh: 4
Cəmi: 4
amon
Şərh: 2
Cəmi: 823
Onadeyin
Şərh: 1
Cəmi: 111

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 711
Cəmi: 711
Xaliq
Bugün 551
Cəmi: 551
Elnare
Bugün 501
Cəmi: 501
Sensiz darixiram
Bugün 500
Cəmi: 500
Dear
Bugün 406
Cəmi: 406
sessiz musiqim
Bugün 280
Cəmi: 280
_f_eride
Bugün 163
Cəmi: 163
amon
Bugün 123
Cəmi: 123
_AzƏrİ_QıZı_
Bugün 114
Cəmi: 114
GozeLoV
Bugün 113
Cəmi: 113

Reklam

Bir dəfə klik edin
Azərbaycanda koronavirusa yoluxanların evdə müalicəsinin zəruri şərtləri bilindi - AÇIQLAMA
Xəbərlər Yüklə
Azərbaycanda koronavirusa yoluxanların evdə müalicəsinin zəruri şərtləri bilindi - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirusu yüngül keçirən şəxslərin evdə müalicəsi ilə bağlı qərar qəbul edib.

Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

Qərarla təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasına əlavələr edilib. Belə ki, yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs ümumi istifadə yerlərini tez-tez havalandırmaqla yanaşı, mənzili (evi) tərk etməməlidir.

Bəs evdə müalicə aparılan zaman nələrə diqqət edilməlidir?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev açıqlamasında bildirib ki, hər kəs onu bilməlidir ki, virusa yoluxaraq evdə izolyasiya olunan şəxslə COVID-19-a yoluxmayıb evdə karantinə alınan şəxsin vəzifələri fərqlidir:

“O insanlar bilməlidir ki, virusun yayılmasının qarşısının alınması birbaşa onlardan asılıdır. Çünki onların insan içinə çıxması sürətlə yayılan virusun insanlara yoluxmasını təmin edir ki, bu da ümumi vəziyyəti pisləşdirir.

İzolyasiya zamanı sizinlə bərabər, evdə yaşayan və virusa yoluxmayan insanların sağlamlığı normal vəziyyətdə olmalı və ciddi yanaşı xəstəlikləri olmamalıdır. Xüsusi risk qrupuna daxil olan şəxslərin sizinlə eyni evdə qalması tövsiyə olunmur. Bu risk qruplarına immun sistemi aşağı olan xəstələr, xroniki yanaşı xəstəlikləri olan insanlar və yaşlılar daxildir”.

Həkim bildirib ki, ev şəraitində xəstə olmayan insanlarla kontakt, sadəcə, xəstə olan insana kömək lazım olduqda olmalıdır:

“Kontakt zamanı minimum 1,5 metr məsafə gözlənilməli və qoruyucu maskadan istifadə edilməlidir. Xəstə olmayan insanların sizinlə eyni otaq şəraitində qalmasına və gün ərzində o otaqda mütəmadi olmasına icazə verilmir. Ev şəraitində bütün otaqların havalandırılması aparılmalıdır.

Bu, virusun otaq şəraitində azalmasına kömək edir. Ev şəraitində ümumi yerlər isə maksimum ehtiyac olduğu halda istifadə olunmalı və istifadədən sonra bir daha havalandırılmalıdır. Vacib olan gigiyenik tələblərə ev şəraitində də əməl olunmalıdır. Xəstə adamın paltarları ayrı yığılmalı və minimum 60 dərəcədə yuyulmalıdır.

Evdən kənarda olan insanlarla, məsələn, qonşularla və ya dostlarla kontakta icazə verilmir. Əgər imtina edə bilməyəcəyiniz kontakt lazım olarsa, qoruyucu maskalardan istifadə olunmalıdır və maksimum məsafə saxlanılmalıdır”.

“Xəstəliyin ağırlaşması hiss edilərsə, o zaman həkimə müraciət olunmalı və lazım olarsa, xəstəliyin müalicəsinə xəstəxana şəraitində baxılmalıdır. Xəstə adamın paltarına sağlam adamlar da mümkün qədər toxunmamalıdır”, - deyə N.Abdullayev əlavə edib.

Azərbaycanda evdə müalicə qaydalarını pozan koronavirus xəstələri cəzalandırılacaq -

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) bildirilib ki, hazırda COVID-19-un spesifik müalicəsi yoxdur, lakin xəstənin səhhəti bərpa olunanadək simptomları yüngülləşdirən tədbirlər görülə bilər.

Xəstələrin evdə müşahidə meyarları aşağıdakılardır:

Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr

COVID-19 yüngül simptomlar/simptomları olmayan

COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda

Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu

24/7 internet çıxışının olması

Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə, lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

COVID-19 xəstələrin evdə müalicə sxemi (18 yaşdan yuxarı olan şəxslər üçün müalicə sxemi):

Ümumi ev karantini:

Arbidol 200 mg x 3 dəfə 10 gün

Vit C tablet 1000 mg x 4 dəfə 10 gün

Vit D 20 mg/20000 iu günaşırı 2 ay

Zink 25 mg 1 dəfə 10 gün

Temperatur ≥37.5 olarsa: Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün;
Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə;

Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda)

Öskürək olarsa: Asetilsistein 600 mg gündə 1 dəfə;

İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml;

Şikayətlər itənə qədər

Dispeptik əlamətləri olarsa: Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg);

Pantoprazol 40 mg gündə 1 dəfə;

Şikayətlər yaxşılaşana qədər 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi

Simptomlar olmadıqda müalicə başlanılmır.

Hər hansı simptom başladıqda:

Vit C:

0-6 ay 40 mg/gün

6-12 ay 50 mg/gün

1-3 yaş: 15 mg/gün

3-8 yaş: 25 mg/gün

8-13 yaş: 45 mg/gün

13-18 yaş: 75 mg/gün

Azitromisin:

1-5 ay 10 mg/kg per os gündə 2 dəfə

6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün

Öskürək olduqda:

Öskürək üçün sirop

İnhalasiya: sabutamol 2.5 mg + NaCl 0.9% 2 ml

Hərarət olduqda:

Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda)

COVID-19 təsdiqlənmiş/şübhəli xəstələrlə təmasda olmuş şəxslər “Ümumi ev karantini” sxeminə uyğun preparatları qəbul etməlidir.

Yüksək riskli xəstələr xəstəxana triajına göndərilir. Orta riskli şəxslər isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Klinik pisləşmə olarsa xəstəxana triajına göndərilir. Aşağı risklı şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Dear
    Adi qrip müalicəsidi yalandan böyüdürlər Allah hər kəsin köməyində olsun
    -=* Medalları *=-

    -=* İmza *=-

    Ən böyük səhvim - Üzümə gülən hər kəsi,
    özüm kimi bilməyimdi
    .
  2. Elnare
    Hede adi qripin mualicesidi, hetta o qripdede guclu antibiotikler vurulurdu agir kecen adamada, nemm Allah her kese komey olsun
    -=* Medalları *=-

    -=* İmza *=-

    Yaxşıki varsan❤️

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.