Xaliq

Xaliq İslam Dini 18-06-2020, 19:00

Kərbəla sözü nə deməkdir?

Kərbəla sözü nə deməkdir?
Kərbəla sözünə çoxlu məna verilmişdir. Bu sözün bir çox mənaları vardır. Onlardan biri -  "müsibət və bəla diyarı"dır. Kərbəla sözü iki sözdən əmələ gəlmişdir. Biri "kərb" ki, mənası "nicat" deməkdir, biri isə "bəla"dır.
Hədislərimiz buyurur ki, Kərbəla - həmçinin bir qissədir ki, Allah onda Nuha (ə) və ona iman gətirənlərə nicat vermişdir. "Və Nuhu - onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq". ("Ənbiya" 76).
Qurani-Kərimdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) və onun qövmünə nicat verməyi "kərb" sözü ilə bəyan etmişdir. Kərb sözü Quranda dörd dəfə istifadə olunmuşdur. "Həqiqətən Biz Musa və Haruna da nemət verdik. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik". ("Saffat" 114-115).
Quran İlahi peyğəmbərləri (ə) insanları hidayət etmək üçün göndərmişdir. Onlara buyurmuşdur ki, insanları səbir və ibadət ilə hidayət etsinlər. İmam Hüseyn (ə) bu İlahi peyğəmbərlərin (ə) sanki təcəssümü idi. Bu səbəbdən Həzrət Peyğəmbər (s) İmam Hüseyni (ə) hidayətin yanar çırağı adlandırmışdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allaha tərəf hərəkət etmək, kamala və İlahi qürb məqamına çatmaq - insanın dünyadakı hədəfləri və axirətə çatmaq istəyidir. Bu yol dünyadan keçər. Bu yolun çoxlu eniş və yoxuşları vardır. Bu yolda çoxlu qarətçilər və quldurlar gizlənmişdir.
Məsələ burdadır ki, necə edək ki, bu təhlükəli yoldan rahat şəkildə keçə bilək? Bu zaman Peyğəmbərin (s) buyurduğu həmin söz yada düşür.

Hər kim İmam Hüseyn (ə) çırağı sayəsində hidayət olar, şübhəsiz ki, Allah onu qoruyar və kamala, İlahi qürb məqamına çatdırar. İmam Hüseyn (ə) qiyamı - Nuhun (ə) gəmisinə bənzəyir. Hər kim bu gəmiyə minərsə, nicat tapar. Hər kim geri qalarsa, tələf olar.
İmam Əli (ə) buyurur ki, ey insanlar! Sizin üçün keçmiş ümmətlərin başıana gələnlərdən ibrət dərsləri vardır. Hər kim bu dərslərdən ibrət alar - bəlaya və müsibətə düçar olmaz. Əksinə, hansı yolun təhlükəsiz olduğuna əmin olar.
Ey müsəlmanlar! Bilin ki, Allaha tərəf üzməkdə olan ən əmin gəmi - İmam Hüseynin (ə) gəmisidir. Ona görə də ona minməyə çalışın. Çünki, bu gəmi - sizin xilaskarınızdır.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 73 117 67 98 68

Oxşar xəbərlər Digər trend xəbərləri

2 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. 𝕸𝖎𝖓𝖎𝖔𝖓❥︎👤

    Sensiz darixiram 18 iyun 2020 21:21 0

    Nicat🙄
  2. ❤️ELNARE ❤️

    Elnare 18 iyun 2020 19:17 0

    Cox deyerli cox maraqli ve her bir muselmanin bilmesi vacib olan bir xeberdi. Coz sagol eline sagliq. Allah sennen razi olsun🙌

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.