reklam
SƏNİNLƏ SƏNSİZ SƏNİNLƏ SƏNSİZ https://loading.az/uploads/posts/2020-05/1590760233_loading.az_love_1.jpg
Xaliq

Xaliq Sevgi 29-05-2020, 17:52

SƏNİNLƏ SƏNSİZ

SƏNİNLƏ SƏNSİZ


İlıq bir yay səhəri idi. Məndə ki, gənc qız idim. Səhər tezdən həmişəki kimi, iş yerimə tələsirdim. Sən demə həmin gün mənim həyatıma qənim kəsilən, sevgi adlı sağalmaz, unudulmaz bir sevda gözləyirmiş. O, gün otaqda bizdən ,biz ikimizdən başqa heç kim yox idi. Qəfil baxışlarımız toqquşdu.Onun gözləri sən mənimsən deyirdi. Dənizdə yalqız qalan qağayıya dönmüşdü.Sanki gözləri dil açıb daışacaqdı elə bil. O, dalğın və mənası çox dərin olan baxışlar mənim qəlbimdə izi getməyən cığır saldı, mənim ürəyimi özümdən xəbərsiz özümdən aldı. Bu baxışlar bizi bir-birimizə yamanca bağladı. Ürəyimi qızmar günəş kimi dağladı. Sağalmaz sevgi yarası vurdu.Bu sevdanın davamı məktubla, sonra isə telefonla davam etdi. Mənim ürəyimi gizlincə oğurladı.


O, gündən bizim gözəl günlərimiz başlandı . O, mənsiz, məndə ki onsuz qala bilmirdim. Bəlkədə özümü dünyanın ən xoşbəxti sayırdım. İnanmağım gəlmirdi ki, bizim kimi bir-irini kimsə belə sevdiyinə. Xoşbəxt günlərimizdə bir uzaq səfərə çıxdıq. O, gün həyatımda silinməz iz qoyub getdi. Həmişə mənə ömrüm- günüm deyirdi. Sənsiz mənim həyatım yoxdur. Deyirdim ki, fələk gəlsə belə bizi ayıra bilməz. Biz Əzrail aparsa ikimiz bir yerdə ölməyimizə qərar vermişdik. Deyirdi sənsiz mənim könlüm gülməz.
İllər keçdi aramıza düşən soyuqluğu, odu sönmüş gözlərdn bir də ki, soyumuş əllərdən duymuşdum. Ona soyuq baxışlarını deyəndə özündən çıxırdı, dünyanı başıma yıxırdı. Bunların hamısını çox yaxşı hiss edirdim. Şübhələr içində boğulurdum. Günlərin bir günü telefonu zəng çaldı. Telefonu açdım danışan kim olduğunu bilmədim. Danışmadı... Yaranan şübhə həyatımı alt-üst etdi. Ayın ulduzun rəngi gözümdən getdi. Sən demə həyatımın başqa bir gizli həyatı var imiş. Onun ürəyinə yağan bir qarmış. Mənim telefonumu onun telefonundan oğurlayıb. Mənim kim olduğumu soruşdu. Məni atsın deyə həyatımla boğuşdu.Mənim saf sevgimə vuralan ləkə ürəyimə də ləkə salmışdı. Sən demə həyatım başqa birinin həyatı imiş. Sən demə sirli dünyası var imiş.
Necə qıydın mənim sevgimə? Mənim saf sevgimi necə verdin özgəyə? Vicdanın verdisə, qəlbin bunlara necə yol verdi? Hələ də anlaya bilmirəm. Mənim gözlərimə xəyanət gözlərinlə necə baxırdın. Heç olmzsa qəlbin olmayan qəlbin ağrımırdımı?! Allahdan qorxurmurdunmu. Mənə axır-əvvəl dönəcəyini söyləmişdim. Heç nəyi boynuna almırdı. Günahkar məni hesab edirdi. Xeyli vaxt keçdikdən sonra özü hər şeyi etiraf etdi. Mənim gözlərimdən itdi. Məni saf məhəbbətlə sevdiyini deyirdi. Gözüm gülsədə içim ağlayırdı. Başımın taxtı-tacı sınmışdı. Özü də bilirdi ki mənim ondan başqa könlümün taxtının sahibi yoxdu. Mənim qəlbimin padşahı sənsən demişdim. Deyirdim mənə sənin sevgindən başqa heç nə lazım deyil. Sən demə mənim sevgi payımı bir neçə nəfərin arasında bölübmüş. Məndən soyuyan sevgini yerə dikilən alovsuz gözlərdən hiss etmişdim. Onu hiss etdikcə məndə günü-gündən çiçək kimi öz-özümə solurdum. Küsüb-inciyib taleyimdən dönürdüm. Hələ də düşünürəm səni bağışlaya bilərəmmi? Səni bağışlasamda əfv edəcəyimə heç inamım gəlmir.
Yenə qəlbim kövrəlir, sənsizlkdən canım sıxılır. Bu dünyanı sənsiz yaşayıb, səninlə tərk etmək istəyirəm. Axır-əvvəl dönəcəyinə ümid edirəm, bu ümidlə xəyallara gedirəm. Qınamayın məni özümlə bacara bilmirəm. Əgər səni bağışlasam onda mənim ürəyim gərək ki, daş ola, gözlərim də ki, ömürlük yaş ola. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 306 336 306 296 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.