reklam
Azyaşlıya təcavüz: Lerikdə müəllim şagirdi ilə görüşürmüş Azyaşlıya təcavüz: Lerikdə müəllim şagirdi ilə görüşürmüş https://loading.az/uploads/posts/2020-04/thumbs/1586198628_loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-04-2020, 22:44

Azyaşlıya təcavüz: Lerikdə müəllim şagirdi ilə görüşürmüş

Azyaşlıya təcavüz: Lerikdə müəllim şagirdi ilə görüşürmüş
Lerik rayonunun Kiravud kəndində məktəbdə işləyən rus dili müəllimi şagirdini zorlayıb. İndi uşaq beş aylıq hamilədir.

Oxu.Az xəbər verir ki, məlumatı Lerik rayon Polis İdarəsi təsdiqləyib və fakla bağlı Prokurorluğun araşdırma apardığını bildirilib.

Adı məlum səbəbdən hallanmayan müəllim barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb (16 yaşına çatmayanlarla cinsi əlaqədə olma).

Əldə edilən məlumatlara görə, cinayətin qurbanı 2003-cü il təvəllüdlü kənd sakinidir. O, şübhəlinin əmisi oğlunun qızıdır.

Bəzi KİV-lər məktəblinin müəllimi tərəfindən dəfələrlə təcavüzə məruz qalması ilə bağlı xəbər yayıblar.

Hüquq-mühafizə orqanları yayılan məlumatın həqiqətə uyğun olmadığını qeyd edərək əsl hadisəni danışıb.

Əslində 1961-ci il təvəllüdlü müəllim əvvəllər deyildiyi kimi, şagirdlərin gözü önündə məktəbliyə qarşı seksual xarakterli hərəkətlər etməyib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişi qohumuna kənd ərazisində bir sahədə görüşməyi təklif edib, ikinci isə razılaşıb.

Zərərçəkən hüquq-mühafizə orqanı işçilərinə gizlicə, öz istəyi ilə keçmiş müəllimi ilə dəfələrlə görüşdüyünü və onunla öz istəyi ilə cinsi əlaqəyə girdiyini deyib.

Hüquq-mühafizə işçiləri bütün bunların kişini cinayət məsuliyyətindən azad etmədiyini qeyd ediblər, çünki o, yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olub.

Məlum olub ki, zərərçəkən 9-cu sinifdən sonra məktəbə getməyib. Qızın hamilə olduğunu anası aşkar edib və bu barədə polisə xəbər verib.

Hazırda rayon Prokurorluğu hadisəni araşdırır və şübhəlinin günahı müəyyənləşdirilir. Faktla bağlı həbs edilən yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 253 249 175 249 227

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.