reklam
"Survivor"da uduzanlar Türkiyəyə qayıda bilmir "Survivor"da uduzanlar Türkiyəyə qayıda bilmir https://loading.az/uploads/posts/2020-04/thumbs/1585989675_loading.az_pnl241.jpg
HASANLY

HASANLY Xəbərlər 4-04-2020, 12:39

"Survivor"da uduzanlar Türkiyəyə qayıda bilmir

"Survivor"da uduzanlar Türkiyəyə qayıda bilmir
TV 8-də yayımlanan məşhur “Survivor” yarışmasından çıxan iştirakçılar Türkiyəyə qayıda bilmir.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısını almaq məqdsədi ilə Dominikan Respublikasının ölkəyə giriş-çıxışı bağlamasıdır.


“Könüllülər” qrupunda mübarizə apararkən uduzan Ceyhun Uzun, Burak Yurdugör və zədə alaraq verilişdən uzaqlaşdırılan Meryem Kasap hələ də adadadır.

Dominikanda olan “Survivor Panorama”nın aparıcısı Hakan Hatipoğlu isə sərhədlərin bağlanmamasından bir neçə gün əvvəl Türkiyəyə qayıdıb. O, İstanbulda 14 gün karantində qaldıqdan sonra tamaşaçı qarşısına çıxıb.

Bir neçə gün bundan əvvəl layihə rəhbəri, aparıcısı Acun Ilıcalı “Survivor Ekstra” proqramına telefonla bağlanaraq təhlükəsiz bir ərazidə olduqlarını qeyd edib: “Özəl bir ərazidə çəkilişlərimizi aparırıq. Milli parkdır, giriş və çıxış yoxdur. Son dərəcədə diqqətliyik. Macarıstan televiziyası üçün də “Survivor” çəkirik. Bu səbəbdən macar iştirakçılar gəldi, 14 gün karantində saxladıq. İndi isə Dominikanda girişlər bağlıdır”. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 300 238 245 231 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.