reklam
Yel çərşənbəniz mübarək! Yel çərşənbəniz mübarək! https://i.hizliresim.com/3yfcRA.jpg
HASANLY

HASANLY Loading.Az-ın Həyatı 10-03-2020, 11:09

Yel çərşənbəniz mübarək!

Yel çərşənbəniz mübarək!
İnanca görə, Yel Çərşənbəsində hava təmizlənir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir. Bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə də deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.

Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Tonqallar qalanır, son çərşənbəyə hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.
Ümumiyyətlə isə, Novruz bayramına qədər 4 çərşənbə - Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var. Su Çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması, Od çərşənbəsi Günəşin torpağı qızdıraraq yeni əkinə hazılaşdırması, Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi, Torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır.

Yel Mərşənbəniz Mübarək! 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 388 485 380 428 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.