LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Kənan Heydərov

Kənan Heydərov Texnologiya 3-01-2020, 19:03

YouTube-da mübahisəli videonun bir hissəsini aradan qaldırmaq artıq mümkündür

YouTube-da mübahisəli videonun bir hissəsini aradan qaldırmaq artıq mümkündür
LoaDinG.Az xəbər saytı
YouTube platforması müəllif hüquqları sahiblərinin iddialarına qarşılıq verərək "YouTube Studio" alətlər panelini yeniləyib.

LOADİNG.AZ ted.az-a istinadən bildirir ki, hazırda video müəllifləri paylaşımı silmədən mübahisəli videonun bir hissəsini kəsə bilərlər.

Daha əvvəl olduğu kimi, şikayət musiqi ilə bağlıdırsa, istifadəçi onu əvəz edə və ya videodakı səsləri azalda bilər. Hazırda Video nişanında məhdudiyyətlər sütunu var, orada müəlliflər hansı videoların və fraqmentlərin müəllif hüquqlarını pozduğunu və ya təhqiramiz olduğunu görə bilərlər. Müəllif hüquqları sahiblərindən hansının şikayət etdiyini də görmək mümkündür.

Mütəxəssislər yeniliyin əsas problemi həll etməyəcəyini qeyd edirlər. Avtomatlaşdırılmış "Content ID" sistemi, əvvəlki kimi, səhvən video monetizasiyasını silə və ya söndürə bilər. Səhv iddialarla bağlı mübahisələr həll olunmayıb və əksər hallarda son sözü müəllif hüquqlarının sahibi deyir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
300 310 282 274 252 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.