reklam
Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi https://loading.az/uploads/posts/2019-12/1575646702loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov İdman 6-12-2019, 19:37

Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi

Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi
Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Arda Turan mövsümün sonunda “Qalatasaray” klubuna qayıda bilər.

“CNN Türk” xəbər verir ki, “Başakşəhər” icarə müqaviləsi mövsümün sonunda başa çatan futbolçu ilə yeni müqavilə bağlamağa hazırlaşmır.

Məlumata görə, Arda Turanın üzünə “Barselona”nın da qapıları bağlanıb. Katalon klubu da türk futbolçunun xidmətində maraqlı deyil.

Belə olan halda “Qalatasaray” - “Başakşəhər” qarşılaşmasında Arda Turanın Fatih Terimin əlini öpməsindən sonra futbolçunun doğma klubuna qayıdacağı iddiaları güclənib. Bir sıra mətbuat orqanları Ardanın yanvarda İstanbul nəhənginə qayıdacağını qeyd edib.

Arda Turanın həmçinin yaxınlarına “Qalatasaray”dan təklif gələcəyi halda boş müqaviləyə imza atacağını söylədiyi bildirilir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 237 243 222 248 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.