reklam
SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib https://loading.az/uploads/posts/2019-11/1574419323loading.az_3897.jpg
HASANLY

HASANLY Xəbərlər 22-11-2019, 14:41

SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib

SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib. 
“Mütəmadi olaraq bu cür şayiələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur”, - o vurğulayıb.
“Fənərbağça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib:
“Bəzi xəbər saytlarında ve sosial mediada “Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”.
Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb.
Eyni zamanda, “Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 267 237 238 305 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.