Onlayn Reklam

Bir Dəfə Klik edin

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 16
Cəmi: 606
amon
Xəbər 3
Cəmi: 687
narmin776
Xəbər 1
Cəmi: 1
fidann
Xəbər 1
Cəmi: 93

Son Hədiyyə

Göndərilmiş hediyyə
_Uğurböceyi_ » Esmeralda

Mesaj: .😍💌💎

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 635,1 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,8 Min
6) Sensiz darixiram » 392,8 Min
7) _Uğurböceyi_ » 379,7 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 220,8 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 176,3 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 137 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn Reklam

Bir Dəfə Klik edin

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 10
Cəmi: 3733
Elnare
Şərh: 6
Cəmi: 1459
Asi
Şərh: 3
Cəmi: 3
Avara_Şair
Şərh: 2
Cəmi: 295
Ümidli gözəl
Şərh: 2
Cəmi: 575
_Uğurböceyi_
Şərh: 2
Cəmi: 2562
Sol Meleyim
Şərh: 1
Cəmi: 2076

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 1591
Cəmi: 1591
Ümidli gözəl
Bugün 1587
Cəmi: 1587
Love Angel
Bugün 644
Cəmi: 644
Sol Meleyim
Bugün 558
Cəmi: 558
Elnare
Bugün 544
Cəmi: 544
JokeR
Bugün 501
Cəmi: 501
_Uğurböceyi_
Bugün 492
Cəmi: 492
Kənan Heydərov
Bugün 473
Cəmi: 473
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 267
Cəmi: 267
Gündəlik Bürclər - 07.10.2019
Bürclər Yüklə
Gündəlik Bürclər - 07.10.2019
07 Oktyabr 2019-cu il. Günün qoroskopu. Uzaqdan yaxşı xəbərlər alacaqsınız

Qoç - Səhər saatlarında yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə anlaşılmazlıq yarana bilər. Normal dialoq istəyirsinizsə, psixoloji cəhətdən çevik olun. Diplomat kimi davranın. Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən istifadə edin.
Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar verməyin.

Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki harmoniyanı qorumaq üçün mütləq şərtdir.

Buğa - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.
Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

Əkizlər - Günün ilk yarısı effektiv və əlverişlidir. Fiziki və emosional tarazlığı bərpa edin. Yaxın ətrafınızdakı insanlarla qeyri-rəsmi şəkildə təmaslara üstünlük verin.
Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək. Yaradıcılıqla məşğul ola bilərsiniz.
Axşam saatlarında yeni dost qazanacaqsınız.

Xərçəng - Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət ayırın. Yaxın ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə əlavə təkan verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional addımlar atmayın.
Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı nəticə verəcək.
Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan qaldırın.
Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.

Şir - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.
Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

Qız - Genişmiqyaslı layihəyə, önəmli məsələyə başlamaq üçün əlverişli zaman deyil. Əvvəlki işləri bitirin. Yarımçıq işlər ballasta, izafi yükə çevrilməməlidir.
Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək. Yardımlarınızı əsirgəməyin.


Tərəzi - Hadisələrlə zəngin gündür. İşlə bağlı məsələlər sizdən səfərə çıxmağı tələb edəcək. Müxtəlif dövlət qurumları və təşkilatlarının mənsubları ilə təmaslar aktiv olacaq.
Günün ikinci yarısında hətta maraqlarınızın toqquşduğu insanlarla dil tapmağa çalışın. Gurultulu bəyanatlar verməyin. Yeni biliklər və bacarıqlar əldə etmək üçün sərfəli zamandır. Şanslardan maksimum istifadə edin.
Axşam saatlarında adrenalin axtarışlarına çıxmayın.

Əqrəb - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların bəzilərinin az sonra sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz.
Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

Oxatan - Günün ilk yarısında əhvalınız yaxşı olacaq. Qüvvələrinizdən bədgüman olmayın, bədbinliyə qapılmayın. Şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın.
Günün ikinci yarısında yaxınlarınız və ya qohumlarınızdan birindən xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla yazışma pis keçməyəcək.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Oğlaq - Ambisiyalarınızı açıqlamayın, cəmiyyətdə bərqərar olmuş qaydalar və qanunlar çərçivəsindən kənara çıxmayın. Hansısa olay sizdə kəskin narazılıq yaradarsa, emosiyalarınızın izharına tələsməyin.
Peşəkar etiketin qulaqardına vurulması işdə həmkarlarla münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq addımlar atmayın.
Təmkinli olun, emosiyalarınıza nəzarət edin.
Bəzi planları təxirə salmaq gərəkdir. Dəyər verdiyiniz insanla tələbkar davranın.

Dolça - Maraqlı və pozitiv gündür. Uzaqdan yaxşı xəbərlər alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar təklifin alınması istisna deyil. Karyeranızda inkişaf da mümkündür.
Günün ikinci yarısı təhsil, biliklərin artırılması, təcrübənin genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan kənardasınızsa, aktiv təmaslarda olun.
Axşam saatlarında yeni tanışlıq ola bilər.

Balıqlar - Günün ilk yarısında situasiya yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdən asılıdır.
Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli olun. Qarşı tərəfin mövqelərini nəzərə alın.
Günün ikinci yarısında gərəkli insanlarla normal əlaqələr yaratmağa çalışın.
İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz.
Sevdiyiniz insanlarla axşam saatlarında mübahisə etməyin.

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.