Onlayn Reklam

Bir Dəfə Klik edin

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 16
Cəmi: 606
amon
Xəbər 3
Cəmi: 687
narmin776
Xəbər 1
Cəmi: 1
fidann
Xəbər 1
Cəmi: 93

Son Hədiyyə

Göndərilmiş hediyyə
_Uğurböceyi_ » Esmeralda

Mesaj: .😍💌💎

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 635,1 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,8 Min
6) Sensiz darixiram » 392,8 Min
7) _Uğurböceyi_ » 379,7 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 220,8 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 176,3 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 137 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn Reklam

Bir Dəfə Klik edin

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 10
Cəmi: 3733
Elnare
Şərh: 6
Cəmi: 1459
Asi
Şərh: 3
Cəmi: 3
Avara_Şair
Şərh: 2
Cəmi: 295
Ümidli gözəl
Şərh: 2
Cəmi: 575
_Uğurböceyi_
Şərh: 2
Cəmi: 2562
Sol Meleyim
Şərh: 1
Cəmi: 2076

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 1591
Cəmi: 1591
Ümidli gözəl
Bugün 1587
Cəmi: 1587
Love Angel
Bugün 644
Cəmi: 644
Sol Meleyim
Bugün 558
Cəmi: 558
Elnare
Bugün 544
Cəmi: 544
JokeR
Bugün 501
Cəmi: 501
_Uğurböceyi_
Bugün 492
Cəmi: 492
Kənan Heydərov
Bugün 473
Cəmi: 473
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 267
Cəmi: 267
Gündəlik Bürclər - 30.09.2019
Bürclər Yüklə
Gündəlik Bürclər - 30.09.2019
30 Sentyabr 2019-cu il. Günün qoroskopu. Romantik hisslərə qapılmayın

Qoç - bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan dəstək gözləməyin.

Özünüzə qapanmayın, pərişan olmayın.

Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla münasibətləriniz pozula bilər. Kiçik, amma əndişə yaradan maliyyə itkiləri istisna deyil.

Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yol sizi yoracaq, usanacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə həddən ziyadə həssas və diqqətli olun. Hər tənqidə sərt reaksiya verməyin, xırdalıqlar sizi təbdən çıxarmasın.

Axşam saatlarında başağrıları mümkündür.

Buğa - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr gözlədiyiniz və ya təxminlədiyiniz məcrada inkişaf etmir. Situasiyaya uyğunlaşmasanız, çox çətin olacaq. Yardım heç gözləmədiyiniz yerdən gələcək. Çətin anda sizə kömək etmiş insana minnətdarlığı unutmayın.

Yeni tanışlıqlar üçün pis gün deyil. Lakin diqqətli və sayıq olun, yaramaz insanlarla təmaslar qurmayın. Romantik münasibətlər başlayarsa, uzunmüddətli və ciddi olacaq.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - məhsuldar gündür. Yaradıcı yanaşma, həllərdə orijinallıq tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Fəlsəfə, psixologiya və xarici dillərin öyrənilməsində irəliləyişə nail olacaqsınız.

Təkmilləşmə və intellektual yüksəliş üçün göstərdiyiniz səylər hədər getməyəcək.

Peşəkar planların müzakirəsi üçün yaxşı gündür. Karyeranızda əhəmiyyətli rol oynaya biləcək sənədin imzalanması ehtimalı var.

İşgüzar müstəvidə təşəbbüskar olun. Yaxşı çalışsanız, nəticədən razı qalacaqsınız.

Xərçəng - işgüzar məsələlərin həlli üçün keçirilməsi gərəkən görüşləri təxirə salmayın. İnadkarlıqla güzəştlər arasında "qızıl orta"nı tapın. Sərt təzyiqə əl atmayın. Müqavilə və anlaşmalar uğurlu olacaq. Həlli son anda baş tutacaq problemlər var.

Şəxsi münasibətlər müstəvisindəki durum normal deyil. İşləri praktik məcraya qaytarmaq üçün ciddi çalışın. Dostlara yardım edin. Məsləhətinizə ehtiyacı olan insanlar var.

Şir - maliyyə məsələlərinin həlli baxımından əlverişli zamandır. Uğura güvənməyin. Maliyyə və əmlakla bağlı istənilən problemin həllində konstruktiv yanaşma nümayiş etdirin. İlk baxışdan kiçik, amma əslində, böyük irəliləyişlər vəd edən dəyişikliklərə hazır olun.

Yeniliklərə müqavimət göstərsəniz, bir sıra mühüm işlərin gedişatı yavaşıya bilər.

Şəxsi münsibətlərdə mürəkkəb situasiya formalaşır. Yaxınlarınızla tam anlaşmaya nail olmaq çətindir. Güzəştə getməyi bacarın. Əfsuslar olsun ki, güzəşt etməli insan sizsiniz.

Qız - mahiyyət etibarən pis gün deyil və qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Realist olun, xülyalara uymayın, illüziyalara qapılmayın. Aza qane olaraq gərəkli istiqamətdə addım-addım irəliləyin.

Günün ikinci yarısında sizə yardım etməyə başlayacaq insanlar uzun müddət müttəfiqləriniz kimi qalacaqlar.

Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaratmağa çalışın. Əlverişli məqamdan yararlanaraq maraqlı tanışlığa nail olmaq mümkündür.

Romantikaya qapılmayın.

Tərəzi - sizi maraqlı xəbərlər və olaylar gözləyir. Macəralar aramayın - onlar sizi tapacaq. Ətrafınızda yaşananlara operativ və məntiqi reaksiya verin. Səhvlər etməməyə, yanlışlıqlara yol verməməyə çalışın.

Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə nail ola bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla aranızda münaqişə yarana bilər. Fəqət, o, sərt və ciddi olmayacaq. Etiraflara inanmayın.

Sevdiyiniz insanla səmimi olun.

Əqrəb - gərgin və çətin gündür. Günün ikinci yarısı ilk yarıdan daha uğurlu və düşərli olacaq. Ağır, ciddi işləri günün ilk yarısına planlaşdırmayın.

Alış-verişdə bədxərclik etməyin. Kefinizi durultmaq üçün gərəksiz nəsnə almayın.

Sizi anlayan insanlarla görüşməyə çalışın. Bilik, bacarıq və ya perspektivlərinizə şübhə edən adamlarla sıx təmasda olmayın. Belə insanlar özünüzə olan inamı azalda bilər.

Oxatan - yaşam potensialı səviyyəsi aşağı düşəcək. Adi vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Günün ikinci yarısında əhvalın pisləşməsi, xroniki ağrıların güclənməsi istisna deyil.

Uzun səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Evə yaxın olun.

Dostlar əhvalınızı yaxşılaşdıracaq, sizi hədiyyə və ya xoş xəbərlə sevindirəcəklər.

Həmkar və ya həmfikirlərinizlə görüşə biləcəyiniz tədbirlərə qatılın. Faydalı tanışlıqlara nail olun.

Maliyyə məsələlərində ehtiyatlı olun. İtkilər istisna deyil.

Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləmək üçün əlverişli gündür. İstirahət istəyinə aldanaraq mühüm işi təxirə salmayın. Diqqəti işə yönəldin. Xırda təfərrüatlar və detalları nəzərdən qaçırmayın. İstənilən anlaşma və ya müqavilələrin müzakirəsində sayıq olun. Yalan qurbanına çevrilə bilərsiniz.

Uzun müddət sükan arxasında olmayın. Bu gün mürəkkəb texnika ilə çalışmaqdan yayının.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar əhvalınızı anlayacaqlar.

Yeni tanışlıq ehtimalı azdır.

Dolça - əhəmiyyətli və ya çoxdan gözlənilən hadisə baş verəcək. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Məqsədə çatmağınıza az qalıb. Bir qədər səbrli olun.

Maraqlı kəşflər, ümidverici görüşlər istisna deyil. Bilik və təcrübəniz sizə yeni dostlar tapmağa imkan verəcək.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Romantik hisslərə qapılmayın.

Balıqlar - xoş, ahəstə və əsəblərin sakit olduğu gündür. Hansısa işin yarımçıq qalması, harasa gecikməklə bağlı narahatlıq keçirməyin. Təsadüfən xoş işlər baş verəcək. Əsas odur ki, yaşananları diqqətdən qaçırmayın. Maraqlı görüşlər, yaşamınıza əhəmiyyətli dərəcədə təsir edəcək insanla təmaslar istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Uzaqdan gəlmiş insanla qarşılaşacaqsınız.

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.