reklam
Gəl gözünü sevdiyim! Gəl gözünü sevdiyim! https://media.giphy.com/media/WrUt5AEVUIgEObYzKZ/giphy.gif
HASANLY

HASANLY Özünü 💏 romantik hiss edir. Hekayələr / Sevgi 30-08-2019, 12:30

Gəl gözünü sevdiyim!

Gəl gözünü sevdiyim!
Gəl, gözünü sevdiyim. Bir gün Günəş doğanda Günəşin saçağıyla ömrümə sabah kimi... Gəl,gözünü sevdiyim, bir gecə Ay çıxanda Ayın işıqlarıyla könlümə mübah kimi.
Gəl,gəl yardım et Günəşə səhərləri açmağa. Bax,sənsiz gücü çatmır. Gəl,yardım et qəlbimə,kədərlərdən qaçmağa. Kədər onu yaşatmır. Gəl ,gözünü sevdiyim. Bir gün külək əsəndə arasına sığış,gəl! Gəl ,gözünü sevdiyim! Qalmasın darağın da -nəyin varsa yığış,gəl!İstəyirsən, bu qış gəl! Göydən qarlar yağanda şaxtadan qorunmağa,əllərin üşüyəndə köksümdən qor ummağa!Gəl!Gəl,ay mənim ömrümü yollarına sərdiyim!Gəl,hər sabah uğruna ulduzları dərdiyim. Gəl,gözünü sevdiyim,bir gün gözəl gözlərin xəyallara dalanda. Gəl, həsrətin cəlladı boynum üstə qalanda. Nə vaxtsa təsadüfən gözün göyə baxanda görsən durna qatardır. Bil ki sənin yolunu səbirsizcə gözləyən biçarə biri vardır. Demirəm :"durnayla gəl!" Deyirəm :" Dur, Ayla gəl" ,elə bu gecəyarı. Ay bilir necə yarı, özləmişəm ,mən yazıq. Eşitdiyim hər səsdə, aldığım hər nəfəsdə bəlkə gələrsən deyə gözləmişəm mən yazıq. Gəl,gözünü sevdiyim. Elə indicə dur ,gəl. Səssiz,gizlicə dur,gəl. Olmasın kimsə əngəl. Kölgəndən də gizli gəl. Gəl,gözünü sevdiyim. Sən elə gizli gəl ki, nə pişik asqırmasın, nə də itlər hürməsin. Aman,kimsə görməsin! Nə vaxt yağsa yağış,gəl. Damcılardan yapış gəl. Gəl,gözünü sevdiyim. Bir gün yağış yağanda göyqurşağı sayağı. Gəl ! Gəl, gözünü sevdiyim, həyatımdan çəkilsin bu hicranın ayağı!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 304 353 285 299 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.