reklam
Bir gün xatırlasan məni, burax axsın göz yaşların Bir gün xatırlasan məni, burax axsın göz yaşların https://resmim.net/f/N8dWuG.gif
HASANLY

HASANLY Hekayələr / Sevgi 14-08-2019, 12:46

Bir gün xatırlasan məni, burax axsın göz yaşların

Bir gün xatırlasan məni, burax axsın göz yaşların
•Bir gün xatırlasan məni, burax axsın göz yaşların. Hər kəsdən saxladığın o göz yaşların. Mənim üçün ağlamağını hər kəs görsün. Hıçqırıqların duyulmasın deyə başını yastığa sıx. Ağlamaqdan qurusun gözlərin. O qədər darıx ki, məndən ötrü, ölməkmi yoxsa darıxmaqmı desələr ölməyi seç. Öləcək qədər çox darıx məndən ötrü. O qədər darıx ki, hiss edə bilim səni. Məndən ötrü darıxdığını duyub bir dəfə gülümsəyim. Üşü, rüzgar iliklərinə işləsin. O qədər üşü ki, bədənin istiliyimi istəsin. Əllərin çat versin soyuqdan, əllərin əllərimi istəsin. Gözündən yaş gətirsin soyuq. Günəş belə isitməsin səni. Hara baxırsan bax, hər yerdə məni gör, hər şeydə məndən bir parça tap özünə. İtir özünü, it məndə. Qoxumu unut sonra. Qoxumu unutdun deyə dəli ol. Hər kəsdə mənim qoxumu axtar, amma tapma. O, sevmədiyin gözlərim gəlsin ağlına. Bir daha canın yansın o zaman. Peşman ol. Peşmançılıqdan yaşamağı unut. Nəfəs almaqdan əl çək. Mənsiz nəfəs almaqdansa, ölməyi seçəcək qədər çox sev məni. Aldığın hər nəfəsdə ölümü arzulayacaq qədər peşman ol getdiyinə.
Kimsənin səni sevməsinə izn vermə. Səndə qalan son parçalarım itməsin deyə toxunma heç kimə. Başqaların bədəni cəhənnəm olsun sənə, yandırsın əllərini. Mənim səndən başqasını sevə bilmə ehtimalım, o qədər çox acıtsın ki canını, məni sevə biləcək hər kəsə düşmən ol. Nifrət et insanlardan. Məndə qalan bədənini, qoxunu başqası alıb götürsün. Sənin toxunuşların başqasının olsun. Yansın canın.Kim mənə toxundusa iynə kimi sancılsın qəlbinə, acısı amma keçməsin. Və bir gün, Xəzərə at özünü, yanan canına yalnız böyük Xəzər kömək olsun. Duzlu su içini yandırsın. Hiss etmə, nə acını, nə sevgini, öz içində boğul!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
245 235 195 214 272 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.