Avara_Şair

Avara_Şair Sevgi 2-08-2019, 15:45

UNUDMAQMI? UNUDULMAQMI?

UNUDMAQMI? UNUDULMAQMI?
UNUDMAQMI? UNUDULMAQMI?

Seçimi o qədər çətin, elə iç ağrıdıcı bir sualki…

Unudmaqmı...Unudulmaqmı...

Buraxıb getməkmi, geridə qalan olmaqmı?

Hansı daha acı, hansında içimiz daha çox yanar?...

Hansını qəbul etməkdə daha çətinlik çəkirik?

Heç düşündükmü... Ya da haytımızda hansını seçmək məcburiyyətində buraxıldıq...



Unudmaq; unuda bilməyi sınamaq. Bu duyğunu öz iç sancılarımızda yaşayarıq...

Unudulmaq; Bir mənada yox sayılaraq bir kənara atılmaq. Ürəyiniz elə dərindən yaralanırki, sizi unudan vəfasızı hər xatırladığınızda, onun üçün etdiklərinizə, itirdiyiniz zamana, verdiyiniz əməklərə heyifiniz gələr...

Hər şeyinizi çəkinmədən paylaşdığınız insan tərəfindən unudulmaq, sizə elə pis təsir edər ki, ən yaxşı dərmanın əslində onu unudmaq olduğunu belə unudarıq…

Unudmaq bir mənada öz seçimimizdir, bu səbəblə mübarizəni öz içimizdə
öz lehimizə çevirmək daha asandır…



Amma unudulmaq bütün yaşanan paylaşmalara baxmayaraq, layiq olmadığımızı söyləyib dayanarıq dəfələrlə, ürəyiniz elə bir parçalanırki, yaşam elə mənasızlaşırki, taa ki iç səsinizlə barışıb unutmağa qərar verənə qədər…

Ondan sonrası yenə çətindir, amma heç olmasa artıq hesablaşmamız yalnız özümüzlədir….

Hər nə olursa olsun, hər iki duyğununda qəbul edilməsi olduqca ağırdır, və insane acı verər…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
123 113 110 102 85 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.