Onlayn Reklam

Bir Dəfə Klik edin

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Avara_Şair
Xəbər 16
Cəmi: 606
amon
Xəbər 3
Cəmi: 687
fidann
Xəbər 1
Cəmi: 93

Son Hədiyyə

Göndərilmiş hediyyə
_Uğurböceyi_ » Esmeralda

Mesaj: .😍💌💎

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,5 Milyon
3) Avara_Şair » 635,1 Min
4) ❤Hicablı❤qadın❤ » 479,2 Min
5) Sol Meleyim » 455,8 Min
6) Sensiz darixiram » 392,8 Min
7) _Uğurböceyi_ » 379,7 Min
8) L e o n » 357,2 Min
9) AzizA » 291,6 Min
10) Elnare » 220,8 Min
11) _Yene_Tenha_ » 220,2 Min
12) Ümidli gözəl » 176,3 Min
13) poppy » 145,5 Min
14) SeKeRCiK » 139,3 Min
15) amon » 137 Min
16) _O.R.X.A.N_ » 121,9 Min
17) Nani_Fit » 87 Min
18) pandisim » 82,8 Min
19) sessiz musiqim » 81,8 Min
20) Love Angel » 77,1 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Onlayn Reklam

Bir Dəfə Klik edin
Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Ad Günün Mübarək !

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Sensiz darixiram
Şərh: 10
Cəmi: 3733
Elnare
Şərh: 6
Cəmi: 1459
Asi
Şərh: 3
Cəmi: 3
Avara_Şair
Şərh: 2
Cəmi: 295
Ümidli gözəl
Şərh: 2
Cəmi: 575
_Uğurböceyi_
Şərh: 2
Cəmi: 2562
Sol Meleyim
Şərh: 1
Cəmi: 2076

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Avara_Şair
Bugün 1587
Cəmi: 1587
Ümidli gözəl
Bugün 1587
Cəmi: 1587
Love Angel
Bugün 644
Cəmi: 644
Sol Meleyim
Bugün 558
Cəmi: 558
Elnare
Bugün 544
Cəmi: 544
JokeR
Bugün 501
Cəmi: 501
_Uğurböceyi_
Bugün 492
Cəmi: 492
Kənan Heydərov
Bugün 473
Cəmi: 473
L e o n
Bugün 440
Cəmi: 440
son nefes
Bugün 267
Cəmi: 267
Gündəlik Bürclər - 08.07.2019
Bürclər Yüklə
Gündəlik Bürclər - 08.07.2019
08 İyul 2019-cu il. Günün qoroskopu. özünüzə həddən artıq güvənməyin

Qoç - Günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Fəqət özünüzə həddən artıq güvənməyin. Təşəxxüs sizi illüziyalara aldanaraq reallıqdan uzaqlaşdıra bilər.
Günün ikinci yarısında vəd və öhdəlikləri unutmayın. Müstəqil fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın.
Axşam saatlarında evdən kənarda dincəlmək olar.

Buğa - Günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək.
Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.

Əkizlər - Maliyyə problemlərinin həllində süstlük etməyin. Önəmli işlərin çözülməsində başqalarından yardım gözləməyin. Şərik və ya tərəfdaş kömək etmək istəyirsə, təklifi dəyərləndirin.
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun.
Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Xərçəng - Müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın.
Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Mübhəm nüansları aşkarlamayın. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox danışmayın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin.
Kəskin mübahisələrə başlamayın.

Qız - Gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.
Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.

Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda səhvlərə yol verməyin.
Günün ikinci yarısında rəqabət artacaq. Biznes sxemi yenilənmə tələb edir. Yeni təmaslar qurduğunuz insanla işbirliyini intensivləşdirin. Sınaqlara sinə gərin.
Emosiyalara uymayın.

Əqrəb - Günün ilk yarısında karyera və yaradıcılıq müstəvilərində yeni perspektivlər açılacaq. Əvvəlki problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı imkanlar var.
Günün ikinci yarısında təhsil, təcrübə və informasiyanızı artırın. Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə, qarşı tərəfin maraqlarını qulaqardına vurmayın. Yeni təklifləri dəyərləndirmədən razılaşmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problem yarana bilər.

Oxatan - Vəzifə səlahiyyətlərinin icrası zamanı diqqətli olun. Fəaliyyətinizə və kommersiya maraqlarınıza zidd ola biləcək addımlar atmayın. Karyera müstəvisində sürətlə irəliləməyin yollarını arayın. Gəlir mənbələrinin sayını çoxaldın.
Günün ikinci yarısında cəsarətli, eyni zamanda iradəli olun. Fəqət düşünülməmiş riskə varmayın, məntiqsiz addımlar atmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə əvvəlcədən bəlirlənmiş hədləri keçməyin. Onların fikir və mövqelərini nəzərə alın. Hissiyyatsız eqoist insan təsiri bağışlamayın.
Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.

Oğlaq - Təmkinli və səbirli olun. Gündəlik hadisələrin axarında qəfil olaylar, gözlənilməz məqamlar olacaq. Yanlışlıqlar sizi işdən soyutmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın.
Günün ikinci yarısında işdə rəhbərlik fəaliyyətinizi daha sərt şəkildə izləyəcək. Ciddi səhvlərə yol verməmək üçün sayıq işləyin. Yeni tərəfdaşlıq, şəriklik və əməkdaşlıq imkanları yaranacaq. Risklərə qapılmayın. Avantüralardan uzaq durun.
Axşam saatlarında stressdən qurtulun.

Dolça - Cari işlərdən usanaraq macəralar aramayın. Riskli işlərə başlamayın. Təcrübəli insanın məsləhətlərinə ehtiyacınız var. Tapşırıq və sifarişləri vaxtında yerinə yetirin. Ləngimələrlə təxirəsalmalar fəaliyyətinizdə ağır fəsadlar yarada bilər.
Günün ikinci yarısında təcrübəli şərikiniz mürəkkəb situasiyada sizə dəstək olacaq. Maliyyə məsələsində ehtiyatlı davranın. Pul müşkülləri şəxsi münasibətlərə mənfi təsir edəcək.

Balıqlar - Günün ilk yarısı aktiv fəaliyyət üçün əlverişlidir. İşlərinizdə yeni perspektivlər görəcəksiniz. Layihə çərçivəsində fərqli istiqamətləri sezə bilin.
Günün ikinci yarısında yeni tanışlıqlar, şanslar və imkanlar istisna deyil. Qeyri-adi ideyanı dərhal rədd etməyin. Ailə üzvlərinin planlarından hali olun.
İşgüzar niyyətlərinizi yeniləyin.

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.