ONLAYN: 21

Qonaq: 1122 Cəmi: 1146
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
Xaliq
Xəbər 26
Cəmi: 360
amon
Xəbər 25
Cəmi: 854
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
Ramal
Xəbər 4
Cəmi: 4
_AzƏrİ_QıZı_
Xəbər 3
Cəmi: 29
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,1 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 150,6 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,6 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 123
Cəmi: 1584
Dear
Şərh: 99
Cəmi: 1302
Elnare
Şərh: 89
Cəmi: 1849
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 35
Cəmi: 237
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
Xaliq
Şərh: 20
Cəmi: 278
amon
Şərh: 12
Cəmi: 808
MaraL
Şərh: 9
Cəmi: 9
GozeLoV
Şərh: 7
Cəmi: 46

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 133
Cəmi: 133
Xaliq
Bugün 114
Cəmi: 114
Dear
Bugün 106
Cəmi: 106
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
Elnare
Bugün 95
Cəmi: 95
_AzƏrİ_QıZı_
Bugün 57
Cəmi: 57
GozeLoV
Bugün 54
Cəmi: 54
amon
Bugün 41
Cəmi: 41
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Gündəlik Bürclər - 04.07.2019
Bürclər Yüklə
Gündəlik Bürclər - 04.07.2019
Qoç - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.

Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.

Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.

Axşam saatlarını yaxınlarınızla keçirin.


Buğa - Daxili gərginliyin əsirinə çevrilərək gah bu, gah da başqa işi görməyin. Fəaliyyət arealında qayda yaradın. Başladığınız işləri yarımçıq qoymayın, məntiqi nəticə hasil olanadək dayanmayın. Diqqəti aktual məsələnin həllinə yönəldin.

Günün ikinci yarısında situasiyanın heç bir səbəb, motivasiya olmadan dəyişəcəyinə hazırlaşın. İşdə rəhbərlik və həmkarlarla kəskin mübahisələrə başlamayın. Çətin situasiyalardan çıxış yolunun birgə axtarışında lider olmağa çalışmayın.

Müstəqil fəaliyyət indiki zamanda daha effektiv ola bilər. Problemlərin həllini ertələməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.

Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.

Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.

Fəal olun, maraqlarınızın təminatına can atın. Axşam saatlarında ev işlərinin görülməsi və məişət qayğılarının çözülməsi sizi gün ərzində yığılmış stressdən qurtarar.

Xərçəng - Maliyyə məsələlərində təşəbbüsləriniz uğurlu ola bilər. Yeni işlərdə məhdudiyyətlər yaranacq. Təxirə salınmış, yaxud unudulmuş məsələlərdən biri yenidən gündəmə gələcək. İtirdiyiniz əşyanı tapmaq, can atdığınız məlumatı almaq şanslarınız var.

Amma həddən artıq maraq göstərdiyiniz sahədə itkilər, gecikmələr, tərəfdaşların səhlənkarlığı və unutqanlığı istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə münasibətlərdə mənasız, yersiz gərginlik yaratmayın. Münaqişəyə səbəbkar olmayın.

Axşam saatlarını sakit və rahat ortamda keçirin.

Şir - Sizin vaxtınızdır. Önəmli saydığınız məqsədə çatmaq üçün seçdiyiniz istiqamətdə qətiyyətlə, sürətlə irəliləyin. Situasiyanı planınıza uyğunlaşdırmaq üçün vacib addımları atın.

Bütün yükü öz üzərinizə götürməyin. Belə davranış rasional deyil.

Günün ikinci yarısında münasibətləri dramatikləşdirməyin. Əks təqdirdə hadisələrə nəzarət rıçaqlarını əldən verəcəksiniz. Yaxınlarınızdan biri ilə kəskin diskussiya, hətta münaqişə istisna deyil. Tərəfdaşlar və şəriklərlə ünsiyyətdə yalan danışmayın. Daxili balansa nail olun.

Qız - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.

Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.

Tərəzi - Qarışıq, mürəkkəb zamandır. Sizdən əlahiddə səbr və təmkin tələb olunur. Sizi münaqişəyə cəlb etməyə çalışacaqlar. Oyun qaydaları, qarşılıqlı münasibətlərin sxemləri dəyişir. Maraqlarınızı mütləq təmin etməyə çalışın.

Günün ikinci yarısında söhbətlərdə və təmaslarda nəyisə tələb etməyin, inadkar insan təsiri bağışlamayın. Gələcəyə baxın, bu günlə yaşamayın. Yaradıcı potensialınızı tam nümayiş etdirə biləcəyiniz işlə məşğul olun.

Axşam saatlarında soyuqdəymə və ya zökəm riski var.

Əqrəb - Mürəkkəb əlaqələr hərəkətə gələrək yeni imkanlar yaradacaq. Şanslardan yararlanın. Əlavə seçim imkanı formalaşır. Bir neçə variantı nəzərdən keçirin. Perspektivi ola biləcək mövzu çərçivəsində fəaliyyət daha effektivdir.

Günün ikinci yarısında situasiyaya təsir edərək nöqsanları aradan qaldırın.

Ötənlərdə baş vermiş hadisənin əks-sədasını dəqiq qiymətləndirin. Daxili gərginlikdən qurtulun, laübəli vəziyyətdə zəruri konkretliyə nail olun. Suallara cavab arayın.

Şəxsi münasibətlərdə qarşılıqlı iradlar, incikliklər istisna deyil. Güzəşt çətin olsa da, labüddür.

Oxatan - Yanınızdakı insanların davranışlarında və sözlərindəki dəyişikliklərə fikir verin. Yaşananların məzmununu anlamağa çalışın.

Məramlarınızı sürətlə dəyişməyin, yaxşı tanımadığınız insanlara sirr verməyin. Diqqətinizi önəmli saydığınız məsələyə yönəldin. Bir işlə məşğul olun.

Gərginlik və narazılıq çox asanlıqla münaqişəyə çevrilə bilər. Emosiyalarınıza nəzarət edin.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Stress və əsəblərin tarıma çəkilməsi ürək-damar sistemində problemlər yarada bilər.

Yaradıcılıq imkanlarınızı stimullaşdırın. Yaxşı xəbər ala bilərsiniz. Axşam saatlarında normal istirahət edin.

Oğlaq - Maraqlandığınız işlə məşğul olun. Həmkarlara, tərəfdaşlara, şəriklərə təzyiq göstərməyin. Gözlədiyiniz önəmli görüş və ya söhbət baş tutacaq. Maraqlarla məqsədləri razılaşdırsanız, işlərdə daha ciddi irəliləyişlərə nail ola bilərsiniz.

Günün ikinci yarısında rəqabət situasiyası güclənəcək. Mövqelərinizi möhkəmləndirə biləcək informasiyanı arayın. Zəifliklərinizin köləsi olmayın. Gərəksiz münasibətlərdən, önəmini itirmiş əlaqələrdən və qeyri-aktual təmaslardan qurtulun. Ətrafınızdakı vurnuxma güclənəcək.

Dolça - Seçim zamanıdır. Mövqelərinizi möhkəmləndirin, yaxın ətrafınızdakı insanların sizə təzyiq məqsədilə reallaşdırdıqları manipulyasiyaların qarşısını alın. Eyni vaxtda bir neçə işlə məşğul olmayın. İzafi tələskənlik problemlər yarada bilər.

Çalışdığınız kollektivdə günün ikinci yarısında yeni prioritetləri və məqsədləri bəlirləmək olar. Ambisiyalarınız ifrat olmasın. Aramla fəaliyyət göstərin.

Axşam saatlarına yaxın mühüm görüş, önəmli xəbər istisna deyil.

Standart həllər zamanı deyil. Bir qədər orijinallıq edin.

Dəyişikliklərin məzmununu anlamağa çalışın.

Balıqlar - Əvvəlcədən hazırladığınız plan üzrə fəaliyyətinizi davam etdirin. Ştrix və detalları hazırlayın, işlərin gedişatına ciddi fikir verin. Münasibətlərdə problemlər yaratmayın. Fiziki işdə xeyir var. Aktiv, mütəhərrik, çevik olun. Tapşırıqları vaxtında yerinə yetirin. Yardım istəməyin.

Günün ikinci yarısında emosiyaların tarıma çəkildiyi situasiyalarda təmkinli davranın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əlaqələri intensivləşdirin. Şərtlərlə barışın, axına qarşı hərəkət etməyin. Sizə birbaşa dəxli olmayan məsələləri ürəyinizə salmayın.

Dostlarınızla paylaşın

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.