reklam
Nə əkərsən, onu da biçərsən... Nə əkərsən, onu da biçərsən... https://loading.az/uploads/posts/2019-06/1561649552loading.az_large-19.jpg
Love Angel

Love Angel Hekayələr 13-04-2021, 00:08

Nə əkərsən, onu da biçərsən...

Nə əkərsən, onu da biçərsən...
Bir çörəkçi istifadə etməkçün kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi.


Hakim südçüdən:
-Sənin tərəzin var?
-Əlbəttə, var.
-Bəs çəkin?
-Çəkiyə ehtiyac yoxdur…
-Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?
- Çox asan. O, məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kq-lıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Əgər çəkidə bir nöqsan varsa, bu, mənim yox, onun nöqsanıdır. Hakim südçüyə bəraət verdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 376 416 349 401 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.