reklam
Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb https://loading.az/uploads/posts/2019-06/thumbs/1561103554loading.az_375d0c82c27f63f.jpg
Love Angel

Love Angel Xəbərlər 21-06-2019, 11:54

Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb

Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.

Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V siniflərinə qəbul üçün 1 396 sorğu yerləşdirilib. Onlardan 720-si Texniki-Humanitar Liseyə, 199-u 2 nömrəli Texniki-Humanitar Liseyə, 234-ü 147 nömrəli Texniki-Humanitar Liseyə, 243-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

Liseylərin və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə isə ümumilikdə 2 144 şagird təhsil müəssisələrində qeydiyyatdan keçib.

Liseylərə və məktəb-liseylərin lisey siniflərinə qəbul iyun ayının 24-də müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqənin keçirilmə yeri və vaxtı elektron qeydiyyatdan keçən valideynlərə göndərilib. VII siniflər üzrə təhsil müəssisələrində qeydiyyatdan keçən valideynlər isə məktəbə yaxınlaşaraq müvafiq məlumatı əldə edə bilərlər.

Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.

Kəmalə Quliyeva

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 192 187 179 263 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.