reklam
AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı https://loading.az/uploads/posts/2019-06/thumbs/1560237492loading.az_17.jpg
V_L

V_L İdman 18-06-2019, 18:55

AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı

AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı


Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

E qrupunda yer alan Nikola Yurçeviçin yetirmələri “Bakcell Arena”da Slovakiya komandasını qəbul edəcək.

Bu, millimizin qrupda üçüncü oyunudur. Azərbaycan komandası bundan əvvəl keçirdiyi iki oyunun hər ikisində məğlub olub.

Yığmamız Xorvatiyaya səfərdə 1:2, Macarıstana isə Bakıda 1:3 hesabı ilə uduzub.

Qrupun digər oyununda isə Macarıstan və Uels milliləri qarşılaşacaq.

E qrupuna 6 xalla Macarıstan və Xorvatiya komandaları başçılıq edir. Hərəyə üç xal toplayan Uels və Slovakiya 3-4 yerləri bölüşürlər. Hələlik bir xal belə qazanmayan Azərbaycan komandası isə sonuncu yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 207 214 209 207 205

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.