reklam
Qucaqla! Qucaqla! https://i.hizliresim.com/jqY9bm.gif
HASANLY

HASANLY Sevgi 8-06-2019, 11:26

Qucaqla!

Qucaqla!
Həyatımızda bəzi şeylər vardır ki, onlar bizdən xəbərsiz baş verir, yəni biz istəmədən də belə olsa, onu yaşayırıq. Məsələn, aşiq olmaq kimi. İnsan nə vaxt, kimə, necə aşiq olacağını heç vaxt bilə bilməz. Bu tam olaraq an məsələsidir. Qucaqlamaq, qucaqlamağın verdiyi həzz, ötürdüyü hislər də həmçinin. Bəs siz heç düşünmüsüzmü qucaqlaşandığınız zaman yaşadığınız hislər hardan qaynaqlanır?

Öncəlikcə sözün özünü bilmək lazımdır – “qucaq”. Qucaq sözünün etimoloji mənasına baxdıqda görərik ki, “quc” sözündən yaranıb. Kəlmə “od, isti” mənalarında işlədilmiş “köy” sözü ilə bağlıdır, əsli “göycaq” kimi olub. Bəli, isti. Yəni qucaqladığımız şəxsin qucağı bizə isti bir yer kimi gəlir. Bəs hər şeyin səbəbi bu “istilik”dirmi? Xeyr. Qucaqlamaq insanda oksitosin (ing. Oxytocin). Orqanizmin – hipofiz vəzinin hasil etdiyi uyuşdurucu təsirli hormon – neyromediator) hormonunun miqdarını artırır. Oksitosin hormonun çox olması isə insanlara xoşbəxtlik duyğusu bəxş edir. Buna görə də bəzən bu hormona “sevgi hormonu” da deyirlər. Ona görə də sevginizi bildirməyin ən gözəl yolu elə qucaqlamaqdır.
Qucaqlamaq təkcə psixoloji xeyirlərlə tükənmir, onun tibbi tərəfdən də müsbət cəhətləri var. Oksitosinin ən üstün cəhətlərindən biri də soyuqdəyməni aradan qaldırmaqdır. Buna görə də qucaqlamaq yaraların sağalmasına yardımçı olur. Sağlamlığınızın da müəyyən mənada qeydinə qalmaq isyəyirsinizsə, qucaqlayın.

İnsanları bir-birinə daha çox sevdirən oksitosin təmasdan, toxunuşdan yaranır. İnsanlar isə qucaqlaşanda bir-birilə tamlıqla təmasda olurlar. Çox şey yox, sadəcə qucaqlayaraq xoşbəxt edə və xoşbəxt ola bilərsiniz. Qucaqlayın ki, uzaqlaşmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 346 376 276 312 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.