reklam
Nəhayət Nəhayət http://loading.az/uploads/posts/2016-04/thumbs/1461517745_fashion-girl-lonely-lovely-nose-favim.com-126392.jpg
amon

amon Sevgi 27-07-2016, 16:22

Nəhayət

Nəhayət
Nəhayət

''Olmayacaq'' deyirdim həmişə. Olmayacaq. İmtina etməyəcək bu könül, imtina edə bilməyəcək səndən... Yaxşı səbəb nədir? Səbəbi olmayacaq deyirdim? Niyə imtina etmək qeyri-mümkün idi səndən niyə? Susurdum... Cavabları bildiyim halda, susurdum... Dərin bir səssizlik idi bu... İçdən içə qışqırıqlar xaricində... Cavab sadə idi əslində... Özümə söyləməkdən qorxurdum; amma səndən, səninlə döyüşməkdən heç cür qaça bilmirdim... Bəli... Sevirdim, aşiqdim, ''''SƏN'''' deyirdim deyilmi yalnız? Sən deyirdim... Sənə görə mənimki sevgidən, eşqdən çox; tərifsiz bir Ehtiras, əldə etmə səyi idi... Elə idimi həqiqətən? Of of bilmirəm... Tək bildiyim, tək bildiyim gerçək, bəlkə də tək səhvim səni sevməyim idi, keşkələrlə sevməyim idi səni... Ah bu keşkələr... Beş hərfdən ibarət olan kaş ki... Səninlə girdi həyatıma və yenə səninlə çıxacaq yəqin... Olmayacaqları, etmək məcburiyyətindəydik artıq... Həyatdı əlbəttə olmayacaq bir şey yox idi deyilmi?... Çətin olsa da sona yaxınlaşırdıq... Olması lazım olanlarıoldurdu sonunda... Və son dəfə eşitdim səsini qulaqlarımda... Son dəfə danışdıq səninlə... Bir ömür boyu susmaq üçün bəlkə də ...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 342 355 309 384 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.