ONLAYN: 24

Qonaq: 1066 Cəmi: 1093
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 46
Cəmi: 5485
Xaliq
Xəbər 23
Cəmi: 358
amon
Xəbər 20
Cəmi: 847
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
Dear
Xəbər 5
Cəmi: 73
_AzƏrİ_QıZı_
Xəbər 3
Cəmi: 29
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334
Ramal
Xəbər 2
Cəmi: 3

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » sessiz musiqim

Mesaj: Geniş və maraqlı şərhlərə görə təşəkkür edirəm. Davamlı olsun #

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sistem » 479,4 Min
4) Sol Meleyim » 455,9 Min
5) Avara_Şair » 395,7 Min
6) Sensiz darixiram » 394,3 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 223,8 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 149,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,1 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 79,9 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Dear
Şərh: 75
Cəmi: 1278
sessiz musiqim
Şərh: 63
Cəmi: 1524
Elnare
Şərh: 57
Cəmi: 1817
Sensiz darixiram
Şərh: 29
Cəmi: 4038
_AzƏrİ_QıZı_
Şərh: 27
Cəmi: 229
Kənan Heydərov
Şərh: 22
Cəmi: 7818
Xaliq
Şərh: 13
Cəmi: 272
MaraL
Şərh: 9
Cəmi: 9
amon
Şərh: 7
Cəmi: 803
GozeLoV
Şərh: 7
Cəmi: 46

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 140
Cəmi: 140
Xaliq
Bugün 79
Cəmi: 79
Dear
Bugün 79
Cəmi: 79
sessiz musiqim
Bugün 67
Cəmi: 67
Elnare
Bugün 59
Cəmi: 59
GozeLoV
Bugün 51
Cəmi: 51
_AzƏrİ_QıZı_
Bugün 49
Cəmi: 49
Sensiz darixiram
Bugün 41
Cəmi: 41
Avara_Şair
Bugün 37
Cəmi: 37
amon
Bugün 27
Cəmi: 27

Reklam

Bir dəfə klik edin
İslamda qardaşlıq və bərabərlik
İslam Dini Yüklə
İslamda qardaşlıq və bərabərlik
Sədaqət və ixlas qədər digər önəmli bir mömin xüsusiyyəti də qardaşlıq, həmrəylik, bərabərlikdir. Quranda bildirilən hökmə görə, bütün möminlər bir-birlərinin qardaşlarıdır. Onlar eyni yola inanan, eyni kitaba tabe olan, eyni hədəfə malik olan, eyni duyğuları daşıyan insanlardır. Beləliklə, möminlərin aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bu vəziyyəti belə bildirir:

"Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!" ("Səff" surəsi, 4).


Loading.Az din.az-a istinadən bildirir ki, yuxarıdakı ayədə qeyd edildiyi kimi, bir həmrəylik içində Allah yolunda cəhd etmək (səy göstərmək) qəti bir əmrdir. "Ali-İmran" surəsində Allah belə buyurur:

"Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" ("Ali-İmran" surəsi, 103).

Möminlər gözəl əxlaqlıdırlar, təvazökardırlar, sevgi və ehtiramla doludurlar. Bu səbəbdən də həmrəylik möminlər arasında təbii bir şəkildə baş verir. Ancaq bu mövzuda yenə diqqət yetirilməsi lazım gələn cəhətlər vardır. Çünki möminlərin edə biləcəkləri müxtəlif səhvlər bu həmrəyliyin zədələnməsinə və möminlər arasında soyuqluq yaranmasına səbəb ola bilər.

Bu səhv hərəkətlərin səbəbi möminlərin davranışlarına qəflət anlarında təsir edə bilən nəfsdir. Mömin fədakar, xoşrəftar və istiqanlıdır; amma hər kəsdə nəfs olur və insan diqqət etməzsə bəzən nəfsinə aldana bilər. Qısqanc, xudbin və tamahkar olan nəfsinə inanması isə bu pis hisslərin möminə təsir etməsi deməkdir.

Məhz bu səbəbdən Quranda möminlər qardaşlıq məsələsində son dərəcə diqqətli olmaları üçün xəbərdar edilmişlər. Şeytanın insandakı təzahürü olan nəfs insanı aldatmaqdadır, buna görə qarşıdakı möminin nəfsini hərəkətə gətirəcək bir üslub qəti olaraq istifadə olunmamalıdır. Bu mövzu haqqında Quranın bir əmri belədir:

"Bəndələrimə de: "Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!" ("İsra" surəsi, 53).

Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı olan ən gözəl xitab şəklini (yalnız gözəl deyil, ən gözəl) işlətmələri əmr edilmişdir. İkincisi, şeytanın bir xüsusiyyəti qeyd edilmişdir: şeytan insanların və xüsusilə də möminlərin arasını vurmaq üçün çalışmaqdadır.

Şeytanın və nəfsin möminlərin arasındakı həmrəyliyi pozmaq üçün ən çox istifadə etdiyi yollardan biri isə rəqabət hissidir. Əgər mömin qəflət halında olarsa, məqam, mövqe kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən ön planda olan qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində qəflət halında edilən bu hərəkət həqiqətdə Allaha qarşı üsyan mənasına uyğun gəlir. Çünki "Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?" ("Nisa" surəsi, 54) ayəsinə görə, insanlara verilmiş olan nemətlər Allahdandır və bunları qısqanmaq Allahın dəyərinə qarşı çıxmaq deməkdir. Bu səbəbdən möminlərin qısqanclıq kimi bir davranışdan qəti olaraq uzaq durmaları vacibdir. Əgər belə bir davranış ortaya çıxarsa, bu, həm Allahın rizasına zidd bir hərəkətdir, həm də ayənin hökmünə görə, möminlərin gücünün azalmasına səbəb olur:

"Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!" ("Ənfal" surəsi, 46).

Bu səbəbdən mömin qəti olaraq qardaşları ilə arasında bir mübahisə və rəqabətin yaranmasına əngəl olmalıdır. Həm özü qısqanclıq kimi xoşagəlməz hissə qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxararaq qardaşlarını qısqanclıq nəfsinə təhrik etməməlidir. Təvazökar, sadə olmaq rəqabət təhlükəsini aradan qaldırar. Quranda bu mövzuda verilən başqa bir düşüncə isə qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu düşüncə belə bildirilir:

"Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!" ("Həşr" surəsi, 9).

Qısqanclıq, rəqabət, darılmaq insanlar arasında birliyin və qardaşlığın önündəki çox önəmli üç əngəldir. Hərislik nəticəsində yarana biləcək hər hansı bir rəqabət insanların bir-birinə olan sevgisini azaldar. Bu cür Qurana yaraşmayan bir hərəkət, onların ruhlarına böyük zərər verər və mənəvi baxımdan geriləməyə yol açar.

Halbuki inananlar üçün sonsuz bir savab qaynağı mövcud olarkən bir-birlərinin qarşısını kəsib, haqsız rəqabət və qısqanclıqlarla vaxt keçirməyin heç bir mənası yoxdur. Əgər hədəf Allah rizası olarsa, hər hansı bir rəqabət olmaz. Çünki hər kəs bir başqasının qarşısını kəsmədən Allah rizası üçün xidmət edərək savab qazana bilər. Bu səbəbdən möminlər mömin birliyinin bir insan vücudu kimi olduğunu, hər orqanın bir başqasının yardımçısı və dəstəkçisi olduğunu unutmaz və qardaşlarının uğurunu öz uğuru kimi qəbul edər. Bu, son dərəcə əhəmiyyətlidir. Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı çoxlu ayə vardır. Bir ayədə möminlərin digər möminlərlə həmrəyliklərini oxuduqları bir dua belə bildirilir:

"Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" ("Həşr" surəsi, 10).

Möminlər arasında bir mübahisə və ya küskünlük halları hər kəsə zərər verər. Ümumiyyətlə, iman gətirənlər belə bir hərəkətə qarışmazlar. Həmçinin Quran ayəsində möminlərin bir-birlərinin himayəçiləri (dost və qoruyucuları) olmadıqları halda fitnə yaranacağı xəbər verilmişdir:

"Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar" ("Ənfal" surəsi, 73).

Ayrıca Quranda həmrəyliklə bağlı açıq hökmlər vardır:

"Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar" ("Ali-İmran" surəsi, 105).

"Səndən qənimətlər haqqında soruşarlar. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir. Buna görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!" ("Ənfal" surəsi, 1).

"Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!" ("Ənam" surəsi, 159).

Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Zidd bir davranış kəskinliklə Qurana uyğun deyildir. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək, mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Bu səbəbdən nəfsi üzündən belə bir rəzilliyyə uğramış olan mömin özünü toplamalı, Allaha sığınmalı və həqiqi mömin davranışı göstərərək xətasını düzəltməlidir. Əks halda, Allah o insanın yerinə daha xeyirlisini gətirəcəyini ayələrdə xəbər vermişdir. İman gətirən hər insan bu ayənin hökmünə düşməkdən qətiyyətlə çəkinməlidir:

"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah lütfü ilə genişdir, biləndir!" ("Maidə" surəsi, 54).

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. JustWatch
    Allah razi olsun
    -=* Medalları *=-

  2. L e o n
    Allah razi olsun.
    Teshekkurler.
    -=* Medalları *=-

    -=* İmza *=-



  3. Sol Meleyim
    ALLAH razi olsun
    -=* Medalları *=-

    -=* İmza *=-




    sєутαиıи тєк güиαнı мєℓєgє σℓαи αşкıумış...

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.