reklam
Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır? Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır? https://loading.az/uploads/posts/2019-04/thumbs/1554191917loading.az_food_748x420-e1553688691533.jpg
Ehmedzade

Ehmedzade Qadın Dünyası 2-04-2019, 12:56

Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır?

Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır?

Arıqlamaq üçün qəbul olunan qidalar çox saydadı, lakin sizin yemək seçiminə ciddi yanaşmanız lazımdı.

Taxıllar
Bu məhsullar qrupu, həzm sistemimizə faydalı olan və kilo verməyə kömək edə biləcək bitki lifləri ilə zəngindir. Onlara görə, doyma hissi tez gəlir və uzun müddət davam edir. Bundan əlavə, taxıl istehlakı bədənin dəyərli elementlərlə doyurulmasında faydalıdır. Bunlara fosfor, sink, magnezium, dəmir, selenium və s. daxildir. Bu maddələr bədənə faydalı təsir göstərir. Xüsusilə, maddələr mübadiləsini sürətləndirirlər.

Diyetoloqlar bu taxıllara üstünlük verməyi tövsiyyə edir:

Qreçka
Düyü
Çovdar
Yulaf
Arpa
Tez bişən sıyıqlardan imtina edin. Onların tərkibində yalnız karbohidratlar var və sizə heç bir fayda verməyəcək. Ən azı 10 dəq bişən sıyıqları alın. Onlar faydalıdır.

Ət və balıq
Bu, əzələ toxumasının qurulması üçün zəruri bir proteindir. Arıqlamaq üçün ətdən imtina etmək yağ toxumasının yığılmasına və eyni zamanda əzələ itkisinə gətirib cıxarır. Və bədən hələ ətin də həzminə çox enerji sərf edir. Uzun müddət belə bir yeməkdən sonra aclıq hissini unutursunuz. Diyetoloqlar ətin az yağlı növlərinə üstünlük verməyi məsləhət görür – yağsız mal əti, dovşan, toyuq və hinduşka əti. Həmçinin menyuya yumurta da daxil edin.

Kilo itkisi sahəsində bəzi mütəxəssislər ən yaxşı ətin soyuq sularda üzən balıqlar olduğunu düşünürlər. O, yalnız zülallarla deyil yod və omeqa 3 turşuları ilə də zəngindir. Az yağlı balıq seçin. Dəniz məhsullarından da istifadə edin: krivetka, kalmar və s. Zülala geldikdə isə, bir dəfəyə 20-30 qramdan çox almağınızdan qorxmayin, həzm olunacaq.

Tərəvəz
Məhsulların bu qrupu az kalorili olmağı ilə fərqlənir. Həmçinin, tərəvəzlər bədənin həzmi üçün çoxlu enerji sərf edən liflə zəngindir. Bitki lifi həzm sistemini yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır. Həm də lif yemək ilə daxil olan yağların həzm olunmasına imkan vermir.

Kilo verən tərəvəzlərə aiddir:

kələm (gül kələm, ağ kələm, brokoli), pomidor, xiyar, bibər, kabaçok, turp, selderey (kökü) və s.

Unutmayın, çuğundur və yerkökü çiy halda yeyilməlidir. Bişmiş halda onlar bədəndəki şəkər səviyyəsini artırır bu da yanlarda artıq yağların əmələ gəlməsinə səbəb olur.

Meyvə
Çox meyvələrin tərkibində karbohidratlar aşağı səviyyədədir. Buna görə də, onların qanda qlükoza səviyyəsinə xüsusi təsiri yoxdu. Meyvələr də liflərlə zəngindir.

Arıqlamaq istəyənlərə isə bu meyvələri qəbul etmək olar.

Qreyfrut, alma, nar, armud, kivi, şaftalı

Süd məhsulları
Son zamanlar qatıqla arıqlamaq çox yayılıb. Qatıq kasium ilə zəngindir, hansiki yağ hüceyrələrini parçalamağa kömək edir. Həmçinin, o orqanizmin əzələ toxumasını qurması üçün lazım olan asanlıqla həzm olunan zülallarla zəngindir. Ancaq bu süd məhsullarının bütün üstünlükləri deyil. Belə ki, bərk pendirlərin tərkibində triptofan var. Bədəndəki bu amin turşusu xoşbəxtlik hormonu – endorfinə çevrilir. Diyetoloqlar belə bir qənaətə gəliblər ki, arıqlayanlar öz menyularına pendir daxil edərlərsə, bu onların diyeti pozub şirniyyat yemələrinin ehtimalını azaldır. Buna görə, tort yemək istəyirsinizsə bir dilim pendir yeyin. Amma 20-30 qramdan çox olmamaq şərti ilə yağlı qidalar qəbul etmək olar.

Tövsiyyə olunan süd məhsulları bunlardır (pendirdən başqa):

Qatıq 2,5% yağlılıq

Təbii yoqurt (qatqısız)

Kəsmik 5% yağlılıq

Pendir (yağlılığı 20%-ə qədər)

Tam yağsız qidaları almayın. Onlardan yağı çıxarıb bitki tərkibli yağlar əlavə edirlər. Az yağlı süd məhsulları yeyin.

Qadağan olan məhsullarBunlara trans yağları daxil olan məhsullar daxildir: yarıfabrikatlar, marqarin, çips, mayonez və s. Bundan əlavə, satılan meyvə şirəsi və qazlı içkilərdən imtina etməlisiniz. Həmçinin, şorabalar və konserv qidalardan istifadə etməməlisiniz. Nişastalı (kartof, düyü) qidalar da olmaz.

Gündə neçə dəfə yemək lazımdır?

Diyetoloqlar deyir ki, yemək tez-tez lakin, az porsiyalarda qəbul edilməlidir. Təxmini 5-6 dəfə. Hər yeməkdə qadınlar 200 qram, kişilər 300 qramdan çox yeməməlidir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 372 383 315 348 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.