ONLAYN: 20

Qonaq: 415 Cəmi: 438
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,7 Min
2) Elnare » 422,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 346,1 Min
7) Avara_Şair » 316,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 252 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 2 saat 32 deq.
2) XAMLİYON__GÖZƏL - 1 saat 53 deq.
3) gece - 1 saat 18 deq.
4) heyatimin - 1 saat 10 deq.
5) Men_Bir_Melek - 24 deq.
6) Terlan - 14 deq.
7) KiBirLi - 9 deq.
8) amon - 9 deq.
9) deli - 8 deq.
10) Nuray - 7 deq.
Səbrli olmaq üçün nə etməli?
İslam Dini Yüklə
Səbrli olmaq üçün nə etməli?
Səbrli olmaq Uca Allahın müsəlmanlara əmridir. Dünya həyatındakı və Cənnətdəki gözəlliklər yalnız səbirlə əldə edilir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver!" (əl-Bəqərə, 155). Buna görə də hər bir müsəlman öz əxlaqını gözəlləşdirməli və səbirli olmağa çalışmalıdır.

Loading.Az zikr.az-a istinadən bildirir ki, səbirli olmaq üçün ilk növbədə səbirli olmağa çalışmaq lazımdır, çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir". (əl-Buxari, 1469). Bu ilk vaxtlarda çətin olsa da, çox çalışan insan üçün Uca Allah bunu həmin insan üçün asanlaşdırır.
Müsibətin ilk anında səbir etmək lazımdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir qəbrin başında du­rub ağlayan qadınınyanından keçərkən (ona) buyurdu: "Allahdan qorx və səbir et!" Qadın onun kim olduğunu bilməyib dedi: "Əl çək məndən! Mə­nim başıma gələn müsibət sənin başına gəlməyib". Qadına: "Bu, Peyğəm­bər (salləllahu aleyhi və səlləm) idi" - dedilər. Bundan sonra o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qapısının yanına gəldi, lakin ora­da gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): "Mən səni tanı­ma­mı­şam" - dedi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "İlk sarsıntı anında səbir etmək la­zım idi!" (əl-Buxari, 1283).

Səbirli olanlara necə böyük mükafat veriləcəyini düşünmək. Daha ətraflı: Səbir edənlərə müjdə ver!
Qəzəblənəndə özünə hakim olmaq. Bunun üçün insana qəzəb gəldikdə "əuuzu billəəhi minəş-şeytaanir-raciim" demək, su içmək və s. Daha ətraflı: Qəzəblənmə!

Allahı çox zikr etmək və ibadətləri çoxaltmaq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).

Dini öyrənməyə vaxt ayırmaq, Qurani-Kərim, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisləri, peyğəmbərlərin (aleyhimis-sələm) və salehlərin həyatı haqda oxumaq, oradakı insanlardan nümunə götürmək.

Səbir edənlərə Allahın gec-tez kömək edəcəyini bilmək. Uca Allah buyurur: "Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir". (əş-Şərh, 5).

Dostlarınızla paylaşın

779 nəfər bəyənib.
Şərhlər: 3
  1. L e o n
    Indiki zamanda sebrli insanlar azdir.
    Allah razi olsun.
  2. SoN NeFeS
    Heqiqeten sebrin aca bilmediyi qapi yoxdu. Ama bu dovrde sebri olan az adam var)))
  3. Elnare
    Sebr etmek ucun Rebbim bizlere en gozeli dermani I dozmeyi her bir ezaba qatlashmaqi gonderir. Coxsaqol xebere gore. Allah razi olsun

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.